Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal... - Həbs dalğasında növbədə kimlərdir?
Tarix: 14-05-2015, 08:35 | Çap et
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin istefaya getməsi ətrafında yaranan suallar yavaş-yavaş öz cavabını tapmaqdadır. Son günlər «iş adamı kimi tanınan» bir sıra şəxslərin həbs olunması C.Hacıyevin ətrafında çevrəni daraltmaqla yanaşı, onun ölkənin ən böyük bankından uzaqlaşdırılmasının səbəblərini ortaya çıxarır. İstefasından sonra, onun guya, başqa bir yüksək vəzifəyə təyinat alacağına dair gümanlar puça çıxdı. Cahangir Hacıyevin bundan sonra, həbsdən qurtula bilməsi onun üçün yeganə ən yaxşı perspektiv ola bilər. Analitik.az-ın məlumatına görə, son günlərin qalmaqallı həbsləri bilavasitə Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrü və fəaliyyəti ilə bağlıdır. Əvvəlcə Dövlət Bayrağı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun ətrafında yaranan qalmaqal və hüquq-mühafizə orqanının araşdırmaları paralel olaraq C.Hacıyevin də karyerasında məhvedici faktların ortaya çıxmasına zəmin yaradıb. Özəl mənbələrin məlumatına görə, R.Məmmədovun Nazirlər Kabineti yanında İdarə rəisliyindən çıxarılmasına səbəb təkcə çoxmilyonlu yeyintilər və işində yol verilən qanunsuzluqlar deyilmiş. R.Məmmədovun işdən çıxarılması və ətrafının bu cür silkələnməsi onun anasının erməni olması ilə bağlı açıqlanan məlumatlarla da tam bağlı olmayıb. R.Məmmədov himayədarına arxalanaraq, yuxusunda belə görə bilmədiyi o qədər «uzağa gedib çıxıb» ki, onu o yoldan qaytarmaq üçün başqa yol qalmayıb… Böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal... Analitik.az-a daxil olan xəbərlərə görə, son günlər dələduzluq və ictimai əmlakın talanması ittihamları ilə həbs olunan iş adamlarının barəsində araşdırmalar əslində bir neçə həftə əvvəl başlanılıb. Bu araşdırmaların başlanmasına 2 əsas versiya irəli sürülür. Bunlardan biri məhz Rəşad Məmmədovun ailəsindən «qaynaqlanan» məlumatlarla bağlıdır. Məhz R.Məmmədovun «diqqət mərkəzinə» gəlməsindən sonra, onun əlaqəli olduğu şirkət(lər)in Beynəlxalq Bankdan götürdüyü və mənimsənilən pulların araşdırılmasına başlandığı bildirilir. Digər, daha tutumlu versiya isə bilavasitə keçmiş bankir Cahangir Hacıyevin öz fəaliyyəti ilə bağlıdır. Məlumata görə, manatın devalvasiyası ərəfəsində C.Hacıyev və komandası «çox fəal» hərəkət ediblər. Mətbuatda hallanan milyardlarla manat pulun ələ keçirilməsində C.Hacıyevçilərin «devalvasiya fəallığının» da rolu olduğu bildirilir. Yəni, söhbət təkcə Beynəlxalq Bankdan götürülərək qaytarılmayan və «batırılan» kreditlərdən getmir. 21 fevral ərəfəsində «dollar ajiotajında» qazananın elə Cahangir Hacıyev olduğuna dair məlumatlar var. Bu məlumatların ən yüksək səviyyədə məruzə olunduğu və məhz ən yüksək səviyyədən heç bir güzəştsiz, sərt tədbirlərin görülməsinə qəti göstəriş verildiyi bildirlir. C.Hacıyevin ətrafında, onun himayəsində olan şirkətlərin fəaliyyətinin yoxlanmasına 1 aya yaxın vaxt sərf olunub. Bütün maxinasiyalar, «devalvasiya möhtəkirlikləri» qovluqlara salınıb. Bilavasitə işin içində olan ilkin mərhələdə 25-dən artıq şəxsin məsuliyyətə cəlb edilməsinə əsaslar müəyyənləşib. Hələ adları açıqlanmayan, Beynəlxalq Bankdan pul götürən və bank vasitəsilə çoxmilyonluq dövriyyələri olan şirkətlərin hamısının fəaliyyəti təftişə alınıb. Yüzlərlə daşınmaz əmlak sənədlərinə baxış keçirilib, C.Hacıyevə yaxın «məmur-binesmenlərin» fəaliyyətinə qiymət verilib. Adi mənzillərdə on kiloqramlarla qızıl-zinət əşyalarının, mülk sənədlərinin saxlanc yerləri müəyyənləşib… Bir sözlə, böyük bir imperiyanın sərvətinə bərabər cah-cəlal aşkarlanıb… Keçmiş icra başçısı və iş adamlarının həbsi, növbədə kimdir? Bütün araşdırma tədbirləri maliyyə maxinasiyalarının, yeyntilərin son ünvanının Beynəlxalq Bankın sabiq rəhbərinə apardığını göstərir. Bankın İdarə Heyətinin sədri kimi təminatsız və heç bir ciddi biznes-layihə ilə əsaslandırılmayan yüzmilyonluq kreditlərin verilməsinə məhz C.Hacıyevin məsul olduğu şübhəsizdir…
Bir neçə gündür ki, bəzi mətbu orqanlarının himayəçisini «axtardığı» Rəşad Məmmədovu Dövlət Bayrağı Meydanı İdarəsinə də, yüzmilyonluq dövriyyəsi olan şirkətə gətirib çıxaran da Cahangir Hacıyevin olduğu deyilir. Həbs olunan, «metanol Nizami» kimi tanınan N.Piriyev isə son illərdə C.Hacıyevin əsas biznes proyektlərinin icraçısı və formal rəhbəri olub. Şəkinin keçmiş icra başçısı Murad Cabbarlının, «Azərinşaat» MMC-nin direktoru Mehdi Əliyevin də C.Hacıyevin kurasiyasında olan biznes sahələrinə rəhbərlik etməsi sirr deyil. Hacı İbrahim Nehrəmlinin DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) dindirilməsinə dair xəbərlər həbs dalğasının davam edəcəyini təsdiqləyən faktordur. Keçmiş deputat Dünyamin Xəlilovun da sıradan «iş adamı» olmadığı və 3 milyonluq kreditə görə yada düşmədiyini düşünmək olar. C.Hacıyevin «pambıq imperiyası»nın digər simaları da yəqin ki, yaddan çıxarılmayıb, onlara da növbə çatacağı gözlənilir…
Manatın ucuzlaşmasından xeyir götürənlər
Hər kəs Beynəlxalq Bankdan götürülmüş və mənimsənilən kreditlərə görə sorğu-suala çəkilərkən, keçmiş baş bankirin bu sorğu-sualdan kənar qalacağı məntiqsiz olardı. BMCQMİ-də dindirilməsi bildirilən 25-dən artıq «talançı»nın hamısının C.Hacıyevə birbaşa çıxışı olmasa da, onlar - bəziləri birbaşa özləri, bəziləri də üst patronları vasitəsilə Hacıyevin çevrəsində təmsil olunanlardır. Söhbət milyardlarla manat pulun mənimsənilməsindən, «devalvasiya möhtəkirliyindən», bununla da ölkənin iqtisadi sisteminə təsir edən maliyyə fırıldaqlarından gedirsə, kimsəyə güzəşt olunacağını düşünməyə dəyməz. Hələlik isə Cahangir Hacıyevin ətrafındakı dairə tam qapanmayıb… BMCQMİ-dən ifadə verdiyi bildirilən yeni isimlər eşidəcəyik…Məlumata görə maxinasiyaların və subyektlərin dairəsi o qədər genişdir ki, müstəntiqlər işi aparmağa vaxt çatdıra bilmirlər... Hər gün isə yeni faktlar çıxır... Bu arada Nərimanov rayon məhkəməsinin darısqal dəhlizli, köhnə təmirli binası Azərbaycanın son 10 ildə «çiçəklənən» biznes elitasına «ev sahibliyi» etməkdə çətinlik çəkə bilər… Hələ C.Hacıyev özü şəxsən bu binaya təşrif buyurarsa…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|