Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                 

“Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər” - "MTN işi"...
Tarix: 21-06-2016, 08:43 | Çap et
“Polkovnik İlham Qasımzadə və İkram Mütəllimov məni aldadıb müflis etdilər”
Ölkədə MTN çətəsinin qaranlıq işləri, xeyli insanı şərləyib tutması və bir çoxunu aldadıb pulunu-mülkünü mənsimsəməsi barədə məlumatlar mətbuatda az dərc olunmayıb. Lakin hələ də bir sıra maraqlı məqamlar ortaya çıxmaqdadır. Necə deyərlər, “qulaq gündə bir şey eşitməsə, kar olar”. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Kürdəxanı sakini, 67 yaşlı Hacı Hənifə Əlövsət oğlu Həşimov 12-13 il əvvəl yüksək rütbəli MTN zabiti və onun sahibkar dostu tərəfindən aldadıldığını və şərlənərək həbs olunduğunu bildirib. Onun Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində deyilir: “Mən sabiq MTN polkovnik-leytenantı, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti və Beynəlxalq Bankın nümayəndəsi olan İlham Niyazi oğlu Qasımzadə və “Business Service Centre” şirkətinin rəhbəri İkram Mütəllimov tərəfindən aldadılmışam.
2002-ci ildə İlham Qasımzadə mənə bildirdi ki, oğlum Əlövsət Həşimov hərbi xidmətə gedib rütbə alsın, onu da MTN-ə düzəltdirməyə kömək edəcək. 2003-cü ildə mənə dedi ki, bu işin xərci var, yaxşı əlaqələri olan İkram Mütəllimov sənə kömək edə bilər. 2003-cü ilin oktyabrında İkram Mütəllimovla İlham Qasımzadənin vasitəçiliyi ilə görüşdük. Onlar Məhəmmədi bələdiyyəsindən uzunmüddətli icarə götürdüyüm 8 hektarlıq torpaq sahəsinin 2 hektarını istədilər. Onların şərtinə görə, mən 2 hektardan imtina etdim, İkram Mütəllimovun adına keçirildi”. H.Həşimovun sözlərinə görə, oğlu o müddətdə MTN-də müsahibəyə gedib-gəlirdi, İlham Qasımzadə isə deyirdi ki, əmri yaxınlarda veriləcək.

“Bir müddət sonra İlham Qasımzadə mənə dedi ki, sənin oğlun 9 yaşında Məşhəd və 11 yaşında Həcc ziyarətində olub (özümlə aparmışdım), ona görə müsahibədən keçməyib. İlham mənə dedi: “Fikir eləmə, 3-4 aydan sonra yenidən sənədləri toplayıb təqdim edərik, söz verdiyimiz kimi iş düzələr”. 2004-cü ildə müxtəlif bəhanələrlə və “dövlət məmurlarının sənin torpaqlarından xoşu gəlir” iddiası ilə məndən yenə də torpaq istədilər və imtina edəcəyim halda, ehtiyatda olan zabit kimi, oğlumu cəbhə bölgəsinə göndərməklə qorxuzdular. 4 hektarı da İkram Mütəllimov öz oğlu Əhmədin adına keçirdi. Mən torpaqları geri tələb etdiyimdə, İlham dedi ki, darıxma, pul ver, oğlunu Sərhəd Xidmətində xarici əlaqələr şöbəsinə düzəldim. İlham Qasımzadə məndən ilin sonunda 22 min dollar aldı. Mən torpaqların hesabını soruşduqda, “İlham Qasımzadə mənə “cin ayrı, şeytan ayrı” deyə cavab verdi”, – deyə H.Həşimov vurğulayıb.

O qeyd edib ki, bir müddət sonra, aldadıldığını anlayaraq, dəfələrlə İlham Qasımzadə və İkram Mütəllimovla görüşüb, torpağını və pulunu tələb etdi. “Lakin mənə dedilər ki, hara gedirsən get, respublika əlimizdədir. Mən dəfələrlə hüquq mühafizə orqanlarına şikayət eləsəm də, İlham Qasımzadə və İkram Mütəllimov müxtəlif vasitələrlə mənim işimi uzadıblar. Hətta məni dəfələrlə şərləyib həbs etdirməyə də çalışıblar. Eyni zamanda, İlham Qasımzadə mənə müxtəlif vasitələrlə təzyiq göstərirdi, öldürməklə belə hədələyirdi. Bir dəfə İlham Qasımzadə üstümə tapança da çıxarıb. Mən bu süründürməçilikdən bezərək, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına məktub yazmışam. Amma bu məktublar kimlərsə tərəfindən “itirilib”.

Sonda mən təngə gələrək, 2006-cı il iyunun 29 və iyulun 25-də iki dəfə dövlət başçısının kortecinin qarşısına çıxmağa, dərdimi Cənab Prezidentə şəxsən bildirməyə çalışdım. Lakin heç bir günahım olmadan, MTN-çilər tərəfindən təxribatda günahlandırılmışam, Səbail rayon Məhkəməsinin hökmü ilə 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə həbs olunmuşam. 2009-cu il yanvar ayının 25-də azadlığa çıxdım, ondan sonra dəfələrlə bu işin sonuna çıxmağa, İlham Qasımzadədən şikayətlər verərək, ədalətə nail olmağa çalışmışam. Lakin heç bir nəticə hasil olunmayıb. Eldar Mahmudov MTN başçısı vəzifəsindən azad olunduqdan sonra, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsəm də, yenə də İlham Qasımzadə və İkram Mütəllimov barəsində tədbir görülməyib. Yazıb sizdən xahiş edirəm, məni aldadan bu şəxslərin ifşa olunmasında və haqlarımın bərpasında dəstək verəsiniz”, – deyə şikayətçi bildirib. 2003-cü ildə MTN başçısı Namiq Abbasov olub, lakin Eldar Mahmudovun nazir olduğu vaxtlarda da İlham Qasımzadənin cəmiyyətdə fəal çıxış etməsi, Karate Federasiyasında və Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələr tutması bir sıra suallar doğurdu. İyunun 20-də araşdırma zamanı, İlham Qasımzadənin özüylə əlaqə saxladıq. İlham Qasımzadə daha Karate Federasiyasında çalışmadığını, “dövlət qulluğunda olduğunu” bildirdi.

“O adam mənim qanımı içir, illərdir ailəmə də əziyyət verir. Dedikləri şər-böhtandır. Onunla bağlı dəfələrlə prokurorluq araşdırıb, məhkəmə keçirilib. Heç nə sübut edə bilməyib”, – deyə İ.Qasımzadə qeyd etdi. “Axı onun sizinlə başqa nə problemi olub ki, belə düşmənlik etsin? Eyni kənddənsiniz, səbəbsiz yerə sizdən şikayət edir?” – deyə maraqlandıq. “Mən o vaxt ona “posrednik” olmuşam. Sadəcə xahiş edib, köməklik etmişəm”, -deyə İlham Qasımzadə bildirdi. İ.Qasımzadənin sözlərinə görə, Hənifə Həşimov torpaq satmaq istəyib, o da öz növbəsində onu İkram Mütəllimovla tanış edib. H.Həşimovun oğlunun MTN-ə işə düzəlməsi məsələsinə gəlincə isə… İlham Qasımzadə bizimlə birinci söhbətində kömək etməyə çalışdığını, amma alınmadığını bildirdi. Növbəti dəfə isə (özü yenidən bizə zəng etdiyində) bildirdi ki, bu məsələ Namiq Abbasovun vaxtında olub, o vaxtı kimisə tanışlıqlıa MTN-ə düzəltmək mümkün deyildi.

“Business Service Centre” MMC-nin rəhbəri İkram Mütəllimov isə Qafqaznews.az-la danışmaq istəmədi. “Bu barədə məhkəmə qətnamələri var, Baş Prokurorluq da bir neçə ay əvvəl araşdırma aparıb. Sizə əlavə məlumat verməyə borcum yoxdur”, – deyə İ.Mütəllimov vurğuladı. Araşdırmamız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru