Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                 

“Azər Türk Bank”ın rəhbərliyi “Çudo Peçka”nı Cəlilovlardan aldı? - İDDİA
Tarix: 6-07-2016, 08:50 | Çap et
“Azər Türk Bank”ın rəhbərliyi “Çudo Peçka”nı Cəlilovlardan aldı?
Müxtəlif banklara külli miqdarda borcu olan “Çudo Peçka”nın başı üzərindən qara buludlar çəkilmir. Şirkətin müxtəlif banklara 20 milyondan çox borcu olduğu barədə şayiələr gəzir. Məlumatlara görə, Cəlilov qardaşları bizneslərini xilas etmək və böhrandan çıxmaq üçün cəhdlər göstərsə də bu səylər heç bir nəticə verməyib.

Legion.az-a daxil olan məlumata görə, Cəlilov qardaşlarına məxsus olan şirkət artıq “Azər Türk Bank”ın mülkiyyətinə keçir. Belə ki, bu günlərdə “Bank Standard”dan “Çudo Peçka”nın kredit haqlarını alan “Azər Türk Bank” rəhbərliyinin artıq “hərəkətə keçdiyi” bildirilir. Mənbə vurğulayır ki, artıq iki gündür “Çudo Peçka” restoranları başqa iş adamının əlindədir. Mənbə tərəfindən bildirilir ki, yeni kreditor olan “Azər Türk Bank”ın idarəetməni həvalə etdiyi yeni rəhbərlik göstəriş verib: “Bu obyektlərdə Cəlilovların idarəçiliyi dövründən qalma heç bir əlamət qalmasın və restoranlar yeni üslubda qurulsun, yeni qaydalarla işləsin”. Bu arada o da məlum olub ki, Cəlilovlar külli miqdarda borc üzündən ölkədən getməyə hazırlaşırlar.

Onlar əllərində olan biznes obyektlərini və daşınmaz əmlakları dəyər-dəyməzinə satmaq niyyətindədirlər. Bu məlumata aydınlıq gətirmək üçün, iyulun 5-də dəfələrlə “Çudo Peçka” Mağazalar Şəbəkəsinin sahibi Çingiz Cəlilovla əlaqə saxlamağa çalışdıq. Hətta zəngimizə cavab vermədiyini görüb, Çingiz Cəlilova SMS yazaraq “Qafqaz Xəbər Agentliyindənik, 1-2 sualımız olacaq” deyə zəngə cavab verməsini xahiş etdik. Lakin cəhdlərimiz nəticəsiz qaldı… “Azər Türk Bank”ın mətbuat katibi Nəsimi Cəfərov isə Legion.az-a bildirdi ki, məlumatı dəqiqləşdirib tezliklə bizə zəng edəcək. Lakin N.Cəfərovdan redaksiyamıza heç bir zəng gəlmədi. Gün ərzində özümüz də dəfələrlə “Azər Türk Bank”a zəng etdik, lakin operator xanım bir dəfə “Nəsimi müəllim yerində yoxdur”, bir dəfə də “İclasdadır” dedi.

Üçüncü dəfə isə bankın operatoru bizə “Nəsimi müəllimin zənglərə cavab vermədiyini” bildirdi. Beləliklə, hər iki tərəfin münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Lakin çox maraqlıdır, əgər redaksiyamıza daxil olan məlumatda həqiqət payı yox idisə, “Azər Türk Bank” rəsmisi sadəcə bir cümlə ilə məlumatı təkzib edə bilməzdimi? Xatırlatmaq istərdik ki, biz banklarla bağlı bundan əvvəl də araşdırmalar aparmışıq. Əksər hallarda bankların mətbuat xidmətlərinin rəhbərləri, PR menecerləri bizimlə vaxtında danışmaq istəməyib, lakin yazılar dərc olunduqdan sonra, aramsız zənglər və sərt bəyanatlarla bizi qeyri-obyektivlikdə ittiham ediblər. Müstəqil mətbuat olaraq, biz də öz növbəmizdə bildiririk ki, bəzi mətbuat katiblərinin qeyri-peşəkarlığından təngə gəlmişik. Legion.az olaraq, araşdırmaq istədik, əgər həqiqətən də, “Azər Türk Bank” sözügedən restoranlar şəbəkəsinin borclarını alıbsa, dərhal rəhbərliyi dəyişmək və şirkəti mənimsəmək, yaxud da başqasına satmaq nə dərəcədə qanunidir?

İqtisadçı-alim Nazim Bəydəmirli bildirdi ki, müəyyən bir şirkətin borclarını alan bank “yeni kreditor” adlanır. “Yeni kreditorun ata biləcəyi addımlar isə Mülki Məcəllədə əksini tapıb. İdarəetmə və ya şirkətin başqasının mülkiyyyətinə keçməsi ancaq məhkəmə qaydasında ola bilər. Bankın ancaq borcu tələb etmək hüququ var. O zaman da, yeni kreditor məhkəməyə müraciət etməlidir. Və yaxud da, bankla borclu arasında müəyyən razılaşma olubsa, o zaman şirkət rəhbərliyində və idarəetməsində hansısa dəyişiklikdən söz gedə bilər”, – deyə N.Bəydəmirli əlavə etdi.

Hüquqşünas Samir İsmayılov bildirdi ki, ilk növbədə həmin borc müqaviləsi və digər sənədlər aidiyyatı olan qurumlar tərəfindən araşdırılmalıdır. “Hətta söhbət səhmlərin girov qoyulmasından gedirsə belə, məhkəmə predmeti olacaq hansısa yeni məqamlar ortaya çıxa bilər. Məsələnin mahiyyətinin nədən ibarət olduğunu bilmədən, fikir yürütmək çətindir. Lakin bank və borclu arasındakı münasibətlər qanun çərçivəsində tənzimlənməlidir”, – deyə S.İsmayılov əlavə edib. Araşdırmamız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru