Belarus generalı Zas niyə Azərbaycana münasibətdə zay çıxdı? - Reaksiyalar...
Tarix: 5-02-2021, 08:48 | Çap et
Belarus generalı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın onlayn-brifinqdə Qarabağdakı vəziyyətlə bağlı söylədikləri Azərbaycanda ciddi etiraz doğurub. Onun dedikləri Ermənistan mətbuatının ən sevimli mövzularından birinə çevrilib. Belarus prezidenti Aleksandr Lukaşenkonun generalı deyib ki, Qarabağdakı suriyalı terrorçular ərazini tərk etməlidir. Halbuki Azərbaycan tərəfdən muzdlu döyüşçülərin olması barədə iddialar nə müharibə dövründə, nə də ondan sonra keçən müddətdə təsdiqləndi.
Yada salaq ki, Ermənistan xeyli müddət KTMT-nin baş katibi postuna Stanislav Zasın və ümumiyyətlə, hər hansı bir Belarus təmsilçisinin gətirilməsinə qarşı çıxırdı. İndi isə Zas az qala ermənilərin özlərindən daha betər ermənipərəstlik, canfəşanlıq edir. Xüsusilə də bunu o ölkəyə edir ki, Belarus xalqına ən çətin vaxtlarında Azərbaycan dost əlini uzadıb, 100 milyonlarla dollarlıq borc ayırıb, yardım göstərib.
Bəs indi nə baş verdi? Nədir bu ermənipərəstlik və erməni təəssübkeşliyi? Və niyə bu təəssübkeşlik Azərbaycanı şərləmək hesabına gerçəkləşdirilir?
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bir sıra suallar ünvanladı: “Təəssüflər olsun ki, belə adamlar həqiqətdən uzaq, məntiqə söykənməyən fikirlər səsləndirirlər. Dedikləri də heç bir fakta söykənmir. Yaxşı olardı ki, həqiqəti demək istəyirlərsə, Araikin oradan rədd olub getməsini desinlər. Erməni terrorçuları Azərbaycan ərazisində nə gəzirlər? 10 noyabr razılaşmasının yerinə yetirilməsini tələb etməlidirlər. Rus sülhməramlıları gəldikləri zaman erməni terrorçuları oranı tərk etməli idilər, niyə getmədilər? İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən ancaq silahlı qüvvələrimiz iştirak ediblər. Şəhidlər vermişik, qazilərimiz var. Öz ordumuzun gücünə torpaqlarımızı işğaldan azad etmişik. Bunu artıq Ermənistanın indiki və keçmiş rəhbərliyinin özü də etiraf edib. Bu məsələ bitib”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli: “Azərbaycan ərazisində kimin olub-olmaması KTMT-nin baş katibinin bilavasitə səlahiyyətlərinə daxil deyil. Xüsusi xidmət orqanları bununla bağlı nəsə söyləyə bilərlər, o da əllərində əgər dəlillər olarsa. Quru sözlərlə Azərbaycanın ünvanına şər-böhtan atmaq, zənnimcə, çiynində general rütbəsi daşıyan adama yaraşmaz. Müharibə bitib, hər şey tam yerbəyer olmasa da, Azərbaycan azad edilmiş yerlərdə hərbi korpusların yaradılması işlərini aparır. Çünki sərhədlərimizi qoruyan qüvvələr lazımdır. Bir azdan əhalinin qayıdışı başlayacaq və insanların təhlükəsizliyi də həyata keçirilməlidir. Başa düşmürəm, ağlı başında olan bir general müharibə olmadığı, dinc bir şəraitin bərpa edilmək üzrə olduğu zamanda niyə belə açıqlamalar versin? Digər tərəfdən, indiyə qədər Suriyadan döyüşçülərin Azərbaycan tərəfdə olduğu barədə bir fakta belə rast gəlinməyib. Bu cür uydurmalar nəyə xidmət edir? Düşünürəm ki, bununla Azərbaycanı şərləyib, gələcək danışıqlarda gözü kölgəli etmək istəyirlər. Əgər ordumuzun sıralarında Suriyadan gələn qüvvələr olsaydı, indi onlar geriyə qaytarılmalı idilər. Çünki indiki şəraitdə Azərbaycana onlar lazım deyillər. Digər tərəfdən, əgər Azərbaycana döyüşən xüsusi təyinatlı, yaxud başqa qüvvə lazım olsaydı, onu başqa yerdən, məsələn, Pakistandan ala bilərdik. Pakistan bunu həvəslə edərdi. Özü də muzdlu döyüşçü kimi deyil, qardaş ölkəyə yardım kimi edərdi. Bir məsələni da deyim ki, nəzərdə tutulan Suriyadan olan qüvvələr ciddi təlim belə görməyiblər, heç ciddi döyüşlərdə də olmayıblar. Onların Azərbaycana gətirilməsində Türkiyə iştirak edə bilərdi. Amma qardaş ölkə onlardan əgər Suriya və Liviya əməliyyatlarında istifadə etmirsə, Azərbaycana onu necə tövsiyə edə bilər? Bu cür səfeh fikirlər necə səsləndirmək olar? Düşünürəm ki, Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələlərlə bağlı KTMT-nin baş katibi ilə əlaqələr yaratmalı və ona Azərbaycanın ünvanına belə fikirlər səsləndirdiyi üçün sərt etiraz edilməlidir. Kabinetdə oturub, Azərbaycan Ordusunun tərkibində muzdlu suriyalıların olmasını demək kimin ağlına gələ bilər? Azərbaycana indiki vəziyyətdə peşəkar səviyyəsi aşağı olan, öz ölkələri üçün daha lazımlı olan adamlar nəyə lazımdır? Yaxınlarda orduya MAXE, gizir cəlb etmək üçün müsabiqə elan olundu. Orada yüzlərlə Azərbaycan vətəndaşının ərizəsi var. Bu faktın özü onu göstərir ki, Azərbaycan Ordusu hansı əsaslar üzrə qurulub. Eyni zamanda əsgərliyə çağırış daimi xarakter daşıyır. Bütün bu faktlar belə səfeh-səfeh danışanların fikirlərini darmadağın edir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
|