Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 28-04-2021, 08:09 | Çap et
"Dövlət başçısı dəfələrlə televiziyada deyib ki, müharibə veteranları və qazilərə hörmətlə yanaşılmalıdır, amma biz hələ layiq olduğumuz dəyəri heç kimdən almamışıq".
Bu sözləri Arqument.az-a II Qarabağ müharibəsinin iştirakçısı Həmid Həmidli deyir.
1995-ci il təvəllüdlü Həmid Həmidli Zərdabın Otmanoba kənd sakinidir.
2020-ci il 29 sentyabrda müharibəyə gedən Həmid Həmidli Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.
Dediyinə görə, göstərdiyi şücaətə görə medallarla təltif edilsə də, nəinki medalları, heç veteranlıq kağızını da ala bilməyib.
"Deyirlər ki, sənədlərin itib"
Müharibə veteranı Dövlət Məşğulluq İdarəsinə sənədlərini təqdim etsə də, idarənin onun sənədlərini itirdiyini deyir: "Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdəki xidmətlərimə görə üç medalım var, amma ortada nəsə yoxdur. Nə veteranlıq kağızını verirlər, nə də sənədləri. Bütün rayonlarda verilib, təkcə bizim Zərdabdan başqa. Veteranlıq kağızı ilə bağlı İcra Hakimiyyətinə yaxınlaşsam da, oradan mənə bildirdilər ki, bu məsələyə biz baxmırıq".
"2021-ci il yanvarın 5-i evə gəlmişəm. Həmin ayın 25-i əməliyyat olunmuşam. Əməliyyat olunduqdan sonra Dövlət Məşğulluq İdarəsinə sənəd vermişəm. Sənədlərimi lazımi yerə təqdim etsəm də, daha sonra məlum oldu ki, sənədlər idarədən itib", - Həmid Həmidli belə deyir.
44 günlük müharibənin 42 gününü döyüş bölgəsində keçirdiyini deyən Həmidin sözlərinə görə, indi kimsə nə onunla, nə də ailəsiylə maraqlanır.
"Övladım xəstədir, maraqlanan yoxdur"
Onun fikrincə, Zərdabın icra başçısı kreslosunu yerli əhalinin problemlərini həll etməkdən daha üstün tutur: "Zərdab sakinlərinin gün-güzəranı icra başçısı üçün əhəmiyyət kəsb etmir. Dəfələrlə icraya gedib-gəlməyimə baxmayaraq, problemlərimlə heç kim maraqlanmır. Görüş üçün İcra Hakimiyyətinə getdim, icra başçısı iki nümayəndəsini həyətə göndərib mənimlə görüşməkdən imtina etdi, səbəb kimi də pandemiyanı göstərdi".
"Məni necə işdən çıxarıb döyüşə aparıblarsa, eləcə də işə bərpa etsinlər"
Atası II qrup əlil olan Həmidli Həmid bildirib ki, onun üçün ayrılan təqaüdü də 3 aydır ala bilmir.
O, biganəlikdən əziyyət çəkdiyini, maddi durumunun ağır olduğunu deyir: "Övladım xəstə, atam isə ikinci qrup əlildir. Atamın təqaüdünü kəsdikləri üçün dolana bilmirik. İcra nümayəndəsi ilə əlaqə saxlayıb dedim ki, vəziyyətim çox pisdir, özüm də müharibədən gəlmişəm. Dedi ki, bunun bizə aidiyyatı yoxdur. Dövlətə müraciət edirəm ki, necə məni işimdən müharibəyə aparıb o cür də məni işlə təmin etsin". İcra başçısının köməkçisi: "Görüşdən imtina olunmayıb, əksinə görüşüb istiqamət vermişik"
İcra başçının köməkçisi Səməd Cəfərov Arqument.az-a deyib ki, Həmin Həmidlinin durumundan məlumatlıdırlar və ona işlə bağlı dəstək veriləcək: "İcra başçısının onunla görüşdən imtina etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Pandemiya ilə əlaqədar görüşlər binada deyil, müavinlər və müvafiq şöbə müdirləri səviyyəsində həyətdə keçirilir. Gedib vətəndaşlarla görüşürük, onları dinləyib problemlərinin həlli istiqamətində addımlar atırıq. Həmid Həmidli ilə də görüşüb ona izah etmişik ki, işlə təminolunma növbəli şəkildə həyata keçirilir".
"Ona dedik ki, DOST Mərkəzində işlə təmin olunmaq üçün Məşğulluq İdarəsində qeydiyyata düşsün, sənədlərini ora təqdim etsin. O da müraciət edib, ona görə də burada görüşdən imtinadan söhbət gedə bilməz. Bilirsiniz ki, öncə qazilər, müharibədə yaralanan şəxslər işlə təmin olunur, sonra da digər müharibə iştirakçıları. Həmin Həmidli həmkəndlimdir və problemlərini də bilirik, amma növbəli sistemə də əməl olunmalıdır. Növbəsi çatanda onu da işlə təmin edəcəyik", - başçının köməkçisi deyib.
İcra başçsının köməkçisi müharibə iştirakçısının sənədlərinin Məşğulluq İdarəsində itməsini də təkzib edib: "İndiyə qədər belə bir şey olmayıb ki, kiminsə idarədə sənədləri itsin. Bütün qeydiyyat elektron sistem əsasında aparılır".
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.
44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.
Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.
Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.
Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata müharibə zamanı 2881 nəfərin şəhid olub, 28 nəfərin itkin düşüb.
Müharibə bitdikdən 4 ay sonra hərbi xidmətdən yenicə qayıdan bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
Onlar dövlət qurumlarının səriştəsizliyi və onlara diqqətsiz yanaşmadan şikayətlənərək işsiz olmaqlarına etiraz ediblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|