"Hüquq və İnsan Haqları İnstitutu elmin inkişafına heç bir töhvə vermir" - Prezidentə müraciət olundu
Tarix: 18-07-2023, 08:09 | Çap et
DİA.AZ: - "Hüquq və İnsan Haqları İnstitutunda özbaşınalıqlar davam edir". DİA.AZ bildirir ki, bunu Prezident İlham Əliyevə müraciət edən hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Şakir qızı Həsənova qeyd edir. Ş. Həsənovanın müraciətində daha sonra bildilir: "Hörmətli Cənab Prezident! 16.05.2023 –cü il tarixində Sizə və Azərbaycan Respublikasının Birinci vitseprezidenti xanım Mehriban Əliyevaya ünvanladığım müraciətə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov tərəfindən cavab verilmişdir. Bu isə fikrimizcə mənim hüquqlarımın pozulması deməkdir. Belə olan halda mübahisə tərəfi nə dərəcədə ədalətli cavab verə bilər? Nəzərinizi catdiriram ki, cavab məktubunda qeyd edildiyi kimi öz xahişimlə deyil, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin tapşırığını icra edən kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevin göstərişi ilə əmək kitabçama hər hansı bir əsassız maddə ilə ləkə düşməsin deyə 17.05.2023-cü il tarixində mən də məcburən işdən azad olunmağım barədə başqa məcbur qalanlar kimi öz xahişimlə ərizə yazdım. Cavab məktubunda işəgötürən tərəfindən hüquqlarımın pozulmasını hesab edirəmsə məhkəməyə müraciət etməyim təklif olunur. İnstitutun keçmiş əməkdaşı iddiaçı Kazımova Elvira Rafiq qızının əsassız olaraq işdən azad edilməsi barədə şikayətinə Yasamal rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə baxılmışdır. Elvira Kazımovanın sözlərinə görə İnstitutun kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev günahkar olduqlarını etiraf etmiş, məhkəmənin hakimi isə məsələni əsassız olaraq qarşı tərəfin xeyrinə həll etmiş və iddiaçının müraciəti (kompensasiya tələbi) təmin edilməmişdir. Belə olduğu halda hansı ədalətli qərara inanıb məhkəməyə müraciət etmək olar. Məktubda qeyd edilir ki, gələcəkdə uyğun vakansiya yarandığı təqdirdə həmin vakansiyaya müraciət edə bilərsiniz. İşçiləri məqsədli şəkildə (Fərid Ələkbərov) üzərimə salıb, məni öz xahişimlə işdən getməyə vadar edən Məhəmməd Quluzadənin yenidən işə qəbul etməsi absurddur. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində baş verən özbaşınalıqlar yalnız əməkdaşların hüquqlarının kobud surətdə pozulması ilə bitmir. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu hüququn ayrı-ayrı sahələri üzrə fundamental elmi tədqiqatlar aparan, fəlsəfə doktoru və elmlər doktoru hazırlıgını həyata keçirən və s. əlaqəli məsələlər üzrə fəaliyyət göstərən elmi müəssisə kimi mövcud olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il (№ 1685) Fərmanına əsasən, AMEA-nın strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu Mərkəzin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə, hüquqi varisliyi, əmlakı, hüquq və öhdəlikləri saxlanılmaqla yenidən təşkil olunmuşdur. Bu o deməkdir ki, publik hüquqi şəxs kimi yenidən təşkil olunmuş “Hüquq və İnsan Haqları İnstitutu” elmi müəssisə kimi saxlanılmışdır. Elə bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə” verilmiş 328 nömrəli 25 avqust 2022-ci il tarixli Qərarı ilə (surəti əlavə olunur) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481, № 11, maddə 1412; 2021, № 6 (IV kitab), maddə 674, № 10, maddə 1169, № 11, maddə 1281, № 12, maddə 1517) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilmiş, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs üzrə Hüquq və İnsan Haqları İnstitutu həmin Siyahıya daxil edilmiş və onun tərkibində fəlsəfə doktoru və elmlər doktoru hazırlığı nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanına istinad edilməklə Mərkəzin tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutunun elmi müəssisə olduğu bir daha təsdiq olunmuşdur. Lakin təssüflə qeyd etməliyik ki, bundan sonra baş verənlərə Nazirlər Kabineti səviyyəsində yol verilmiş saxtakarlıqdan, Azərbaycan Respublikası Prezidentinin Fərmanına hörmətsizlikdən başqa ad vermək mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin https://nk.gov.az/az/senedler/qerarlar elektron bazasına və Ədliyyə Nazirliyi tərəfindən aparılan Hüquqi aktların Dövlət Reyestri elektron bazasına yerləşdirilmiş 328 nömrəli 25 avqust 2022-ci il tarixli Qərar 26 avqustda nahardan sonra Nazirlər Kabinetinin elektron bazasından, 28 avqustda isə Hüquqi aktların Dövlət Reyestrindən çıxarılmış, bir müddət sonra onun yerinə Nazirlər Kabinetinin həmin nömrə və həmin tarixlə olan başqa qərarı, yəni “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı olan 328 nömrəli 25 avqust 2022-ci il tarixli qərar yerləşdirilmişdir (surəti əlavə olunur). Hal- hazırda Məhəmməd Quluzadənin işdə saxladığı əməkdaşlar nə savadları ilə, nə iş təcrübəsi ilə işdən məcburi gedən əməkdaşlardan artıq deyillər. İnstitutun keçirdiyi yeni il şənliyində Günay Əliyeva ştatlar bölünən ərəfədə yeni il tədbirinə dəvət alan zaman “Allah Məhəmmədin bəlasını versin, axırıncı bayramı olsun. Hansı həvəslə qalxım söylədi”. İnstitun əməkdaşı Qələndər İsbəndiyarov müqavilələr bağlanılan zaman dəfələrlə İnstitutun İdarə Heyətinin sədrinə zəng edib müddətsiz müqavilə bağlanması üçün təhdidlər edirdi. İnstitutun İdarə Heyətinin sədrini (köpək oğlu, o kimdi mənlə müddətsiz müqavilə bağlamasın deyərək) nalayiq ifadələrlə təhqir edirdi. Məhz bunun nəticəsində institutda işləyən alimlik dərəcəsi olan işçilərlə deyil, yalnız Qələndər İsbəndiyarovla müddətsiz müqavilə bağlanıldı. Carı ilin mart ayında institutun keçmiş əməkdaşı Sevinc Hüseynova, Qələndər İsbəndiyarov və Fərid Ələkbərov arasında qısqanclıq zəminində mübahisə oldu. Məhəmməd Quluzadəni təhqir edənlər, işdə məhəbbət məcarası yaşayanlar, Qələndər İsbəndiyarov, Fərid Ələkbərov kimi işçilər qaldı, savadı, tərbiyəsi, illərin təcrübəsi olan işçilər şər, böhtan, hədə ilə işdən uzaqlaşdırıldı. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tabeliyində Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs respublikada hüquq elminin inkişafına heç bir töhvə vermir. Bu institut yalnız təlimlər keçirməklə məşğuldur. Hüquq sahəsində illərlə fəaliyyət göstərmiş, bütün ömrünü hüquq elminin inkişafına, hüquqi tədqiqatlara həsr edən alimlər elm sahəsindən uzaqlaşdırılırlar. Hal-hazırda respublikada, ölkənin əsas elm ocağı olan Azərbycan Milli Elmlər Akademiyasında bütün elm sahələri ilə məşğul olan qurumlar olsada hüquqi tədqiqatlarla məşğul olan bir qurum yoxdur. Hörmətli Cənab Prezident! Hüquq elmində əvəzsiz xidmətləri olan çoxsaylı alimlərin istəyini və ölkədə hüquqi tədqiqatların aparılmasına olan ehtiyacı nəzərə alaraq bizə bu işdə yardımçı olmağınızı Sizdən xahiş edirik". İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Dünən, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Dünən, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Dünən, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Dünən, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Dünən, 12:39 |
|
|
|
|