Eldar Mahmudov üçün “qan testi” - Vüqar Mahmudov digər generallar kimi sona qədər susacaqmı?
Tarix: 8-08-2019, 10:09 | Çap et
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına gətirilən V.Mahmudov ünvanına səslənən ittihamlara cavab verməyib. Məhkəmədə V.Mahmudovun işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər ifadə veriblər.
Zərərçəkən Sahib Qurbanov deyib ki, tanışı Amil Yusifov siqaret ticarəti ilə məşğul olurdu və onu MTN-in Xəzər rayon şöbəsinin əməkdaşları saxlamışdı. Dostunun cinayət məsuliyyətinə cəlb olunmaması üçün danışıq aparmaq məqsədilə şöbəyə getdiyini deyən S.Qurbanovun sözlərinə görə, orada MTN-in Heydər İslamov adlı əməkdaşı ilə görüşüb:
“O, məni də hədələdi. Dedi ki, mən də cinayət məsuliyyətinə cəlb olunacağam. Bunun baş verməməsi üçün 40 min manat istədi. Bir gün sonra aparıb 40 min dollar verdim”.
Zərərçəkmişin sözlərinə görə, bir müddət sonra - 2015-ci ilin fevralında Amil Yusifovun siqaret ticarəti ilə məşğul olduğu Zaur Əzimovu yenə MTN əməkdaşları saxlayıb. Bu dəfə MTN-in Binəqədi şöbəsinin əməkdaşları. Həmin vaxt Xəzər rayon şöbəsinin rəisi Binəqədi şöbəsinə rəhbər gəlib, bir neçə əməkdaşı da özü ilə gətirib. “Zaur Əzimovla Amil Yusifovun 100 qutu siqareti MTN-in Binəqədi rayon şöbəsinə aparılmışdı. Şöbədən Heydər İslamov zəng edib məndəki 60 qutu siqareti də qısa müddətdə təhvil verməyimi tələb etdi. Əks halda, həbs olunacağımı dedi. Siqaretlərdən 55 qutusunu şöbəyə apardım. Elə həyətdə Heydər İslamov və Rafiq Səfərovla görüşdüm. Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər İslamova dedim ki, əlavə pul verə bilməyəcəyik. Oradan gəlib Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. Dedi ki, Eldar Mahmudovla bu barədə danışacaq. Sonra Vidadi Rzayev özü də şöbəyə getdi, Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun həbs olunmaması üçün Rafiq Səfərovla 150 min manata razılaşdıq. Sonradan hissə-hissə 120 min manat pul verildi”, - deyə zərərçəkmiş ifadəsində bildirib.
Sahib Qurbanov onu da deyib ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra həm prokurorluğa şikayət edib, həm də vaxtilə pul verdiyi adamlara zəng eləyib, pulunu geri istəyib: “Heydər İslamovla görüşüb pulumu istədim. Mənə 5 min manat verdi, dedi, qalanını da bir müddət sonra verəcək. Vermədi. Rafiq Səfərova da zəng elədim. O da söz verdi ki, qaytaracaqlar. Bir müddət sonra qohumuyla 25 min manat göndərdi, notarial qaydada mənə verdi”. Zərərçəkmişin sözlərinə görə, qalan pulu ona verməkdən imtina ediblər. Deyiblər ki, ondan aldıqları pulu da, siqareti də Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudova veriblər: “Dedilər ki, get, ondan tələb elə. Onlar demişdilər ki, nazirlikdə Vüqarın sözü müavinlərdən çox keçir. Onun hər kəlməsi Eldar Mahmudovun sözü kimi qəbul edilirdi”.
Verdiyi pul və siqaretlərlə birlikdə 85 min manat ziyana düşdüyünü söyləyən zərərçəkmiş bunun 30 min manatını aldığını, qalanını da tələb etdiyini bildirir: “Mən Heydər və Rafiqdən israrla pulumu tələb edirdim. Deyirdilər ki, vəziyyətləri yaxşı deyil. Deyirdilər, Vüqara vermişik, o da qaytarmır. Hətta Binəqədidəki 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar 200 min manat pul alıblar, onu qaytarmalıydılar, qaytara bilmirdilər. Bunu da özləri demişdi mənə. Hazırda 55 min pulum qalıb, onun ödənilməsini tələb edirəm”.
Vüqar Mahmudovun cinayət işi üzrə ittiham aktı Bakı Hərbi Məhkəməsinə bu ilin aprelində daxil olub. Amma ötən müddət ərzində Vüqar Mahmudov cəmi 1 dəfə məhkəmə qarşısına çıxarılmışdı. Bu onun məhkəmədəki 2-ci dəfə prosesə qatılması idi. İyun ayın əvvəlində keçirilməli proses Vüqar Mahmudovun iştirakı təmin edilmədiyinə görə təxirə salınmışdı. May ayında keçirilən son proses də eyni səbəbdən təxirə düşmüşdü. İyulun 22-nə təyin olunmuş proses də qeyri-müəyyən səbəblərdən baş tutmamışdı.
Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. İş üzrə digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir. Vüqar Mahmudovun həbsi də gözlənilməz oldu. Sonradan bələ xəbərlər vardı ki, onu ibtidai istintaq dövründə uzun-uzadı dindirmələrlə yormayıblar. Bir neçə dəfə sorğu-sual olunub, qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, onu Eldar Mahmudovun qanunsuz fəaliyyətinə dair də sorğu-sual ediblər. Belə xəbərlər vardı ki, Vüqar Mahmudovdan Eldar Mahmudovun əleyhinə ifadələr alına bilər. Məsələ ondadır ki, Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov rəsmiyyətdə Eldar Mahmudovun köməkçisi statusunda olsa da, qeyri-rəsmi şəkildə bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan “xəraclar” yığılıb və oradan da daşınıb...
Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Eldar Mahmudovun əleyhinə ifadələr onun generallarından da alına bilərdi, bunun əvəzində qan qohumu Vüqar Mahmudovun seçilməsi təsadüfi hesab oluna bilməzdi. Belə ifadələr veriləcəyi təqdirdə, Eldar Mahmudov kimsəni onu şərləməkdə suçlaya da bilməyəcəkdi. Belə görünür ki, Vüqar Mahmudovun məhkəmədə sərgilədiyi susqunluq ibtidai istintaq zamanından davam edib. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|