Misir Mərdanovdan sonra nələr dəyişdi ki, Məleykə Abbaszadə susası oldu? – Mikayıl Cabbarova qarşı şok ittihamlar
Tarix: 7-06-2014, 11:10 | Çap et
DİA.AZ: - Redaksiyamıza özünün Azərbaycanın əməkdar müəllimi adına layiq görüldüyünü və 2011\2012-ci tədris ilində ilin “Ən Yaxşı Müəllimi” müsabiqəsinin qalib olduğunu iddia edən şəxs tərəfindən təhsildəki problemlərlə bağlı bir müraciət daxil olub. Bildirək ki, müraciət müəllifi DİA.AZ-a yolladığı fikirlərinin anonim yayılmasını arzulayır. Həmin müraciətin mətnini diqqətinizə təqdim edirik və diaaz.space olaraq bəri başdan bəyan edirik ki, yazıda adları çəkilən bütün şəxslərin mövqelərini dinləməyə hazırıq:
“Yeni Təhsil nazirimiz Mikayıl Cabbarov haqqında həm Sizin saytınızda, həmdə digər saytlarda sosial şəbəkələrdə və başqa KİV-lərdə çoxlu tənqidi fikirlər söylənilir. Mən müəllimə olduğumdan yeni nazirin maliyyə fırıldağlarından, yarıtmaz kadr islahatlarından, gördüyü qanunsuz işlərdən yox, bir müəllimə kimi məni düşündürən dərsliklərin hazırlanması, nəşr olunması və məzmunu ilə bağlı işlər barədə fikirlərimi söyləmək istəyirəm.
Keçmiş nazirimiz Misir Mərdanov orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşr olunması işləri ilə bağlı çox tənqid olunurdu. Bəlkə də onun vəzifədən kənarlaşdırılmasının əsas səbəblərindən biri də onun bu sahədə yol verdiyi nöqsanlar idi. Ümüd edirdik ki, yeni nazir dərsliklərin hazırlanması, məzmunu və nəşri işlərində köklü dəyişikliklər edəcək və bu sahədə xeyli naliyyətlər əldə olunacaqdır. Lakin Mikayıl Cabbarov bir ildən artıq müddət ərzində dərsliklərin hazırlanması, məzmunu və nəşri sahəsində irəliyə doğru heç bir addım atmadı və bu sahədəki fəaliyyəti heç nə ilə yadda qalmadı. O zamanlar Misir Mərdanov nə qədər tənqid olunsa da belə, onun tərəfindən dərsliklərin məzmununun yaxşılaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması və dərsliklərin nəşri üçün optimal metodların seçilməsində xeyli işlər görülürdü. Ən azından hər il ilin ən yaxşı müəllimləri müəyyən olunurdu və onların içində dərslik yazmaq, hazırlamaq, işində səriştəsi bacarığı olan pedaqoqlar ya müəllif kimi ya da ki, ekspert kimi bu işlərə cəlb olunurdular və onlar da bu sahədə xeyli işlər görürdülər.
Bildirmək istəyirəm ki, mən özüm də ekspert kimi bir neçə dəfə bu işlərə cəlb olunmuşam. Çox zaman şəxsən nazir və onun bu sahəyə baxan müavini bizi qəbul edib və saatlarla müzakirələr aparırdıq. Hesab edirəm ki, yeni nazirimiz Mikayıl Cabbarovun bu işləri görməyə nə biliyi, nə bacarığı, nə də səriştəsi çatmır. Keçmiş nazirin dövründə internet saytlar, qəzetlər və digər KİV-lər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə bu sahədəki “dueli” barədə tez-tez məlumatlar yayırdılar. Sanki Mikayıl Cabbarov yeni nazir təyin olunduqdan sonra TQDK tərəfindən qurbağa gölünə bir daş atılıb.
Sizin saytınaız vasitəsi ilə mən TQDK-nin sədri Məleykə Abbaszadəyə müraciət edirəm: “Hörmətli Məleykə xanım, Misir Mərdanov vəzifədən uzaqlaşdırıldıqdan sonra dərsliklərin məzmununda müsbətə doğru köklü dəyişikliklər baş verdimi? Əgər doğurdan bu belədirsə, xahiş edirik ya Siz, ya da rəhbərlik etdiyiniz qurumun bir yetkili şəxsi sosial şəbəkələrdə və yaxud da ki, KİV-lərdə pedaqoji və təhsil ictimaiətini məlumatlandırsınlar. Bunu etmirsinizsə o, zaman belə çıxır ki, Siz Misir Mərdanovla intriqa aparırdınız. Təhsilin idarə olunması işi ilə əlaqəli bir şəxs olduğunuzdan, hesab edirik ki, Siz təhsilə faydası olmayan işlərlə məşğul olurdunuz və bu gün həmin qurumda rəhbər olmağa layiq deyilsiniz.
Hal-hazırda dərsliklərin hazırlanması işində Misir Mərdanov dövründən qalan nöqsanlar hələ də mövcud olduğundan, bəlkə də həmin nöqsanlar daha çox artdığından Sizin bu işlərə biganə qalmağınız və susmağınız biz müəllimləri çox təccübləndirir. Əgər bu nöqsanlar var idisə və yenə də davam edirsə, bunun qarşısının alnması üçün niyə addımlar atmırsınız? Bax ona görə də təhsilimiz irəliyə getmir, intriqaların ucbatından dərin bir bataqlığa düşüb”.
O ki, qaldı yeni nazirimizin bu sahədə ki, fəaliyyətinə onun nəticələri bizi bədbinliyə sürükləyir. Nə nazirimiz pedaqoqdur nədə ki, onun kommersant müavini Ceyhun Bayramov. Mən bir əməkdar müəllimə kimi mənəvi cəhətdən sarsıntı keçirdirəm. Necə ola bilər ki, Azərbaycan təhsili, təhsildən çox çox uzaqda olan bir nazir və müavini tərəfindən idarə olunur. Bu sahədə səriştələri olmadığından, indi də özlərindən qanunlarımıza zidd yeni qaydalar icad ediblər: müəllimlərin qiymətləndirilməsi və müəllimlərə and içdirilməsi. Əgər qiymətləndirməkdirsə ilk növbədə bir dövlət qulluqçusu kimi nazirliyin aparatının işçilərinin fəaliyyəti qiymətləndirilisin. Bunu biz müəllimlər yox, Dövlət Qulluğu haqqında qanun belə tələb edir və yaxud da and içməkdirsə bir dövlət qulluqçusu kimi Təhsil Nazirliyin aparatının işçiləri and içsinlər.
Bunu da Dövlət Qulluğu haqqında qanun belə tələb edir. And içə bilməzlər, çünki yeni nazirin, nazirliyin aparatına cəlb etdiyi işçilərin əksəriyyəti ya dövlət qulluğunda heç vaxt çalışmamış ya da ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqə və müsahibəsindən keçməmiş adamlardır. Bəyəm təhsil nazirliyinə bir tanınmış pedaqoq, bir təcrübəli təhsil işçisi nazir müavini təyin oluna bilməzdi. Mütləq gərək nazir müavini Mikayıl Cabbarovun yerlisi - gədəbəyli Ceyhun Bayramov gətrilməli idi? Mütləq gərək Maliyyə nazirinin müavini, dövlətin baş xəzinadarı gədəbəyli Azər Bayramovun kommersant və biznesmen qardaşı Ceyhun Bayramov təyin olunmalı idi? Bəs bilmirlərmi ki, bir ailədən iki qardaşdan birinin Maliyyə nazirinin müavini digər qardaşın isə Təhsil nazirinin müavini təyin etməklə, bu qardaşlar əlbir olub təhsilə ayrılan dövlət vəsaitlərinin talan edəcəklər?
Düşünürdük ki, 2013\2014-cü dərs ili üçün hazırlanmış dərsliklərin məzmununda müəyyən dəyişiklik etmək üçün yeni nazirin kifayət qədər vaxtı olmadığından bu sahədə müəyyən işlər görə bilmədi. Ona görə də gözləyrdik ki, 2014\2015-ci tədris ili üçün hazırlanacaq dərsliklərin məzmununda faydalı işlər görüləcək və köklü dəyişikliklər aparılacaq. Ancaq bu sahədə cüzü də olsa irəlləyiş olmadı xeylidə geriyə düşdük. Dərsliklərin hazırlanması, nəşri və çapı üçün heç bir tender, müsabiqələr elan olunmadı. Necə deyərlər, yenə də “dədə -baba” qaydasına üstünlük verildi. Yenə “köhnə hamam-köhnə tas” prinsipi tətbiq olundu.
Bir zamanlar nazir Misir Mərdanovun rəhbərlik etdiyi dövrdə dərslik şöbəsinin müdiri olmuş Əsgər Quliyevin fəaliyyəti dövründə şəxsən Ulu Öndər Heydər Əliyev tərəfindən məktəb dərsliklərində bağışlanmaz, çox ciddi və kobud səhvlərin olduğu müəyyənləşdirildiyindən, Əsgər Quliyev işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdur. Belə olduğu halda Mikayıl Cabbarov tərəfindən Əsgər Quliyevin yenidən dərslik şöbəsinə rəhbər işə gətirilməsi heç də bu işlərdə müsbət nəticələr əldə edilməsindən xəbər vermir.
Bir qabaqcıl təhsil işçisi kimi Təhsil Nazirliyinin yeni rəhbərliyinin bu sahədə görə biləcəyi, əldə edə biləcəyi bir müsbət nəticəni gözləmirik. Ancaq həm pedaqoji ictimayyət həmdə mətbuatın bu işlər barədə susmağı şəxsən məni çox təcübləndirir. Hesab edirəm ki, Təhsil Nazirliyini hazırlanacaq dərsliklərin məzmunundan çox onların hazırlanmasına çəkiləcək dövlət vəsaitlərinin mənimsənilməsi daha çox maraqlandırır. Əgər bu belə olmasaydı, nazir Mikayıl Cabbarov gözdən pərdə asmaq işləri ilə deyil, təhsilimizi irəliyə apara biləcək, onun keyfiyyətinin artmasına gətirib çıxara biləcək işlərlə məşğul olardı. Bir pedaqoq kimi hesab edirəm ki, müəllimlər üçün imtahanların keçirilməsi əslində təhsili idarə edənlərin, yəni məktəb direktorların, təhsil şöbə müdirlərinin və təhsil nazirliyin rəhbər işçilərinin cibinə xidmət edir.
Hesab edirəm ki, Hörmətli Prezidentimiz sizin saytınız vasitəsi ilə biz müəllimlərin fikri ilə tanış olsa, nazir Mikayıl Cabbarov və onun biznesmen müavini Ceyhun Bayramov haqqında tədbir görəcəkdir. Allah bizi belə səriştəsiz rəhbərlərdən qorusun”.
DİA.AZ olaraq bir daha vurğulayırıq ki, adları çəkilən bütün şəxslərin mövqelərini dinləməyə, işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
|