Banklardakı “qara siyahı”ya neçə adamın adı düşüb? - 1 manat ver, məlumat al...
Tarix: 7-05-2015, 09:19 | Çap et
“Biz sizin haqqınızda hər şeyi bilirik”. Azərbaycan Mərkəzi Bankının tərkibində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin əməkdaşları istəsələr, bu sözləri indiyədək ölkə banklarından kredit almış 2,3 milyon nəfərə deyə bilərlər. Banklardan kredit alan bütün müştərilər, onların kreditləri necə qaytarması barədə məlumatlar məhz bu reyestrdə toplanır. Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən 2014-cü ili əhatə edən son məlumatda göstərilir ki, ötən il kredit reyestrində bankdan kredit götürən 2,3 milyon fiziki və hüquqi şəxs barədə 9 milyona yaxın kredit tarixçəsi saxlanılır. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 1 milyon nəfəri ötüb. Ölkə vətəndaşları öz kredit tarixçələrini elə indi də öyrənə bilərlər. Kredit tarixçəsinin necə olduğunu bilmək istəyənlər bunun üçün reyestrə müraciət etməlidirlər. Cavabını uzağı 3 günə biləcəklər. Öz kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı getdikcə artmaqdadır. Ötən il öz kredit hesabatını əldə etmək üçün MKR-ə 77,558 şəxs müraciət edib ki, bu, ötən illə müqayisədə təxminən 15 dəfə artıqdır. Belə ki, 2013-cü ildə müraciət edənlərin sayı 5355 nəfər olub. Reyestrdən məlumat almaq üçün cəmi 1 manat ödəmək kifayətdir. Bankların sənin haqqında nə fikirləşdiyini bilmək üçün bu, o qədər də böyük pul deyil. Bank üzrə mütəxəssis Etibar Səmədov Analitik.az-a deyib ki, reyestrdə müştərilər haqqında olan məlumatlar, yəni kreditin müddəti, qalığı, gecikdirilməsi və ya vaxtında ödənməsi barədə məlumatlar yer alır: “Banklar kredit porfeli barəsində ay ərzində 2 dəfə Mərkəzləşdirilmiş Kredit Reyesteri Xidmətinə (MKRX) məlumat verirlər. Ayın əvvəlində və ortasında hesabatlar reyesterə təqdim olunur. Bankın nə qədər müştərisi varsa, bu haqda hesabatlar reyestrə ötürülür. Orada mərkəzləşmiş baza var. Bütün məlumatlar bu bazada toplanır. Bütün banklar, müştəri kredit istəyəndə həmin xidmətdə müştərinin kredit tarixçəsinə baxırlar. Banklarda MKR-nin saytı yerləşdirilib. Ora daxil olub müştərinin İD-ni, müştəri haqqında məlumatları və seriya nömrəsi qeyd olunr. Bundan sonra isə müştərinin indiyədək götürdüyü bütün kreditlər, məbləği, qalığı, krediti necə ödədiyi haqqında məlumatlar sistemdə çıxır. Həmçinin müştərinin adına olmuş və bağlanmış kreditləri də sistem göstərir. Müştərinin krediti hansı bankdadırsa, kredit mütəxəssisinə bu haqda da məlumat verilir. Bu da banklara müştərilər haqqında geniş məlumat verir ki, gələcəkdə problemli kreditlər yaranmasın.”
Mütəxəssis onu da qeyd etdi ki, müştəri haqqında məlumatların MKR-ə daxil edilməsi üçün müraciət edənin mütləq şəkildə rəyi olmalıdır.Yəni müştəri özü razılıq verməlidir ki, haqqında olan məlumatların yoxlanılmasına etiraz etmir: “Müştəri birinci dəfə banka müraciət edəndə ondan müraciət ərizəsi və kredit sifarişi götürülür. Kredit sifarişi doldurulur və sonda müştəri imza atır. İmza atmamışdan öncə həmin sifariş vərəqinin yuxarı hissəsində belə bir ifadə qeyd olunub: “Mənim haqqımda məlumatların, borcların, öhdəliklərin yoxlanılmasına etiraz etmirəm.” Bu sifariş doldurulduqan sonra onun əsasında sorğu aparıla bilər. Müştərinin razılığı olmadan o sorğunu aparmaq olmaz.” Qeyd edək ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrinin xidmətlərindən 41 bank və 45 bank olmayan kredit təşkilatı istifadə edib. Başqa sözlə, ölkədəki bankların hamısı, bank olmayan kredit təşkilatlarının isə 90%-i müştərilərinə kredit vermək barədə qərar qəbul edəndə MKR-in məlumatlarına əsaslanırlar. Bu dövr ərzində reyestrdə 3,243,077, o cümlədən banklar və BOKT-lər tərəfindən 3,165,519 sorğu həyata keçirilib. Bu isə ötən illə müqayisədə MKR-ə edilən sorğuların sayından 1,4 dəfə çoxdur. İqtisadçı-eskpert Rəşad Həsənov Analitik.az-a bildirdi ki, Mərkəzi Bank tərəfindən yaradılan Mərkəzləşdirilmiş Kredit Reyestr Xidməti bank sisteminin maraqlarına xidmət edir. Bu, xüsusilə onunla bağlıdır ki, vətəndaşın kredit tarixçəsi deyilən bir baza formalaşdırılır. Bu da bank sistemi üçün sərfəlidir ki, daha çox vaxt və əmək sərf etmək məcburiyyətində qalmırlar: “İkinci bir tərəfdən isə burada doğru məlumatlar yer alır. Bir çox hallarda əvvəlki dövrlərdə vətəndaşların banklara yanlış məlumat verməsi nəticəsində düzgün olmayan qərarlar qəbul edilirdi ki, bu da sonrakı dövrlərdə problemli kreditlərin yaranmasına və sayının artmasına gətirib çıxarırdı. Belə bir mexanizm dünyada olan bir təcrübədir. Bu əslində bank sistemi üçün problemli kreditlərin artmasının qarşısının alınması və informasiya təhlili xaraketeri daşıyır.” R. Həsənovun sözlərinə görə, artıq MKR yaradılandan sonra müşahidə edilir ki, vətəndaşlar kredit ödənişlərinə daha məsuliyyətli yanaşırlar. Çünki onlar üşün açılmış şəxsi hesabda nöqsanların olmamasına cəhd göstərirlər:“Ona görə ki, kredit insanların həyatına o qədər sirayət edib ki, vətəndaşlar düşünürlər ki, bundan sonrakı dövrlərdə də böyük ehtimalla kredit götürməyə məcbur olacaqlar. Bu səbəbdən də kredit ödənişlərinə daha məsuliyyətli yanaşırlar.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|