"Bizə sığınacaq kimi verilmiş bu bina qəzalı vəziyyətindədir" - Nazirə GİLEY
Tarix: 18-03-2019, 08:50 | Çap et
DİA.AZ: - Ucar rayon Qazyan kəndində daimi qeydiyyatda olan Cəbrayılova Xatirə Məmmədqasım qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir.
"Cənab Nazir, ailə üzvülərimlə birlikdə Ucar rayon Qazyan kəndində daimi qeydiyyatda olsaqda hal-hazırda Ucar şəhər ərazisində yerləşən fəaliyyətini dayandırmış MTS təşkilatının inzibati binasında yaşayırıq. Yaşayış şəraitimiz demək olar ki, yoxdur. Bizə sığınacaq kimi verilmiş bu bina qəzalı vəziyyətindədir. İstilik sistemi olmadığına görə soyuq yerdə yatmaqdan əvvəl həyat yoldaşım sonra isə 24 yaşlı oğlum dünyalarını dəyişiblər.
Üçüncü oğlum Cəbrayılov Afər Cəbrayıl oğlu anadangəlmə ruhi xəstədir. O 24. aprel 1998-ci ildə anadan olub. Cəmi üç gün Ucar şəhər üç saylı orta məktəbdində oxuyub. Yəni birinci sinifdə üç gün oxuyan Afərin ruhi xəstə olduğunu görən məktəb direktoru tərəfindən məktəbdən çıxarılıb. Onun qavraması, psixioloji intellekt inkişafı və yaddaşı zəifdir. Davranışı qeyri-adekvatdır. Oğlumda 67 faiz əqli zəflik var. Bütün bunları mən özümdən demirəm.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin 15 noyabr 2016-cı il tarixli göndərişi əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin bir saylı Respublika Psixiatriya Xəstəxanasından verilmiş 25 və 26 noyabr 2016-cı il tarixli stasionar müayinə aktında göstərilib. Eyni zamanda aktın sonunda göstərlib ki, yüngül əqli zəiflik.
Oğlum Afər psixiloji xəstəliyinin son zamanlar dahada ağırlaşdığına görə 2018-ci ilin oktyabr ayında Ucar rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında bir saylı Respublika Psixiatriya Xəstəxanasında təkrar əvvəlcə stasionar müayinədə sonra isə iki ay müalicədə oldu. Həmin vaxt psixiatriya xəstəxanasının həkimi mənim qohumuma deyib ki, belə psixi xəstələrin müalicəsi nəinki Azərbaycanda heç dünyada yoxdur. Belə xəstələr ona görə müalicə olunur ki, həmin xəstəliyin artmasının qarşısı alınsın. Sonuncu müalicədən sonra xəstəxananın verdiyi müayinə aktında iki il əvvəlki xəstəliklərin dahada ağırlaşdığını göstərilib. Birinci diaqnozdan fərqli olaraq Bu dəfə oğlum Afər Cəbrayılova orta əqli zəiflik diaqnozu qoyulub. Buda göstərir ki, müalicə olunmağına baxmayaraq onun xəstəliyi dahada ağırlaşıb.
Həmin stasionar müayinə aktı əsasında oğlum Afərə ruhi xəstəliyi ilə əlaqədar əlilliyin təyin olunması üçün qanuna müvafiq formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti olan TSERAS-a elektron qaydada iki dəfə müraciət olunub və hər iki müraciətə imtina verilib. Birinci imtinanın səbəbində səhiyyə müəssəsi tərəfindən rəsmləşdirilmiş sənədin natamam doldurulması ikincidə isə əlavə müalicəyə ehtiyacın olması göstərilib.
Cənab Nazir, əsassız və qanunsuz verilməyinə baxmayaraq birinci imtinadan danışmağa ehtiyac yoxdur. Ona görə danışmağa ehtiyac yoxdur ki, ən azından bu imtinadan sonra ikincisi verilib.İkinci verilmiş imtina isə tam qanunsuz və əsassız verilib. Birincisi göstərilən səbəb ona görə əsassız və qanunsuz verilib ki, oğlum Afərə olunmuş hər iki stasionar müayinədən görünür ki, müalicə olunmağına baxmayaraq son iki ildə onun xəstəliyi ağırlaşıb. ikincisi ruhi xəstənin sağalması heç-cür mümkün deyil.Əgər Azərbaycanda onu sağalda bilən həkim varsa buyursunlar ona əlilliyin təyin olunmasına imtina verən şəxslər həmin həkimin adını desinlər mən oğlumu o həkimin yanına aparım və müalicə etdirim.
Cənab Nazir, siz bütün çıxışlarınızda deyirsiniz ki, .Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti fəaliyyətini tam şəffaflaşdırıb. Vətəndaşların məmnunluğu üçün bütün şərait yaradılıb. Müraciət olunanda süründürməçiliyə yol verilmir. TSEK-in verdiyi qərarlar tam araşdırılaraq obyektiv verilir. Mən sizin bu dediklərinizi subut etməyinizi istəyirəm. çünki mənim 21 yaşlı anadangəlmə ruhi xəstə olan oğluma verilən imtina qərarı ilə sizin dedikləriniz üst-üstə düşmür Mən heç vaxt oğluma saxta əlillik təyin olunmasına çalışmamışam. Bunu edənlər rüşvət verib edirlər. Mənim buna maddi imkanım yoxdur. Bütün analar kimi məndə övladımın xəstə və əlil olmasını arzulamamışam. Bunu Allah mənə verib. Allahın verdiyi bu dərd ilə barışmışam. Anaya bundan böyük dərd ola bilməz. Oğlumun yaşıdları ailə qurur, övlad sahibi olur. Oğlum Afər isə körpə uşaq kimi məftildən düzəlmiş araba sürür . Afərin 21 yaşı var. Bu yaşında gecə yatanda yerini batırmamaq üçün ona pampers geyindirirəm. Əgər siz dediyiniz vətəndaş məmnunluğu üçün süründürməçilik yoxdursa şəffaf və obyektiv araşdırma varsa buyurun gəlin mənim oğlumu aparın bir neçə gün saxlayın və onda sizə əyani sürətdə məlum olacaq ki, oğlum Afərin ruhi xəstəliyi hansı dərəcədədir və onun bu xəstəliyinin müalicəsi mümkün deyil".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|