“Torpağımızı işğal edib, özümüzü təhqir edirlər…” - GİLEY
Tarix: 10-09-2018, 09:09 | Çap et
Saatlı rayon Qıraqlı kənd sakinləri redaksiyamıza şikayət məktubu göndərib. Məlumat üçün bildirək ki, Qıraqlı kəndi Saatlı rayonunun ən qədim və ən böyük kəndlərindən biridir. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra, ilk siyahıya alınmada 1847-ci ildə Qıraqlı kəndi 30 evdən ibarət olub. Qalağayın kəndlər icmasına daxil olan Qıraqlı kəndi əkinçilik və maldarlıqla məşğul olmuşdur. Xatırladırıq ki, qədim Qıraqlı kəndi Araz çayına yaxın yerdə salınmışdır. Araz çayının dəfələrlə öz məcrasından çıxması nəticəsində kənd sakinlərinə ziyan dəymişdir. Buna görə kənd sakinləri çaydan 2 km cənub istiqamətində yeni ev-eşik tikməyə başlayıblar. Su altında qalan torpaq sahəsi və Araz boyu sahələr “Tuqay meşələri və qoruğu” idarəsinin balansına verilmişdir. Torpaq islahatına qədər Saatlı rayonunun kəndləri, eyni zamanda Qıraqlı kəndi bu meşə massivindən heyvandarlıqda otlaq sahə kimi qurumuş ağaclardan yanacaq materialı kimi istifadə etmişlər. Bu statistik məlumatları ona görə qeyd etdik ki, bütün bunların cumhuriyyet.az-a göndərilən şikayət məktubu ilə birbaşa əlaqəsi var. Belə ki, məktubda bildirilir ki, 1996-cı ildən Qıraqlı kənd sakinlərinin qara günləri başlamışdır: “Belə ki, özünü “lotu” kimi qələmə verən Ağayev Ələkbər adlı şəxs Tuqay meşə massivini dədə malı kimi mənimsəmişdir. Kənd sakinlərinin mal-qarasının meşə massivinə getməsinə icazə vermirdi. Bu adam dəfələrlə kənd sakinlərini təhqir etmiş, onlar haqqında hüquq-mühafizə orqanlarına yalan faktlar verməklə məşğul olmuşdur. Azğınlaşan Ələkbər kəndin mollası Əhmədov Əhmədağanı MTN-nin Saatlı şöbəsinə çağırtdırmış, ona hədə-qorxu gəlmişdir. 1996-cı ilin torpaq islahatı zamanı Saatlı rayon İcra Başçısı rüşvətxor Gülhüseyin Əhmədov və torpaq islahatı komissiyasının sədri Ehtiram Məmmədovla cinayət əlaqəsinə girən Ağayev Ələkbər Qıraqlı kənd meşə massivini “özününkiləşdirdi”. “Uzun saçlının” ahı yerdə qalmaz deyən kənd sakinləri ümidlərini tək Allaha bağlayır. Aradan az müddət keçmir Ağayev Ələkbər faciəli şəkildə öldü… Biz dedik ki, ağ günə çıxacağıq. Sən saydığını say, gör fələk nə sayır demiş atalar. Bu azmış kimi Ələkbərin oğlanları Ağayev Əlsafa, Ağayev Ələmdar, Ağayev Hebi və onların anası peyda oldular. Bu insanlar öldü var, döndü yox deyərək özlərinə söz verirlər ki, kəndin bir dənə də malını Tuqay meşə massivinə buraxan deyilik. Tuqay meşə massivinin yanında kəndin mal-qarası üçün nəzərdə tutulmuş 3 ha yulğunlu sahəni də Ağayev Əlsafa 2014-cü ildə şumladaraq öz əkin sahəsinə qatmışdır. Araz boyu bəndlər bu qardaşlar tərəfindən hamarlanmışdır. Bu da Araz çayının daşması zamanı kənd sakinlərinə təhlükə mənbəyidir. Tuqay meşə massivinin torpaq qatı birinci kateqoriyalıdır. Bu ərazidə olan bütün növ ağaclar Ağayevlər tərəfindən kəsilmiş, yerindən əkin sahəsi kimi istifadə edirlər. Görəsən Ağayevlər bu qədər torpaq payını hansı sənədlər əsasında almışlar. Onlar torpaqdan istifadə üçün torpaq rüsumları ödəyirlərmi?” Qıraqlı kəndinin sakinləri əsrimizin əvvəllərində, yəni Azərbaycan Demokratik Respublikasının yaradılmasında yaxından iştirak etmişlər. Böyük Vətən müharibəsində və yaralı yerimiz olan Dağlıq Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə seçilən onlarla şəhid vermişdir. Kəndin bir Milli Qəhrəmanı vardır. Biz bu el oğullarımızla fəxr edir və onları unutmuruq. Ancaq bizə daxil olan məktubda bildirilir ki, öz hədlərini aşan Ağayevlər ailəsi həmişə şəhid ailələrinə və müharibə iştirakçılarına qarşı təhqiramiz ifadələr işlədirlər. Adı, soyadı, atasının adı və şəxsiyyət vəsiqəsinin seriyası ilə 50 ailə başçısı tərəfindən cumhuriyyet.az-a göndərilən məktubda deyilir: “2010-cu ilin əvvəllərində heyvan otararkən Əliyev Marif Səddər oğlunu Ələmdar və Əlsafa qardaşları döyərək ağır bədən xəsarətləri yetirmişlər. Nəticədə Əliyev Marif uzun müddətli müalicə almış, hal-hazırda da aldığı zərbələrdən əlil vəziyyətinə düşmüşdür. II qrup əlil olmuşdur. Ağayev Hebi 2015-ci ilin aprel ayında Qarabağ veteranı, 2 il erməni əsirliyində işgəncələrə məruz qalmış Alışanov Elməddin Oruc oğlunu təhqir edib, böhtan xarakterli məlumatlar yayıb. Bu ailənin heç bir övladı düz-əməlli orduda xidmət etməyib. Ağayev Əlsafa, Ağayev Ələmdar, Ağayev Hebi saxta sənədlər əsasında özlərinə psixi xəstəlik kağızı düzəldiblər. Onların havadarları olan Ağayev Tahirin iki oğlu, Ataməlinin bir oğlu saxta sənədlərlə ordudan yayınıblar. Dəfələrlə Saatlı rayon hüquq-mühafizə orqanlarına, Saatlı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Çox təəsüflər olsun ki, haqlı şikayətimizə əməl olunmayıb. Hörmətli redaksiya, 21.05.2015-ci ildə baş prokurorluq yanında korrupsiya idarəsinə, FHN-nə, Tuqay meşələrinin bərpası və mühafizəsi idarəsinə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 01.07.2015-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nə göndərdiyimiz ərizələr cavabsız qalıb”. Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
|