Gəncə Dövlət Universitetində kameralar qarşısında necə rüşvət yığılır – GDU-nun müəllim heyəti prezidentə müraciət etdi
Tarix: 12-07-2014, 11:29 | Çap et
DİA.AZ: - Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti DİA.AZ vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Müraciətin diaaz.space-a daxil olan mətnində deyilir:
“Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq GDU-nun rektoru Yusif Yusifov "burda mənəm, Bagdadda kor xəlifə" prinsipini üstün tutub. Buraxılış və bəzi kursların yay imtahan sessiyasını yığılmış rüşvətin həcminə görə uğurla başa çatdıran Yusif Yusifov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib, bütün fakültələr üzrə pul əvvəlcədən yığılır.
Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. «Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil» Dekanlar pulları yığib bu işə təhkim olunmuş prorektor Asif Cavadova təhvil verirlər. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu.Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər H.Əliyevin əleyhinə təbligat aparırdı.Həmin seçkilər vaxtı LALƏ ŞÖVKƏT hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi.Maraqlıdır, Yusif Yusifov tərəfindən" Psixologiya" kafedrasına müdir təyin olunan Zümrüd Şirinovanı(Asif Cavadovun həyat yoldaşı) Lalə Şövkətlə hansı sıcaq münasibətlər bağlayır ?Dünən Heydər Əliyevin əleyhdarı olan, müxalifəti dəstəkləyən bu şəxslər indi başqa cəbhədədir.... İnsan öz simasını nə qədər xamilyon parçalar kimi dəyişə bilər?
GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3" də vermirlər. “3"ün qiyməti 70, ”4"ün 80, “5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir.
Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu.Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və və vaxtilə müsavat, milli-istiqlal partiyalarının üzvü olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusifov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir.
GDU-nun ərazisi də zəbt olunub, rektor universitetin ərazisinə öz şəxsi təsərrüfatı kimi baxır, bu işdə keçmiş sələfi Yadigar Əliyevdən heç də geri qalmır. Yadigar Əliyev universitetin idman meydançasının bir hissəsini "SONİ" mağazasına satmışdı. Yusif Yusifov isə başı bəlalı həmin idman meydançasının digər hissəsini mağazaya və avtobus dayanacağına icarəyə verib. Adı rüşvət və korrupsiya qalmaqalında hallanan dövlət təhsil müəssisəsinin rəhbəri Yusif Yusifov kütləvi informasiya vasitələrində haqqında gedən bu məlumatlara nə reaksiya verir, nə də narahat olur. Aydın məsələdir ki, arxası möhkəm bağlı olduğundan bu qədər əmin şəkildə öz korrupsiya əməllərinə davam edir.Hansısa bir tələbə rüşvətxorluğa etiraz edəndə rektor deyir ki, tələb olunan məbləğ verilməlidir, şəhərin icra başçısı bizə şəhərin abadlaşdırılması ilə baglı haqq qoyub,bu bizdən asılı deyil.
Bizcə Təhsil naziri Mikayıl Cabbarov rektorun özbaşınalıqlarına qəti şəkildə son qoymalıdır. Lakin mənbələr Yusif Yusifovun belə bəsit tədbirlərin təsirinə qətiyyən məruz qalmayacaq bir məmur olduğunu iddia edirlər. Rektor yaxın ətrafının əhatəsində baş verənlərə belə münasibət bildirib: “Yazılanlara fikir verməyin, mən vəzifəyə təzə qoyulmuşam, mətbuat da yazsın, nazirə də yazsınlar, Elmar Vəliyevə də yazsınlar,bunların hamısı əhəmiyyətsiz şeylərdir, kimdir ki bu cızma-qaraları oxuyan?Məni bu vəzifəyə qoyduran qüvvələr məni respublika səviyyəsində dəstəkləyir, hələ görərik nələr olacaq".
Digər tərəfdən , indiki təhsil naziri Mikayıl Cabbarova həddən artıq ümid var idi. Əksəriyyət inanırdı ki, Mikayıl Cabbarov təhsili düzəldəcək. Amma gözlənilənlər baş vermədi. Əksinə, yalnız orta məktəblərdə “süpürgə pulunu” qadağan edəcək həddə cəsarət sahibi olan Mikayıl Cabbarov hətta ən primitiv pulyığma bəhanələrini belə ali və orta məktəb rəhbərlərinin əlindan ala bilmədi. Elə buna görə də, indi bəzən Mikayıl Cabbarovun iş prinsipinə baxanlar “Allah Misir Mərdanovun atasına rəhmət eləsin” deyərək, əsəblərini sakitləşdirirlər. Mikayıl Cabbarov isə heç bir elmi dərəcəsi və elmi adı olmayan, bir gün də olsa pedaqoji fəaliyyətlə məşğul olmayan bir ali məktəb məzunudur. Mikayıl Cabbarov səviyyəsində bir nazir ali məktəb rektorları ilə görüşüb təhsilin hər hansı bir məsələsinin müzakirə etməsi iqtidarında deyildir,çünki Mikayıl Cabbarov və onun əhatəsinə yığdığı işçilərin təhsil sisteminə bələdçiliyi olmadığından təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlanmasını bilmir.
Fikrimizcə, Təhsil Nazirliyində onun əsas məqsədi təhsildə müəyyən islahatların aparılması yox, təhsilə ayrılan bütün vəsaitin xərclənməsinin özü tərəfindən həyata keçirilməsi, imkan olduqca dövlət tərəfindən təhsilə ayrılan vəsaitlərin həcminin daha çox artırılmasına nail olmaq və bu yollarla da daha çox sərvət toplamaqdan ibarətdir. Bu işdə isə ölkənin baş xəzinədarı Azər Bayramov və Cavanşir Yusifovun köməyinə möhtac olan Mikayıl Cabbarov Yusif Yusifov(Cavanşir Yusifovun qardaşı) kimilərinin haqqında heç bir tədbir görəsi deyil.
Ümid edirik ki, ölkə rəhbərliyi yaxın zamanlarda Mikayıl Cabbarovun səriştəsiz bir nazir olacağının şahidi olacaqdır.Bəlkə yeni təyin olunacaq təhsil naziri Gəncə Dövlət Universitetindəki bu anarxiyaya son qoya..........
Müraciətin mətni möhtərəm Prezidentə də göndəriləcək”.
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|