Əli Abbasovun bağ evindən oğurlanan bir milyonun izi ilə... - Keçmiş nazir niyə polisə yox, MTN-ə müraciət edib?
Tarix: 9-02-2016, 10:53 | Çap et
Ötən ilin sonlarında başlamış MTN-lə bağlı qalmaqal 2016-cı ilin də ən səs-küylü mövzularından biri olaraq qalmaqdadır. Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılması, ardından isə 15-ə yaxın yüksək çinli zabitin həbs olunması işinin detalları ilə bağlı ortaya çıxan yeniliklər böyük ictimai maraq kəsb edir.
Məlum olduğu kimi MTN-lə bağlı qalmaqalın ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslərin reallaşması, nazir Əli Abbasovun isə tutduğu vəzifədən azad edilməsi səbəbsiz ola bilməzdi. Bu adıçəkilən nazirliyin rüşvət və korrupsiya yuvasına çevrilməsi ilə yanaşı, nazirlik rəsmilərinin keçmiş MTN mənsubları ilə cinayət əlaqələrində olmasını da təsdiqlədi. Qeyd edək ki, bu qurumun bir neçə önəmli fiqurunun həbs olunması işin mahiyyətini qismən açmağa imkan verir. Çünki həbs olunanların əksəriyyəti bilavasitə telefon rabitəsi ilə məşğul olub. Həmçinin onların dinləmə işində yaxından iştirak etmək imkanları olub. Məsələn, BTRİB-in sabiq rəisi Beytulla Hüseynovun həbs olunması heç də qaranlıq olmayan məsələdir. Onun Bakı şəhərindəki bütün telefon xidmətlərinə nəzarət etdiyi də gizli iş sayılmır. Eldar Mahmudovun qohumu olması səbəbindən bu qədər yüksək posta çıxması da məqsədli olub və böyük ehtmalla Hüseynovun saxlanılmasının əsas səbəbi dinləmələrdə iştirak etməsidir.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov da prosesdə əsas fiqurlardan sayılır. Onun həbsi isə bir sıra məsələlərlə bağlı ola bilər. Birincisi, Zeynalov nazirliyin önəmli fiqurlarından biri idi. İkincisi, onun yerli TQ-ları ilə ciddi əlaqələri vardı. Hətta əksər qovşaq rəisini məhz onun təqdimatı əsasında işə götürürdülər. Nəhayət, Vidadi Zeynalovun qardaşı MTN-də yüksək postlardan birini tuturdu. Digər həbs olunan şəxs isə RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərovdur. Bu şəxsin niyə həbs edildiyi barədə müxtəlif versiyalar var. Həmin versiyalardan biri onun beynəlxalq danışıqları gizlicə dinlətdirdiyindən ibarətdir. Başqa bir versiyaya görə isə Vidadi Zeynalovun yaxın adamı və qohumu olması səbəbindən saxlanılıb. Amma məsələnin təkcə qohumluqla əlaqəli olacağı da inandırıcı deyil. Böyük ehtimalla Cəlil Cəfərov da MTN-lə sıx bağlı olan biri olub və bir sıra təlimatlar yerinə yetirdiyinə görə, belə vəziyyətlə üzləşib. Rabitə Nazirliyində səs-küylü həbslərin reallaşdığı bir vaxtda nazir Əli Abbasovun canını yalnız tutduğu vəzifəni itirməsi ilə qurtarması isə maraq doğurur. Məlumatlı mənbələr bunun səbəbsiz olmadığını, istintaqa cəlb olunmuş vəzifəli şəxslərin verəcəkləri ifadələrdən asılı olaraq Əli Abbasovun da eyni aqibəti yaşayacağını iddia edir. Çünki yuxarıda geniş bəhs etdiyimiz həbslər o anlama gəlir ki, MTN-in Rabitə Nazirliyindəki adamları vasitəsilə uzun illər Azərbaycanın siyasi hakimiyyət mənsublarının təkcə ölkədaxili deyil, xariclə də telefon danışıqlarını, teleqram və fakslarını nəzarətdə saxlayıb. Yayılan məlumatlarda bir məqam da əsas xətt kimi keçir ki, Əli Abbasov istintaqa çağırılanda və ondan hesab sorulanda, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub. Belə məlum olub ki, Ə.Abbasov nazir olsa da, əsas qərarları Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib. Amma ötən gün unikal.org saytının yaydığı çox ilginc bir informasiya məsələnin heç də Əli Abbasovun iddia etdiyi kimi olmadığını düşünmək üçün əsaslar yaradıb. Bu istiqamətdəki versiyalara nəzər salmazdan öncə isə həmin informasiyaya diqqət yetirək: “Unikal.org”a daxil olan məlumata görə, keçmiş rabitə və informasiya texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən külli miqdarda pul oğulanıb. Belə ki, nazirin evindən nə az, nə çox 1 milyon manat pul aparılıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıblar. Yəni, oğrular bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər. Maraqlı məqamlardan biri də odur ki, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif etsə də oğrular bu təklifdən imtina ediblər. Onlar hazırda da cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Onu da qeyd edək ki, indiyə kimi bu məsələnin ört-basdır edilməsi də təsadüfi sayılmamalıdır. Məsələylə bağlı ən maraqlı və diqqətçəkən məqam isə Əli Abbsovun bağ evindəki oğurluq hadisəsinin MTN tərəfindən araşdırılmasıdır. Axı, bir qayda olaraq oğurluq cinayətlərini polis araşdırır. Amma maraqlıdır ki, Əli Abbasovun bağ evindən edilən oğurluğu MTN araşdırıb. Bu da keçmiş nazirin MTN-lə əlaqəli olduğunu sübut edən daha bir fakt kimi nəzərdən keçirilə bilər. Digər bir məqam: Özünün iddia etdiyi kimi heç bir korrupsiyada iştirakçı olmayıbsa, Əli Abbasovun bağ evində 1 milyon manat nə gəzirdi? Həm də oğurlanan bu məbləğ Əli Abbasovun yalnız bağ evlərinin birindən çıxan puldur. O zaman sual oluna bilər ki, adi nazir maaşı ilə Əli Abbasov milyonları necə toplayıb?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|