Abutalıbovun "burnunun ucunda" milyonlar necə xırıd edilir... - Rəfail Mehrəliyevə qarşı ittiham
Tarix: 3-05-2016, 08:33 | Çap et
Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisinin də fəaliyyətinin araşdırılmasına ciddi zərurət var. Son illər ölkənin, eləcə də paytaxtın ictimai-sosial həyatında baş verən hadisələri izləyən oxucular bəlkə də xatırlayarlar: "İntur-avto" Açıq Səhmdar Cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Maliyyə Nazirliyinə qarşı iddiası əsasında keçirilən məhkəmədə hakim onların iddialarını qismən təmin etmişdi. Aydın Heydərov özünə məxsus tikintinin sökülməsi nəticəsində ona dəymiş maddi ziyana görə, 17 milyon 634 min 70 manat, mənəvi ziyana görə 50 min manat təzminat tələbi ilə məhkəməyə müraciət etmişdi. Həmçinin o vaxt söküntülərə rəhbərlik edən Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət də vermişdi. Lakin məhkəmə Heydərovun iddiasını qismən təmin edərək, dəymiş maddi ziyana görə, cəmi 4 milyon 700 min manat məbləğində pulun Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qərar çıxardı. Göründüyü kimi, Mehrəliyev harada işləyibsə, dövlətin, xalqın deyil, ilk növbədə özünün şəxsi mənafeyini düşünüb. Hökumət onun şıltaqlıqlarına görə cavab verməli, cərimə ödəməli olub. Belə məmuru vəzifə başında saxlamaq məqbul sayılmadığı halda Hacıbala Abutalıbov onu irəli çəkib. 2012-ci ilin yanvarında İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sabiq rəhbəri Ənvər Quliyev Bakı meri Hacıbala Abutalıbovun əmri ilə tutduğu vəzifədən azad edildi və onun səlahiyyətlərinin icrası müavini Rəfail Mehrəliyevə həvalə olunub. Dayısının himayəsi həmişə Rəfailin karına gəlib. Dayısı Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən şəhərin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz yaxın qohumu Rəfail Mehrəliyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfat sahəsi birbaşa onun müəyyən etdiyi qaydalara uyğunlaşdırılıb. Onun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də elə Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən ciddi pozuntular olub.
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Departamenti həmişə yağlı yer sayılıb. Çünki bu departamentə daxil olan idarələrin böyük əksəriyyəti korrupsiyalaşmış və nəzarətdən qıraq qalmış idarələrdir. Bu departamentə rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir" İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi və bir sıra başqa idarələr daxildir ki, bu idarələrin hər biri onlara ayrılan büdcə pullarını təzə gələn rəhbərləri ilə şərikinə həzm-rabedən keçirdirlər. Bu idarə rəhbərləri hamısı bunu Rəfail Mehrəliyevin "xeyir duası" ilə edirlər. Təbii ki, havayı yox, hər bir xeyirin və duanın öz qiyməti var. Bu haqda sonra, hələlik idarələrin hələlik üçünün büdcəni necə talamaları, rüşvət və korrupsiyaya qurşanmaları haqda: 1.Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi Rəsi - Əhməd Məmmədov, Rəfail Mehrəliyevə çox yaxın bir adamdır. Bu gün bu idarə həmdə bir biznes sahəsidir. Özü də dövlət tərəfindən maliyyələşən bir biznes. Maraqlıdır deyilmi? Siz bu idarənin illik it öldürdükləri statistikaya baxsanız çox maraqlı bir mənzərə ilə rastlaşarsınız. Hər il bu idarənin öldürdüyü it sayı artır. Hər il bu idarə aşağı yuxarı yüz minlərlə it öldürür və beləcə büdcədən daha çox pul qopartmaq üçün statistika süni surətdə şişirdilir. Bu şişirtmələr isə milyonlar deməkdir. Bu maxinasiyaların ancaq biridir. 2. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Rəisi - Cavanşir Tağıyev də Rəfail Mehrəliyevə yaxınlığı ilə seçilir. Onun bu yaxınlığında Cavanşır müəllimin qudası Arif Qaraşovla dost münasibətdə olması böyük rol oynayıb. Bu idarədə dövlət hesabına maliyyələşən bir biznesdir özüdə böyük bir biznes. Bu biznesdə ağla gəlməz qədər böyük pullar fırlanır. Qeyd edək ki, hazırda Bakıda və ətraf qəsəbələrdə məzar üçün təqribən 2-3 kvm-lik torpaq sahəsi böyük gəlir mənbəyinə çevrilib. Əslində məzar üçün torpaqlar vətəndaşlara pulsuz verilməli olsa da, Bakıda kvm-i 200 manatdan 10 000 manata qədər olan müxtəlif qiymətlərlə qəbir yeri satılır. Mərkəzdən bir qədər uzaqda yerləşən Biləcəri qəbiristanlığında isə 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Məzarlığın görkəmli yerində torpağın 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil. Belə ki, Badamdar qəbiristanlığında 800-3000 manat, Günəşli qəbiristanlığında bu məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı” qəbiristanlığında isə, hətta 2000-5000 manat civarında və daha yuxarıdır. Ən bahalı yerlər isə təbii ki, Bakının mərkəzində yerləşən qəbtrstanlıqlardır. Ən maraqlısı isə budur ki, bu qəbir torpaqları vətəndaşlara pulsuz verilməlidir. Lakin hələlik bir nəfər belə pulsuz qəbir yeri almayıb. 3."Lifttəmir" İstehsalat Birliyi Rəsi - Qüdrət Şükürov: Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır. Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150
mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar. Mətbuatda da qeyd edildiyi kimi, son illər ərzində Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişdirilib. Yeni liftlər Amerikanın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınıb. Yeni liftlərin içərisindəki elektron tabloda mərtəbə sayları göstərilir. Bu liftlərin alınması dövlətimizə elə də asan başa gəlməyib. Belə ki, xaricdən ucuz qiymətə alınan liftlərin qiyməti rəsmi sənədləşmədə bir neçə dəfə şişirdilib. Bununla da dövlətin büdcəsinə külli miqdarda ziyan vurulub. Bütün bunların fonunda isə Bakıda lift probleminin də, liftpulu probleminin də olması qətiyyən təəccüb doğurmamalıdır. Bu da milyonlar deməkdir və bu lift pullları heç də dövlət büdcəsinə getmir. Qeyd edim ki, “Funikulyor”un da təmiri bu idarəyə baxır və hər il dövlət büdcəsindən küllü miqdarda pul buraxılır. Lakin nədənsə vətəndaşlar “Funikulyor”un işlədiyinin şahidi çox az olurlar.
Mənzil Kommunal Təsərrüfatı Departamentinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bu sıraya yol çəkilişi, məktəb və uşaq baxçalarının, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil - kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır. Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehrəliyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət olduğu vurğulanır. Araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata görə oliqarx dayısnın hay-küylü həbsindən sonra da belə öz kreslosunu qoruya bilən Rəfail Mehrəliyev hakimiyyətdə təmsil olunan cox nüfuzlu bir şəxs tərəfindən himayə olunur...Əslində bu himayədarlığın özünün də cox ciddi səbəbləri var.. Oxucularımızın nəzərinə catdırmaq istəyirik ki, həm bu məqamla, həm də Rəfail Mehrəliyevin qanunsuz fəaliyyətləri barədə redaksiyamıza cox ciddi məlumatlar daxil olub. Bu informasiyaları işıqlandırmazdan əvvəl obyektivlik naminə qarşı tərəfin də mövqeyini oyrənmək üçün Rəfail Mehrəliyevlə telefon əlaqəsi saxlasaq da o, zənglərimizə cavab vermədi. Növbəti yazımızda əldə etdiyimiz daha ciddi məlumatları müəyyən araşdırmalar apardıqdan sonra oxucularımızın diqqətinə catdıracağıq...
Qarşı tərəfi də dinləməyə hazırıq..
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|