Azər Bayramov: Maliyyə Nazirliyinin "Akif Çovdarovu" - ŞOK İDDİA
Tarix: 10-03-2016, 08:24 | Çap et
Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın "Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifovla bağlı səsləndirdiyi ittihamlar ölkə gündəmini ciddi şəkildə silkələyib.
Bu məlumatların xarici mediada tirajlanması hakimiyyət daxilində də ciddi rezonans doğurub. Nazirin 3 ölkənin kəşfiyyat xidmətlərinin agentatura şəbəkəsinə bağlılığı və onlara "işləməsi" ilə bağlı iddialar isə hakim düşərgədə Samir Şərifov və Maliyyə Nazirliyi ilə bağlı ciddi ölçünün götürülməsi zərurətini yaradıb.
Arqument.Az-a daxil olan ilginc məlumata görə, Samir Şərifov keçmiş MTN şefi Eldar Mahmudovun aqibətini yaşa bilər. Ümumilikdə isə nazirlikdəki oliqarxlaşmış məmurların da xaricə uzantıları müzakirə mövzusudur.
Mənbə bildirir ki, Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi barədə bir müddətdir məlumatlar yayılır. Bu korrupsiya şəbəkəsinin başında isə Samir Şərifovun 1-ci müavini Azər Bayramovun dayandığı iddia olunur. Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar isə medianın gündəmindən düşmür.
Mənbənin sözlərinə görə, hakim elitanın bəzi dairələrində Azər Bayramov "Maliyyə Nazirliyinin Çovdarovu" kimi təqdim edilir. Onun sahibkarlara və dövlət müəssisələrinə qarşı münasibəti isə ciddi narazılıqla qarşılanır. Hətta bir müddət öncə sahibkarlardan biri deyib ki, 1-ci müavin Azər Bayramovun "çətir"i altında xüsusi statusa sahiblənmiş Nadir Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərini də cəlb eləyib.
Mediada sahibkarlardan birinin yaydığı məlumatda isə deyilir: "Nadir Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də Azər Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin "qorxulu röyası"dır. Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir. Əks halda, həmin nazirlik vəsaitlərin vaxtlı-vaxtında köçürülməsində (maliyyəçilərin diliylə desək, hesabların açılması-redaksiya) ciddi sıxıntılar yaşayacaq. Nadir Qarayev yerlisi və əsas himayəçisi olan Azər Bayramova güvənərək, bu təsir imkanından yararlanaraq, ona tapşırılmış "faiz yığmaq" prosesini çox böyük ustalıq və peşəkarlıqla yerinə yetirir. Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında "oliqarx"a çevrilib. Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər "faiz" alır. Bu barədə saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin "payını" nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi «problemlər» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik "gəliri" yüz min manatlarla ölçülür".
İddiaya görə, Maliyyə Nazirliyində şərti adı "Gədəbəy qruplaşması" kimi tanınan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar. Amma Bayramovun bu işləri Samir Şərifovun göstərişi ilə həyata keçirdiyini iddia edənlər də az deyil: "Bu gün açıq şəkildə "Gədəbəy qruplaşması" və onların himayəsində olan maliyyə məmurlarının hərəkətləri hamını narazı salıb. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olur. Nadir Qarayev açıq şəkildə "haqq" istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür. Açıq şəkildə tender qalibi olan şirkətlərə "1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün" deyirlər. Bəli, «Azər Bayramov-Nadir Qarayevin "pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır. Qruplaşma isə bu işlərin arxasında nazirin dayandığını deməkdən belə çəkinmir".
Arqument.Az-a verilən məlumatda iddia olunur ki, Maliyyə Nazirliyinin dövlət qurumlarını, rayonlarda fəaliyyət göstərən müəssisələrin hər üç ildən bir yoxlamaları zamanı da ciddi korrupsiya hallarına yol verilir. Məsələn, bu yoxlamalar zamanı hər bir müəssisədən ən azından 20-30 min manat "haqq" tələb olunur. Buna da göstərişin Azər Bayramov tərəfindən verdildiyi iddia olunur. Bu yoxlamaların qeyri-şəffaf aparılması ilə bağlı sənədlərə əsaslanan xeyli fakt var. Bu faktların da yaxın günlərdə açıqlanması istisna olunmur.
Mənbə iddia edir ki, Maliyyə Nazirliyi də keçmiş MTN-in taleyini yaşaya bilər. Təbii ki, burada təkcə nazir Samir Şərifov deyil, bu qurumda kök salmış qruplaşmlar və ən əsası nazirliyin "Akif Çovdarovu" kimi ad çıxarmış Azər Bayramov da ciddi şəkildə cəzalandırılacaq.
Mövzunu davam etdirəcəyik.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|