Pensionerlə işsiz gənci "tender kralı"na kimlər çevirib? - Araşdırma
Tarix: 28-02-2019, 09:07 | Çap et
Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların keçirdikləri tenderlərdə maxinasiya hallarına yol verildiyi barədə zaman-zaman yerli və xarici mətbuatda faktlarla zəngin olan məlumatlar tirajlanıb. Uzun illərdən bəri ictimaiyyət arasında dolaşan fikirlərə görə bu cür qeyri-şəffaf xarakterli tenderlər əsasən dövlətdən maliyyələşən sifarişçi təşkilatların rəhbərləri ilə tenderdə "qalib" olan qurumların rəhbərləri arasında "anlaşma" şəraitində baş verir.
Süni formada şişirdilən rəqəmlərin mühüm hissəsi sonradan "otkad" formada sifarişçi təşkilatın rəhbərliyinə qaytarılır. Bu günlərdə "Neuron Technologies”in təsisçisi və rəhbəri İsmayıl Ələkbərov Azərbaycanın dövlət qurumlarını tenderləri qeyri-obyektiv keçirməkdə, bu sahədə ciddi qanunsuzluqlara yol verməkdə ittiham edirdi. "Azərbaycan sahibkarları adından həyəcan təbili vururam" başlıqlı açıqlamasında şirkət rəhbəri dövlətimizin büdcəsinin müxtəlif qurumların tender komissiyaları tərəfindən açıq-aydın talandığını iddia edir. Qlobal.Az-ın təqdim etdiyi bu yazı heç də əksər insanlara aydın olan "otkad" əməliyyatından, formal keçirilən tenderlərdən bəhs etmir. Tenderlərə "həqiqət güzgüsü" tutan Həqiqət nənə...
Muxtarova Həqiqət Əhmədağa qızı 2018-ci ilin yanvar ayının 29-da təsis edilən "Caspi 2012" (1101750611) və "ORMAN TT" (1101748871) MMC-lərin qanuni təmsilçisidir.
Hər iki şirkətin nizamnamə kapitalı 10 manatdır. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində uçotda olan "Caspi 2012" və "Orman TT" MMC-lərin hüquqi ünvanı isə Lökbatan qəsəbəsi, massiv 5, mənzil 38 ünvanıdır. "Caspi 2012" MMC-nin nə ünvanı, nə də əlaqə nömrəsi var. Həqiqət Muxtarovanın rəhbəri olduğu "Caspi 2012" MMC 2018-ci ilin may ayının 1-də Gənclər və Turizm Nazirliyinin 5 lot üzrə keçirilən katirovka sorğusunun 2 lot üzrə qalibi olub. "Əlilliyi olan gənclər üçün əmək yarmarkasının keçirilməsi işləri" smetası 17305, "İsmayıllı, Ağsu, Quba, Qusar rayonlarında "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici kampaniyalarının keçirilməsi işləri" üzrə keçirilən katirovkanın smetası isə 25080 manatdır.
Lakin internetdə İsmayıllı, Ağsu, Quba və Qusar rayonlarında "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici kampaniyaların keçirilməsinə rast gəlinmir. Bu haqda adıçəkilən rayonların İcra Hakimiyyətlərinin rəsmi saytlarında da heç bir məlumat qeyd olunmayıb. Qlobal.az olaraq məlumatı bir daha dəqiqləşdirmək üçün İsmayıllı, Ağsu, Quba və Qusar rayon İcra Hakimiyyətlərinə ötən ilin (2018) may ayının 5-dən dekabr ayının 27-dək "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici kampaniyaların keçirilib-keçirilmədiyini öyrəndik. Qlobal.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin adından göndərilən cavab məktubunda qeyd edilən tarixlərdə "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında İsmayıllı rayonunda hər hansı tədbirin keçirilmədiyi qeyd edilir. Ağsu Rayon İcra Hakimiyyətindən də başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyevanın adından göndərilən məktubda 2018-ci ilin may ayının 5-dən dekabr ayının 27-dək Ağsu rayonunda "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!" devizi altında maarifləndirici tədbir keçirililmədiyi qeyd olunur. Quba Rayon İcra Hakimiyyətindən isə şifahi cavab olaraq bildirdilər ki, qeyd olunan müddətdə rayonda "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!" devizi altında heç bir maarifləndirici tədbir keçirilməyib. Qusar Rayon İcra Hakimiyyətindən Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda 11 may 2018-ci il tarixdə (katirovka sorğusundan 5 gün sonra-red) Qusar rayon İncəsənət Məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında maarifləndirici tədbir keçirildiyi deyilir. "Orman TT" MMC isə 2018-ci ilin aprel ayının 6-da AMEA Zoologiya İnstitutunun sifarişçisi olduğu 4 lot üzrə (Kimyəvi maddələr 12000, dəftərxana və təsərrüfat malları 6998, mebel inventarları 10792, avadanlıqlar 16753) katirovka sorğusunun qalibi olub. "Orman TT" MMC-nin də "Caspi 2012" MMC kimi nə əlaqə nömrəsi, nə ünvanı, nə də elektron ünvanı var. Hər iki MMC-nin qanuni təmsilçisi Həqiqət Muxtarovadır. Qlobal.az-ın əldə etdiyi məlumata görə "Orman TT" MMC və "Caspi 2012" MMC-lərin qanuni təmsilçisi Həqiqət Muxarova Corat qəsəbəsində yaşayır.
Kasıb həyat sürən Həqiqət Muxtarova 1945-ci ildə anadan olub, 74 yaşı var. Dövlətdən aldığı 73 manat sosial pensiya ilə dolanışığını təmin edir. O, adına açılan şirkət və tenderlərdən də məlumatsız olduğunu deyir.
Gənclər və İdman nazirliyinin tenderi gənc tələbənin arzularını məhv etdi Lökbatan qəsəbəsi, 5-ci massiv, mənzil 38 beş MMC-nin hüquqi ünvanıdır. Bu şirkətlərin 4-ü "TEXNO İNVEST ST" MMC (1101751251), "ORMAN TT" MMC (1101748871), "LEZKO TT 2017" (1101749381) və "CASPİ 2012" MMC (1101750611) 2018-ci ilin yanvar ayının 29-da, "AKUSTİKA-2018" MMC (1101752991) isə yanvar ayının 30-da təsis edilib. Bu MMC-lərin də nizamnamə kapitalları 10 manatdır. Yuxarıda qeyd edildiyi kimi, bu şirkətlərdən ikisi Həqiqət Muxtarovanın, üçü isə Dostəli Ağayevin adına rəsmiləşdirilib. Bu MMC-lərin qeydiyyatda olduğu hüquqi ünvan-massiv 5, mənzil 38 Ağayev Dostəlinin yaşadığı ünvandır. Ağayev Dostəlinin qanuni təmsilçisi olduğu "Texno İnvest ST" MMC Gənclər və İdman Nazirliyinin 2018-ci ildə sifarişçisi olduğu 168970 (yüz altmış səkkiz min doqquz yüz yetmiş) manat smetası olan "16-20 aprel 2018-ci il tarixlərdə Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin IV Konfransının keçirilməsi zamanı tədbirlərin təşkili işləri" üzrə tenderin qalibi olub. "Texno İnvest ST" MMC-nin də nə əlaqə telefonu, nə saytı, nə də ünvanı yoxdur. Ağayev Dostəlinin qanuni təmsilçisi olduğu digər iki - "AKUSTİKA-2018" və "LEZKO TT 2017" MMC-lər barəsində də heç bir informasiya qeyd edilməyib. Ağayevlər ailəsinin rahat güzəranı necə pozuldu? Ağayevlər ailəsinin başçısı Ərrəhman Ağayev Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Mexanizasiya və Avtomobil Nəqliyyat dəstəsində mühəndisdir. 57 yaşlı Ərrəhman Ağayev eyni zamanda 12 saylı Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsinin sədridir. Oğlu Dostəli Ağayev 1996-cı ildə anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Dağıstan Dövlət Universitetində qiyabi olaraq təhsil alır. Dostəli Ağayevin adına MMC-lər təsis edilərkən o "Gülüstan" firmasında fəhlə işləyib. Dostəli Ağayevin dediyinə görə, 2018-ci ilin yanvar ayının sonlarında eyni küçədə yaşadıqları Ramil və Ruslan adlı tanışı ondan şəxsiyyət vəsiqəsinin götürüb onlarla birlikdə Bakıya, Xətai rayonunda yerləşən 2 saylı "ASAN Xidmət"-ə getməsini istəyiblər.
Adına nömrə alınacağını deyən "məhlə uşaqları" Dostəliyə bu iş üçün 30 manat boyun olublar. Dostəli Ağayev həmin gün məhlələrindən xeyli sayda uşağın Ramil və Ruslanın təşəbbüsü ilə 2 saylı "ASAN Xidmət"-ə getdiyin deyir: "Mənimlə bərabər bizim məhlədən həmin gün xeyli uşaq Xətaiyə "ASAN Xidmət"ə getdik. Bizi "ASAN Xidmət"in qarşısında 3 nəfər gösləyirdi. Taksimizin pulunu verib bizi içəri apardılar. Orada elektron imza aldıqdan sonra bizi Vergilər nazirliyinin hansısa idarəsinə apardılar. Burada da sənədləşmə getdi. Sonra bizi bayıra çıxarıb hərəmizə 10 manat verib dedilər ki, biri gün zəng edəcəklər, yenə gəlməliyik. Harasa qol çəkməliydik. Pulumuzun qalanını o vaxt verəcəkdilər". Həmin hadisədən 3-4 gün keçsə də zəng gəlmədiyini görə Dostəli Ağayev narahat olmağa başlayır: "Evdə heç kimə deməmişdim. Çox narahat idim. Ramillə Ruslan bizə söz vermişdilər ki, heç bir narahatçılıq yoxdur. Ancaq mən Bakıya gedib "Azersell"də imzamı bağlatdırdım. Bir həftə sonra Ramillə Ruslanın şəhərdəki dostları bizə zəng eləyib şəhərə gəlməyimizi istədilər. Yenidən şəxsiyyət vəsiqəmizi götürüb şəhərə getdik. Burada yenə hansısa sənədləşmə işləri getdi. Sonra hərəmizə 20 manat verib yola saldılar". Dostəli Ağayev deyir ki, ən birinci dostu Elçinə vergi borcu gəlib: "Yay aylarında məhkəmədən Elçinə məktub gəldi. Vergi borcunu ödəmədiyinə görə məhkəməyə çağırırdılar. Otuz iki min manat borcu yaranmışdı. Narahat olmağa başladım. Sentyabr ayında Qaradağ rayon Məhkəməsindən evimizə bildiriş gəldi. Mənim də doqquz min manat vergi borcum yaranmışdı. Evdə artıq hamı baş verənləri bildi. Məhkəməyə getdik. Qaradağ rayon məhkəməsində işimlə bağlı qərar verildi. Vergi borcunu ödəmədiyimə görə ölkədən çıxışıma "stop" qoyuldu. Ağayevlərin mənzillərinin hüquqi ünvan seçildiyi 5 müəssisənin hazırda dövlətə 17317 manat vergi borcu var. Ağayev Dostəli deyir ki, məhkəmə onun ölkədən çıxışına məhdudiyyət qoyduğuna görə Dağıstanda təhsil aldığı ali məktəbə 6 aydır ki, gedə bilmir. Yeganə oğul övladlarının ölkədən çıxışına məhdudiyyət qoyulduğuna görə Ağayevlər ailəsi övladlarının Universitetdən çıxarılacağından narahatlıq keçirirlər. Yuxarıda qeyd edilən sifarişçi təşkilatlardan məsələyə münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf heç bir açıqlama vermədi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|