670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                 

“İlin Dörd Fəsli”MMC "Yeni Bakı" sakinlərinə hər fəsildə bir problem çıxarır - ŞİKAYƏT VAR
Tarix: 6-04-2016, 08:25 | Çap et
“İlin Dörd Fəsli”MMC "Yeni Bakı" sakinlərinə hər fəsildə bir problem çıxarır
Son zamanlar Masazırda yerləşən “Yeni Bakı” Massivi ilə bağlı mətbuatda şikayətlər çox dərc olunur. Qafqaznews.az-a müraciət edən bir qrup sakin bildirib ki, “Yeni Bakı” Yaşayış Massivini tikən və hazırda şəhərciyə nəzarət edən “İlin Dörd Fəsli”MMC onların hüquqlarını pozur. Sakinlər xüsusilə də komendant Ehtiram Yusifovun özbaşınalığından və sakinlərə qarşı kobud davranışından şikayət ediblər.

Müraciətdə qeyd olunur ki, digər yaşayış massivlərində kommunal ödəniş hər kvadrat metrə 20 qəpik olduğu halda, “Yeni Bakı”da hər kvadrat metrə görə 40 qəpik aylıq ödəniş toplanılır. “Beləliklə, mənzillərdən külli miqdarda kommunal xidmət haqqı toplanılır, lakin yaradılan şərait heç də ürəkaçan deyil. Sadəcə lifti və həyətin təmizliyini bəhanə edərək, bu məbləğin yığılması haqsızlıqdır.

Təhlükəsizlik kameralarının da çoxu işləmir, bu yaxınlarda şəhərcikdə 2 oğurluq hadisəsi baş verdi, kameralardan görüntü ala bilmədilər. Nə üçünsə usta lazım olanda özümüz tapıb gətiririk, əgər məişət-kommunal problemlərini özümüz həll ediriksə, bu qədər yüksək kommunal ödəniş absurddur. Kommunal xidmətdən əlavə, biz qazpulu, işıqpulu və supulu da veririk. Onlar “Azərişıq”dan elektrik enerjisini ümumi alır, bizə isə nisbətən baha qiymətə satırlar.

“Azərsu”ilə də vəziyyət belədir. İstəyirik ki, bu iş birbaşa olsun, hansısa problem yarandıqda birbaşa həmin qurumlardan haqqımızı tələb edək. Bizə hansısa mətbəədə çap etdirdikləri kağızlarda qəbz verirlər. Bunun isə adıkeçən qurumlarla heç bir əlaqəsi yoxdur. Onlar bizimlə bağladıqları müqaviləyə belə əməl etmirlər”, – deyə sakinlər vurğulayıblar.

Onların sözlərinə görə, komendant E.Yusifovun göstərişilə, kommunal ödənişi keçirməyən sakinlərin işıqlarını söndürür: “Çıxıb görürük ki, elektrik şitlərini velosiped trosu ilə bağlayıb. Səbəbini soruşduqda deyir ki, kommunal ödənişi keçirin, sonra imkan verək. Ofisə gedib digər ödənişləri edəndə qəbul etmirlər ki, əvvəlcə kommunal xidmət haqqını keçirin. Ehtiram Yusifov sakinlərlə çox kobud danışır və hətta deyir ki, “mənim arxamda duranlar var, kimə şikayət edirsinizsə edin”.

Biz müxtəlif qurumlara, Abşeron RİH-ə də müraciət etmişik, yenə nəticə yoxdur. Kimsə bizi eşitmək istəmir”. Sakinlərdən Qabil Səfərov adlı vətəndaşın təxminən bir ay əvvəl Ehtiram Yusifov tərəfindən döyüldüyü barədə də məlumat aldıq. “Evdən zəng etdilər ki, işığımız kəsilib. Gəldim gördüm ki, blokda şitimiz velosiped trosu ilə bağlanıb. Açmaq istəyəndə Ehtiram Yusifov gəlib qolumdan çəkdi və sol gözümün altından yumruq zərbəsi vurdu. Həkimə getdim, tibbi ekspertizadan da keçmişəm və polisə müraciət olunub. Qəribədir ki, kamera görüntüləri ortada yoxdur.

Məsələni hazırda Abşeron RPİ-nin müstəntiqi Zamiq Mustafayev araşdırır, lakin bu məsələ çox ləng gedir və biz bu işin aparılmasından narazıyıq”.

Müstəntiq Zamiq Mustafayevin telefon nömrəsini taparaq, onunla əlaqə saxladıq. Lakin Z.Mustafayev bizimlə danışmaq istəmədi: “Hələ yekun qərar yoxdur, sizə heç nə deyə bilmərəm. Hazırda istintaq gedir. Telefonda heç nə deyə bilmərəm, gəlin, sizi materiallarla tanış edim”. Ehtiram Yusifovla da əlaqə saxladıq. “Mən sizi dəvət edirəm bura gələsiniz, hər şeylə yerində tanış olasınız, burda sakinlərlə də söhbət edək. Mən nə təsdiqləyirəm, nə də inkar edirəm. Vaxtınız olanda gəlin şəhərcikdə söhbət edək”, – deyə Ehtiram Yusifov telefonda açıqlama verməkdən imtina etdi.

Qeyd edək ki, iki gün öncə müəllif şəxsən “Yeni Bakı” Massivində olub və sakinlərlə söhbət edib. Adıkeçən dövlət qurumlarının mövqeyini isə növbəti yazımızda dərc etməyə çalışacağıq.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru