“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                 

Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİA
Tarix: 21-08-2020, 09:27 | Çap et
Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir?
Bir neçə gün öncə sabiq baş prokuror, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi ölkənin siyasi gündəmini dəyişdi. Xarici İşlər Nazirliyində aparılan islahatlardan sonra burada dəyişikliklərin olacağı gözlənilən olsa da, uzun illər siyasi hakimiyyətdə təmsil olunan və siyasi iddiaları ilə fərqlənən birisinin həbsi bir çox müəmmalar doğurdu. İlkin olaraq E.Həsənovun həbsində əsas motiv kimi büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması göstərilsə də əksər ekspertlər və siyasi analitiklər səfirin həbsində siyasi səbəblərin olduğu qənaətindədir. İyul ayında Tovuz rayonunda Ermənistanın törətdiyi təxribat zamanı E.Həsənovun səfir olduğu Serbiyanın düşmən ölkəyə silah satması ətrafında yaranan diplomatik qalmaqal da bir çox suallar doğurur.

Qeyd etdiyimiz kimi E.Həsənovun həbsinin bir çox versiyaları olduğuna baxmayaraq daha çox onun ölkədaxili siyasi qruplaşmalarla əlaqələrinin və siyasi iddialarının saxlanılmasına səbəb ola bilinəcəyi söylənilir. Verilən məlumatlara görə, sabiq səfir ölkənin aparıcı müxalif qüvvələri ilə əlaqədə olub və istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən müxalifətçilərə fəal maliyyə dəstəyi göstərib. Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını nəzərə alsaq, onun daha sərt ittihamlarla üz-üzə qalacağı və həbslərin davam edəcəyi istisna edilmir. Sabiq səfir güclü maliyyə rıçaqlarına malik biri hesab olunur və onun özünün və yaxın ətrafının güclü biznes şəbəkəsi mövcuddur. İstər ölkə daxilində, istərsə də xaricdə E.Həsənova bağlı olan böyük şirkətlər fəaliyyət göstərir ki, onların illik dövriyyəsi milyonlarla ölçülür. Məhz belə güclü maliyyə dayaqlarına malik olması onun siyasi hakimiyyətə iddia etməsinə və müxalif qüvvələrlə əlaqələrinin yaranmasına əsas kimi göstərilir.

Rubrika.Az-a verilən məlumatlara görə, E.Həsənovun Azərbaycanda əsas maliyyə dayaqlarından və müttəfiqlərindən biri qudası, "Bakı Şərab-2" ASC-nin rəhbəri Rabil Hüseynov hesab olunur. Rabil Hüseynovun sabiq səfirin əsas maliyyə qaynağı olmaqla bərabər siyasi müxalifətlə əlaqələrində və maliyyə transferlərində mühüm rol oynadığı qeyd edilir.

Xatırladaq ki, E.Həsənovun yaxınlarının nəinki Azərbaycanda,eləcə də Türkiyədə spirtli içkilər istehsalı biznesinin olması barədə mediada əvvəllər də məlumatlar verilib. Bildirilir ki, şirkəti Bəhruz Əsədbəyli, sabiq baş prokuror Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib.
“2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir”. 27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib.
Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var.

2017-ci ilə qədər "Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından olub. Türkiye Sicili Gazetesinda yer alan məlumata görə, 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb.

Xatırladaq ki, hələ 2015-ci ildə Vergilər Nazirliyi R.Hüseynovun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi.
Göründüyü kimi, qohumluqdan əlavə sıx biznes əlaqələrinə malik olan E.Həsənov və R.Hüseynlinin birgə fəaliyyəti uzun illərin dostluğuna söykənir. Odur ki, R.Hüseynlinin sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas fiqurlardan biri kimi göstərilməsi səbəbsiz sayıla bilməz. Yəqin ki, hüquq-mühafizə orqanları faktları daha dərindən araşdırırlar və yaxın zamanlarda bütün müəmmalara aydınlıq gətiriləcək. Yəqin ki, o zaman oturduğu budağı baltalayan çoxlarının kimliyi üzə çıxacaq.

PS. Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru