"Azəriqaz" barəsində ən çox şikayət olunan dövlət qurumudur... - Narazılıq var
Tarix: 30-05-2015, 08:49 | Çap et
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaztənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar səhər saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Təbii ki, bu kimi xəbərdarlıqları qış aylarında demək olar ki, hər gün eşitmək məcburiyyətində qalsaq da, isti havalarda da eşidirik. Ümumiyyətlə, son bir neçə ildir ki, "Azəriqaz" İB-də yaşanan problemlər, nöqsanların ardı-arası kəsilmək bilmir. "Təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi" kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud da yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırırlar ki, bu da haqlı olaraq vətəndaşların etirazı ilə nəticələnir. Bəs görəsən, doğrudanmı "Azəriqaz"ın təmir-quraşdırma briqadaları bu cür intensiv işləyir və paytaxt Bakıda, rayonlarda "gözəgörünməz" təmir-quraşdırma işləri bu cür intensiv xarakter alıb? Təmir işləri gedir, lakin heç kəs görmür. Qazın verilişində fasilələr yarandıqdan və verilişi bərpa edildikdən sonra, təxminən yarım saat ərzində qəribə qoxulu hava gəlir və daha sonra qaz. Qeyd edək ki, bu durum yalnız bir ünvanda və yaxud yalnız paytaxtda yaşanmır. Bölgələrdə də, eyni durumdur. Daha doğrusu, bölgələrdə vəziyyət daha acınacaqlıdır. Bu isə əksər hallarda ya zəhərlənmələrlə, yaxud da, mənzillərdə partlayışla nəticələnir. Təbii ki belə hadisələr az olmayıb. Hətta ölüm hallarının da şahidi olmuşuq. Lakin çox təəssüflər olsun ki, belə hadisələrin yaşanması da, heç nəyi dəyişmir. Bu kimi durumlarda qurum, vətəndaşı günahkar edir, özü isə, necə deyərlər, sudan quru çıxmağı bacarır. Bütün yaşananlar, baş verən hadisələr bir daha göstərmiş olur ki, "Azəriqaz" bu gün öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Nəinki layiqincə, hətta icra etməli olduqları işi belə, bacarmır. Həmçinin qeyd olunan nöqsanlarla bağlı vətəndaşlar quruma şikayət etdikdə də, edilən müraciət və şikayətlərə baxılmır. Və hansısa şikayətə heç bir reaksiya verilmir. Görəsən, "Azəriqaz"ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir? Bu qurum barədə daxil olan şikayətləri ümumiyyətlə, bütün xəbər portallarında görmək olar. Elə bizim redaksiyamıza da dəfələrlə bu qurumla bağlı şikayətlər daxil olub ki, bizlər də hər dəfə işıqlandırmağa, həmin şikayət və problemləri gündəmə gətirməyə çalışırıq. Ama onu da qeyd edək ki, sözügedən qurum barədə yazılanlara baxmayaraq, ortada irəliləyişə, həmin problemlərin aradan qaldırılması istiqamətində heç bir iş görülmür. Əksinə, "Azəriqaz"dakı problemlər günü-gündən daha da artaraq, daha geniş vüsət almış olur. Tez-tez qaz kəsilmələri, qaz sızmaları, qazın fasilələrlə verilməsi demək olar ki, hər gün daxil olan şikayətlərdəndir. Bakıətrafı rayonlarda vəziyyət daha acınacaqlı olsa da, paytaxt da onlardan geri qalmır. Sözügedən problem media və telekanallar tərəfindən işıqlandırılsa, gündəmə gətirilsə də, görünən odur ki, həlli istiqamətində hanısa addımlar atılmır. Əgər belə olsa idi, mənzillərə normal qaz verilişi bərpa olunardı. Ümumiyyətlə, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə obyekti olub. Müxtəlif fikirlər səsləndirilib və həlli istiqamətində müzakirələr edilib. Amma çox təəssüflər olsun ki, bu gün ölkədəki mövcud qaz problemi hələ də, davam edir. Mütəxəssislərin sözlərinə görə, indi əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var. Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Yanmayan zəhərli qaz sızması mövcuddursa, otaqdakı hava qatışığında müəyyən həddə çatdıqdan 3 dəqiqə sonra insan huşunu itirir. Sinir sistemi iflic olur. Qan qatılaşır, oksigenlə təmin olunmur və o, qurbana çevrilir. Lakin bütün bu sadalananlara baxmayaraq, qurumun nə gördüyü iş normal hesab edilə bilməz, nə də qeyd olunan nöqsan və problemləri aradan qaldırmağa cəhd göstərmirlər. Bu gün bizlər yenə də mövcud problemləri, vətəndaşların müraciət və şikayətlərini gündəmə gətirməyə, işıqlandırmağa çalışırıq ki, ən azından hazırkı problemlərə əncam çəkilsin. Və vətəndaşlara normal qaz verilişi bərpa edilsin. \\ gundelik-baku \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|