Səfər Mehdiyevin gömrüyü ilə bağlı QƏRAR VERİLƏCƏK - İDDİA
Tarix: 16-07-2020, 10:01 | Çap et
DİA.AZ: - "Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq artır. Komitə faktiki olaraq bu gün ən çox şikayət olan qurumlar siyahısına başçılıq edir. DGK-nin ləğv olunacağı, səlahiyyətlərinin isə başqa qurumlara veriləcəyi ilə bağlı söhbətlər səngimir. Elə koronavirus pandemiyası dövründə onsuz da çətin durumda olan sahibkarların daha da acınacaqlı vəziyyətə düşməsində gömrük strukturlarının xidməti yetərincədir". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Məqalə müəllifi daha sonra davam edir: "Hər gün insanları narazı salan bu qurumun ləğv olunmasını təklif edənlərin sayı artır. Bütün narazılıqlara, təkliflərə baxmayaraq Dövlət Gömrük Komitəsi özünəməxsus iş “prinsipləri”ni və “fəlsəfəsi”ni dəyişmir. Hətta dəfələrlə rəsmi səviyyədə Komitənin ölkədə inhisarçılığa dəstək verdiyi bildirilib.
Qurum isə bunu təkzib edir, rəqəmlər, statistik məlumatlar paylaşır, amma bu açıqlanan “uğurlu fəaliyyət”in nəticəsi bazarda hiss olunmur. Komitənin verdiyi rəqəmlərdən belə qənaətə gəlmək olar ki, ölkədə monopoliya yoxdur və hər bir vətəndaş istədiyi malı ölkəyə gətirə, ölkədən apara bilər. Əgər belədirsə, bu da alqışalayiqdir. Amma rəqabətli mühit, azad bazar yoxdur. Əgər bu yoxdursa, rəqəmlər sadəcə olaraq “növbətçi” məlumatdan o yana keçmir.
Məsələn, bir vətəndaş ölkəyə bir ildə 1 ədəd avtomobil, 10 qutu siqaret gətirə bilər. Digər bütün növ mal və məhsullara məhdudiyyət tətbiq olunur. Hətta telefon bazarında da Gömrük Komitəsi inhisarçılığa dəstək verir.
Məsələn, bir müddət əvvəl ölkəyə telefon gətirmək, o cümlədən sifarişlə, onlayn qaydada mobil telefon almaqda heç bir problem yox idisə, artıq bu məsələdə də müəyyən qadağa mövcuddur. Gömrük Komitəsi bu məhdudiyyətlərə özünün tətbiq etdiyi invoys siyasəti ilə dəstək verir. Həm də təkcə telefonlarda deyil, avtomobil və digər qiymətləri avadanlıqlarda da eyni sistem tətbiq olunur və bu da daxili bazarda bahalaşma yaradır.
Məsələn, əgər xaricdən 100 dollara hər hansı bir avadanlıq alınsa və həmin malın daxili bazarda qiyməti 300 dollardırsa, Gömrük Komitəsi 300 dollarlıq invoys tətbiq edir və həmin məbləğin vergisini vətəndaşdan tələb edir. Bununla bağlı fakt da var. Faktını isə bu və ya digər formada Gömrük Komitəsi özü də təsdiq edib".
Daha sonra diaaz.space-a göndərilən məqalədə bildirilir: "Avtomobil bazarında isə vəziyyət daha da acınacaqlıdır. Qısa araşdırma aparmaqla vəziyyətin əslində, necə olduğunu açıq şəkildə görmək mümkündür.
Məsələn, 5 min ABŞ dolları məbləğindəki avtomobil üçün 1672.53 manat gömrük rüsumu ödənilməlidir ki, bu da avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir. Yəni gömrük orqanları heç bir xərc çəkmədən hansısa xarici şirkətin öz istehsal etdiyi elektromobilin gəlirindən daha çox vəsait qazanır. Bu, avtomobilə görə istehsalçı şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmasıdır. Gömrük Komitəsinin isə həmin rəsmi invoysları qəbul etmədiyi, özünün invoys tətbiq etdiyini nəzərə alsaq, ödənilməsi tələb olunan vergi avtomobil zavod dəyəri ilə eyni olur. Yəni 5 min dollara avtomobil almısınızsa, onu ölkəyə gətirmək üçün, təxminən, o qədər də Komitəyə verməlisən.
Bütün bunlara nəzərə alsaq, Dövlət Gömrük Komitəsinin yaydığı son rəqəmlər “gözə kül üfürmək”dən başqa bir şey deyil Sanki qurum bütün gücü ilə varlığını qorumağa çalışır. Çünki qurumun ləğv olunması artıq oranın yüksək gəlirli məmurlarından başqa hər kəsin marağındadır.
Yaranan vəziyyəti analiz etsək görərik ki, bu ilin sonuna qədər Komitənin gələcək taleyi ilə bağlı qərar veriləcək. Hər halda görünəni budur. Çünki onsuz da pandemiyanın fəsadlarından əziyyət çəkən vətəndaşlarımız gömrük tərəfindən də əlavə yüklənilirsə, bunun qarşısı hakimiyyət tərəfindən mütləq şəkildə alınmalıdır. Səfər Mehdiyev göstərdi ki, yeni düzənə ayaq uydura bilmir. Bunu bacarmırsa, ya onun istefası, ya da DGK-nın çoxdan gözlənildiyi kimi ləğv edilərək İqtosadiyyat Nazirliyinə birləşdirilməsi baş tutmalıdır. Bütün dəyişikliklər isə ilin sonuna yaxın gerçəkləşə bilər. Bu barədə isə növbəti yazımızda".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|