Eldar Mahmudovun Londondakı kompromat sandığı - İDDİA
Tarix: 8-06-2019, 09:50 | Çap et
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik davam edir. 4 il bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyində başlanan qəfil yoxlamalar Eldar Mahmudovun evinin kandarına qədər gedib çıxdı. Ətrafında halqa son həddə qədər daraldı. Mətbuatda Eldar Mahmudovun malikanələrinin, maşınlarının fotoları yayıldı, şaxələnmiş, son dərəcə nataraz biznes şəbəkəsinə aid sənəd-sübutlar ortalığa çıxdı. Ətrafında olan, məlum əməliyyat zamanı həbsə alınanların, yaxasını həbsdə qurtara bilən MTN generallarının da çeşidli mal-mülkləri, cinayət əməlləri haqda xəbərlər bir-birini əvəzlədi.
Həmin günlərdə belə təəssürat yaranmışdı ki, Mahmudovu bir müddət azadlıqda saxlamaqla ona psixoloji təsir göstərilir, oğurladıqlarını qaytarması üçün vaxt verilib. Onun tez bir zamanda həbs ediləcəyi haqda xəbərlər də yayılırdı. Bununla belə, Eldar Mahmudov bu günə qədər ayaqdadır. O, bunu necə bacardı? Eldar Mahmudovu azadlıqda saxlayan nədir?
2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun həbs olunacağına hazırda inanan az tapılar. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Vüqar Mahmudovla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumat da bu iddiaların həqiqiliyini təsdiqləyirdi.
Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin ilk dəfə istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov həbsə alınacaq. Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, Vüqar Mahmudovun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Ehtimallar vardı ki, sabiq nazirin keçmişdən qalan əlaqələri möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Bütün ehtimallarda Vüqar Mahmudovun yaxasının istintaqçıların əlinə keçməyəcəyi iddiası olsa da, onu həbs edə bildilər.
Belə iddialar var ki, Eldar Mahmudov vəzifədə olduğu illərdə ən müxtəlif üsullardan istifadə etməklə topladığı kompromatları - əsasən gizli videoları, qanunsuz dinləmə yolu ilə əldə edilən səs yazılarını sipər kimi istifadə edir.
Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra onun rəhbərlik etdiyi bandanın təkcə sahibkarları soyub-talamadığı, hələ də tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı üzə çıxmışdı.
MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, MTN qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var. Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı - 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi.
Hələ o dövrdə “Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda Londonda başı qalda olan Zamirə Hacıyeva oldu. Britaniyada “İzahedilməz Sərvət Sərəncamı” (UWO) tətbiq olunmadığı dövrlərdə Zamirə Hacıyeva faktiki olaraq Azərbaycan hakimiyyəti üçün əlçatmaz idi. Bu gün vəziyyət dəyişib. Hacıyevanın Londonda qalıb-qalmayacağı yaxın 15-20 gün ərzində dəqiqləşəcək. Yada salaq ki, E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan iddialardan biri əlindəki kompromatlar göstərilirdi. Aydındır ki, sabiq nazir əlindəki materialları, onu həbsdən qurtaran videoları ölkə daxilində deyil, xaricdə və ən etibar etdiyi şəxsdə saxlayır. Belə şəxs kimi Zamirə Hacıyeva ən ideal persona kimi görünürdü. Eldar Mahmudovla Z.Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir.
E.Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra - 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu. MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Sağ-salamat azad ediləndən sonra Z. Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür. Zamirə Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını illər əvvəl qazanıb və ötən zaman ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib.
Bu səbəbdən də kompromatları ən etibarlı şəxslərindən bir olan Zamirə Hacıyevaya verməsi mümkün hesab olunurdu. “İzahedilməz Sərvət Sərəncamı” qəbul ediləndən sonra isə Zamirə Hacıyevanın özünün təhlükəsizliyi son dərəcə laxlamış durumdadır. Belə bir halda Eldar Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyada “MEA Capital Limited” adlı maliyyə şirkəti açıb. Bu, sırf bir təsadüfdür söyləmək çətindir. Anar Mahmudovun şirkəti Londonda 2018-ci ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvolik məna daşıyır: Mahmudov Eldar və Anar. Yayılan məlumatlarda deyilirdi ki, pul vəsaitləri- hansı ki, E.Mahmudovun əlinin altında olan poqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb - əsasən bu şirkətdə cəmləşib.
Mümkündür ki, təkcə pul vəsaitləri deyil, kompromat materiallar da Z.Hacıyevadan alınaraq həmin şirkətin seyflərinə doldurulub. Onun kompromat arxivi sahibinin qudasından oğluna dəyişdirməsi də təəccüblü olmamalıdır. Bu halda isə Z.Hacıyevanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyəti azalır, Anar Mahmudov əsas hədəfə çevrilir. Sabiq nazirin oğluna qarşı ittihamların artacağı halda bu ehtimalların reallıqla əlaqələri də dəqiqləşəcək.
Xatırladaq ki, 2017-ci ilin noyabrında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması köməkçisinin cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Bu gün isə o günlərdə Eldar Mahmudovla bağlı başlanmış proses dayandırılmış duruma gəlib. Səbəbin kompromat sandığında gizləndiyi ehtimalları da qalmaqdadır. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
|