General Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir? - İDDİA
Tarix: 29-04-2016, 08:35 | Çap et
«Təzadlar»ın ötən saylarında Azərbaycan Respublikası Əmanət Bankın keçmiş sədri, iş adamı Hüseyn Səfərovun ləğv olunmuş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin «Texnikabank»ın Bakı filialının işi ilə bağlı aparılan istintaq zamanı ondan hədə-qorxu yolu ilə 2 milyon dollar pul alınmasına dair şikayəti dərc olunmuşdu… Bu yazı o dərəcədə qalmaqala səbəb olmuşdu ki, hətta «Təzadlar»ın rəhbərliyi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Baş İstintaq İdarəsinə dəvət edilərək sorğu-sual da edilmişdi… Ardınca Mövlam Şıxəliyevin səlahiyyətli nümayəndəsi redaksiyamıza zəng edərək Mövlam Şıxəliyevin bu faktı qəti şəkildə təkzib etməsinə dair cavab mesajını bizə təqdim etmişdi, həmin təkzib xarakterli mövqe qəzetin növbəti sayında dərc olunmuşdu.
Mövlam Şıxəliyev təkzib edir, amma…
Söhbət ondan gedir ki, Mövlam Şıxəliyev H.Səfərov adlı şəxsdən bu məbləğdə pulun hədə-qorxu yolu ilə alınmasını qəti surətdə təkzib edir, H.Səfərov isə 2 milyon dollar rüşvət məsələsində istintaq tərəfindən zərərçəkmiş kimi tanınıb. Yəqinki hüquqşünaslar bunun nə demək olduğunu yaxşı bilir və istintaq materiallarında H.Səfərovun zərər çəkdiyi epizod üzrə istintaq davam edir. Bundan əlavə, H.Səfərov da iddia edir və bütün istintaq ifadələrində də birmənalı olaraq yazır ki, 2 milyon dollar rüşvət pulu hədə-qorxu yolu ilə ondan alınıb, pul gneral-mayor, MTN-nin İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin tabeliyində olan şöbə rəisi Vüsal Ələkbərov tərəfindən qəbul edilib. Sonnucu H.Səfərova bildirib ki, həmin pul rəisin göstərişi ilə alınır və sonuncuya çatdırılacaq və s. Sual yaranır: hansı şöbə rəisi, özü də MTN kimi qorxulu bir nazirliyin istintaq idarəsində, rəisinin xəbəri, icazəsi, tapşırığı olmadan 2 milyon dollar rüşvət ala bilərdi??? İkincisi, əgər belə deyilsə, onda istintaq niyə Vüsal Ələkbərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib? Üçüncüsü və ən vacibi, «Təzadlar»a daxil olan məlumata görə, Mövlam Şıxəliyev bu həftənin birinci günü, yəni aprelin 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb, zərərçəkən Hüseyn Səfərovla üzləşmə aparılıb. Redaksiya bununla bağlı H.Səfərovla əlaqə saxladı, amma… M.Şıxəliyevin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə daxil olmasını təsdiqləyən şahidlər də var… İstintaq sirri olduğundan bəzi detalları hələki açıqlamaq istəmirik. Amma bu faktın özü bir daha sübut edir ki, M.Şıxəliyevin həbsinə hazırlıq gedir. Zərərçəkən H.Səfərov da əvvəlki açıqlamalarında birmənalı olaraq bildirmişdi ki, Mövlam Şıxəliyev onun şöbə rəisi olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərovun yanında olmalıdır: «Mövlam Şıxəliyev həbs edilməli və mənə vurulmuş bütün maddi və mənəvi ziyan ödənilməlidir…“.
Mövlam Şıxəliyevin topdağıtmaz mülkləri və…
H.Səfərov «Təzadlar»a açıqlamasında keçmiş MTN generalının mülkləri barədə də maraqlı məlumatlar vermişdi: «…Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam… Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam… Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm… Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzilləri var, “Sahil” Ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar… “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik… Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami Kino Mərkəzinin yanında milyonçu Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyon dəyəri olan mənzili alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır… Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam… İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm… Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb…”. *** Xatırladırıq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN işi ilə bağlı bir müddətdir cinayət işi başlanıb, təxminən 6 aydır istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluğun rəsmi məlumatına görə, indiyədək iş üzrə istintaqa 22 nəfər cəlb olunub, 1 nəfər axtarışa verilib, 1 nəfər isə ev dustaqlığındadır. Baş Prokurorluğun məlumatlarında əlavə olaraq bildirilir ki, indiyədək “MTN işi” ilə bağlı iş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 100-ə yaxın sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir. Həbsdə olan MTN-çilərdən 36 yaşlı general-mayor Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, generallığın bir addımlığında olmuş MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqalarının adı var. Həmçinin MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev işdən çıxarılıb və yuxarıda qeyd etdiyimiz kimi, istintaqa çağırılıb, onun şöbə rəisi Vüsal Əfəndiyev həbsdədir… *** Bütün bunlara rəğmən, məlumatlı mənbə bildirir ki, artıq baş verənlər onu deməyə əsas verir ki, Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir. Hətta onun general rütbəsindən məhrum ediləcəyi barədə də xəbərlər var. Çünki bütün qanunsuz hərəkətlər məhz İstintaq İdarəsində reallaşıb... Amma cəmiyyəti maraqlandıran daha bir məsələ də qaranlıq qalır: niyə ətrafı həbs edildiyi, işdən çıxarıldığı halda, bu komandanın başında durmuş Eldar Mahmudov hələ də faktiki azadlıqdadır??? Mövzuya qayıdacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|