Dünyamin Xəlilov borclarını qaytarmaq üçün hansı üsula əl atıb? - İDDİA
Tarix: 16-05-2015, 09:45 | Çap et
Bu gün mətbuatın gündəmini zəbt edən əsas mövzulardan biri də bir neçə oliqarxın, nəhəng biznes şəbəkəsinə sahib olan iş adamlarının "maliyyə xəyanətlərinə" görə həbs olunma və istintaqa cəlb edilməsi ilə bağlı məsələdir. Qeyd edək ki, keçmiş millət vəkili, " Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun da həbs olunduğuna dair müxtəlif səpkili informasiyalar yer almaqdadır.
Mövzu ilə bağlı əldə olunmuş bilgilərdə deyilir ki, artıq bir müddətdir ki, " Globus Plaza"da ciddi yoxlamalar həyata keçirilir. Mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankındakı yeyintilərdə iştirak etmiş şəxslərdən biridir: "Deyilənlərə görə, sabiq deputat " Globus Plaza"nın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına Azərbaycan Beynəlxalq Bankından 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə bu kreditlərdən xəbərləri yoxdur. Onu da nəzərinizə çatdırım ki, Azərbaycan Beynəlxalq Bankının filiallarından biri " Globus Plaza"nın 3-cü mərtəbəsində yerləşib. Bu günlərdə isə həmin filialın fəaliyyəti dayandırılaraq plazadan köçürülüb".
Bu arada, mia.az xəbər verir ki, Dünyamin Xəlilov sıradan iş adamı deyil. Onun Ədliyyə Nazirliyinin arxasında da ofisi var. Sabiq deputatın şirkəti Bakının müxtəlif istiqamətlərində dövlət sifarişləri əsasında tikinti işləri də aparıb. Elə Beynəlxalq Avtovağzalın arxa tərəfində gölün qurudulması və ərazidə aparılan işlərə də Dünyamin Xəlilovun şirkəti məsuldur.
Qeyd edək ki, həbs olunması ilə bağlı APA-ya açıqlama verən keçmiş deputat barəsində yayılan informasiyaları təkzib edib. Belə ki, "Mən hazırda müalicədəyəm" deyən "Globus Plaza" şirkətinin sahibi bildirib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: "Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram". Maraqlı məqam ondadır ki o, istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib…
"Globus Plaza" ticarət mərkəzinin bir vaxtlar adı Azərbaycan Beynəlxalq Bankından 250 milyon dollar kredit alıb geri qaytarmamaqda hallanan və bu işlə bağlı saxlanılan iş adamı Xəqani Bəşirovun şirkəti tərəfindən inşa edildiyini vurğulayan məlumatlı şəxs Dünyamin Xəlilovun 1961-ci ildə Tiflisdə anadan olduğunu bildirib: "O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer olub. 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləyib. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini işləyib. 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışıb. 2004-2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olub. Dünyamin Xəlilov həmçinin, Şəki Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin rəhbəridir. O, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla yaxın münasibətlərə malikdir. Elxan Usubov bəzi məsələlərdə Dünyamin Xəlilovla ortaq hərəkət edib, onunla eyni mövqedən çıxış edərək hər iki tərəfi razı salan nəticələr əldə edib".
Məlumat üçün bildirək ki, bir müddət öncə Dünyamin Xəlilovla bağlı www.ipekchi.biz saytında olduqca maraqlı məqalə yayımlanmışdı. Həmin yazıda qeyd olunur ki, 2012-ci ilin aprel ayında ölkənin müxtəlif şəhər və rayonlarında keçirilmiş antiterror əməliyyatları zamanı zərərsizləşdirilən terrorçudan 7 nəfəri Şəki mühafizə polisinin əməkdaşı, yerdə qalan əksəriyyəti isə sabiq deputat Dünyamin Xəlilovun təsisçisi olduğu özəl mühafizə dəstəsinin - "Inter Security" şirkətinin, əməkdaşları idilər. Terrorçuların həbsindən dərhal sonra "Şəki-İpək" ASC işçilərinə istinadən Hikmət Rəhimov adlı bir şəxs tərəfindən KİV-ə ötürülən məlumatda göstərilmişdi ki, terrorçulardan biri - Rəşad Aşurov, "Inter Security" şirkətinin "Şəki-İpək" ASC üzrə mühafizə xidmətində işləyir və Dünyamin Xəlilov tez-tez kombinata gələndə Rəşad Aşurov onun yanında olur. Dünyamin Xəlilov isə öz növbəsində mediaya cavab verdi ki, onun Rəşad Aşurovla yaxından tanışlığı olmayıb: "Həmin şəxs ASC-nin mühafizə xidmətində işləyib. Hətta bunu da dəqiq deyə bilmərəm. Çünki yadımda deyil. Amma deyək ki, işləyib. Və mən ora gələndə ola bilsin ki, mühafizə xidmətinin əməkdaşı kimi o da orda olub. Lakin mən onu yaxından tanımıram və onun kənarda hansı işlərlə məşğul olması barədə məlumatım olmayıb... Bir daha qeyd edirəm ki, həmin şəxs sadəcə mühafizəçi işləyib. Indi bizim yanımızda durubsa o demək deyil ki, biz onun yaxından tanıyırıq. Sizə göndərilən müraciətdə qeyd olunanlar yanlışdır". Lakin ipekchi.biz saytı sabiq deputatın cavabının həqiqətə uyğun gəlmədiyini bildirib. Belə ki o, 2005-ci ildə 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürərkən məhz Rəşad Aşurov onun nümayəndəsi olub. "Şəki Tikinti Materialları" ASC-nin səhmdarlarından biri olan Nəbi Mustafabəyli isə yazır ki, "Rəşad Aşurov əvvəllər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı nəzərdə tutulur-red.) özəl mühafizə xidmətində mühafizəçi işləyib. Dünyamin Xəlilovun şəxsi sürücüsü, "yaxşı" işlədiyinə görə elə Dünyamin Xəlilov tərəfindən "irəli" çəkilərək, Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisi olub". Məlumat üçün əlavə edək ki, "Inter Security"nin Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisinin ofisi "Şəki-İpək" ASC-nin idarə binasında yerləşir. İpekchi.biz saytı iddia edir ki, rəsmi məlumatlara görə, baş tutmuş əməlliyyat zamanı Rəşad Aşurovun evində 4 ədəd avtomat silah, 1 ədəd "RPK" tipli əl pulemyotu, 4 ədəd müxtəlif tipli tapança, 100 min ədəd patron, 33 ədəd müxtəlif tipli əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, 36 ədəd "Kenwood" markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı və s. aşkar edilib. Maraqlıdır ki, Dünyamin Xəlilovun təsisçisi olduğu özəl mühafizə dəstəsi işçilərinin Azərbaycanda dəhşətli terror hadisələri törətməyə hazırlaşmaları sübut edilsə də, onun özünə "gözün üstə qaşın var" deyən olmadı?!
Məlumatda o da qeyd olunur ki, Şəki olimpiya idman kompleksi Dünyamin Xəlilovun baş direktoru olduğu "General Construction" MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala olimpiya idman komplekslərini də bu şirkət öz vəsaiti ilə inşa edib. Bundan başqa, Şəki şəhər su eliktrik stansiyasının tikilməsi də "General Construction" MMC-yə həvalə olunub. Məlumatlı şəxs iddia edir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla Dünyamin Xəlilovun dostluğu məhz sabiq millət vəkilinin Şəki ilə bağlı kommersiya fəaliyyətindən irəli gəlir. Bundan başqa, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Dünyamin Xəlilov borclarını qaytarmaq üçün sahib olduğu " Globus Plaza" ticarət mərkəzində böyük endirimə start verib: "Bu günlərdə saxlanılan oliqarx Dünyamin Xəlilovun ticarət mərkəzində yerləşən "Harvey Nichols" mağazası satdığı mallara böyük endirim elan edib. Deyilənlərə görə, obyektin sahibi elit firmanın məhsullarını misilsiz endirimlə satışa çıxarıb. Həmin mallara 60 faiz endirim elan edilib. Rəhbərliyin bu addımı atması onun nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunur. Görünür, Dünyamin Xəlilov bu yolla borclarını qaytarmağı düşünür…"
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
(Ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|