Tovuzda əkin-biçin belə iflic olur... - Əli Bayramovdan qalma ənənə davam edir...
Tarix: 8-06-2015, 09:43 | Çap et
Hesablama Palatasının aprel ayında "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı açıqladığı faktlar indiyə kimi müzakirə edilməkdədir. Hesabatda ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində aşkar olunan neqativ hallar göstərilirdi. Bir çox hallarda normativ-hüquqi aktların və metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib.
Proqnozlaşmanın tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmayıb, xərclər əsaslandırılmadan artırılıb, qurumun maliyyə-təsərrüfat fəaliyyəti zərərlə nəticələndiyi halda, işçilərin mükafatlandırılması üçün vəsait ödənilib. Satınalmalar zamanı iddiaçıların təklifinin əsaslılığı araşdırılmayıb, kadr və ixtisaslaşdırma barədə məlumat alınmayıb, malların orta bazar qiymətlərinə uyğun ehtimal olunan qiyməti müəyyənləşdirilməyib, bəzi hallarda tenderin şərtlər toplusunun tələbləri gözlənilməyib, bir çox hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan açıq tenderlə həyata keçirilməli satınalma ayrı-ayrı kotirovkalara, kotirovka sorğusuyla xərc edilməli vəsait ayrı-ayrı müqavilələrə bölünməklə birbaşa müqavilələr bağlanıb. Auditlə əhatə olunan dövrün sonuna kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə mineral gübrə satışı üzrə böyük məbləğdə debitor borcu mövcud olub, ASC-nin 01 yanvar 2014-cü il tarixə tabeliyində olan bəzi aqroservis və loqistika bazalarının anbarlarında 5 adda mineral gübrə qalığı qalıb, maddi məsul şəxsin öhdəsində azot, nitroammofoska superfosfat gübrəsi və kalsium sulfat gübrəsi çatışmazlığı, gübrə satışından qəbzlərlə alınan vəsaitin kassaya mədaxil edilməsinə rəğmən quruma köçürülmədiyi və kassada gübrə satışından daxil olan nağd pul çatışmazlığı aşkar edilib. Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları aqroservis filiallarını daim nəzarətdə saxlayır və bu qurumlardan daxil olan şikayətləri dərhal araşdıraraq tədbir görürlər. İndiyə qədər ASC-nin bir neçə vəzifəli şəxsi korrupsiyada ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Lakin bütün bunlara rəğmən, cəmiyyətin bəzi filiallarında özbaşınalıq halları azalmaq bilmir. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Tovuz rayon Aqroservis filialında mövcud olan çoxsaylı nöqsanlar, habelə vəzifəli şəxslərin işinin öhdəsindən layiqincə gələ bilməməsi fermerlərin problemlə üzləşməsinə səbəb olub. Adının gizli qalmasını xahiş edən rayon sakininin sözlərinə görə, dövlət xəttilə filiala ayrılan texnika və gübrələrin fermerlərə çatdırılmasında ciddi nöqsanlar var: "Əkin-biçin vaxtı əhali kənd təsərrüfatı texnikasının çatışmazlığından əziyyət çəkir. Bu üzdən əksər hallarda kəndlilər ya əkinlərini vaxtından əvvəl əkə bilmirlər, ya da məhsullarını vaxtında toplaya bilmədiklərinə görə ziyanla üzləşirlər. Filialın balansındakı texnikalar ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatında işlədilir. Qurumun tabeliyinə kifayət qədər texnikanın verilməsinə baxmayaraq, bir qayda olaraq biçin işləri zamanı ciddi şəkildə kombayn və texnika çatışmazlığı meydana çıxır. Filialın müdiri Vidadi Əkbərov rayonda kənd təsərrüfatı sektorunun inkişafı üçün əlindən gələni etmir. Nəinki Tovuzda, ümumiyyətlə qərb bölgəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər texnikaları "Aqrolizinq" ASC-nin bu filialından əldə edə bilərlər. Burada şum traktorları, kombaynlar, taxılsəpənlər, kotan, otbiçən, dərmanlama aparatları və digər kənd təsərrüfatı üçün lazım olan bütün texnikalar var. Di gəl ki, sahibkarlar həmin texnikaları güzəştli şərtlərlə əldə edə bilmirlər. Texnika almaq istəyən şəxslərdən əlavə "rüsum" tələb olunur. Belə olan təqdirdə isə narazılıq halları baş verir". İqlimə uyğun olaraq tovuzlu fermerlər əsasən amonim-nitrat və amafos gübrəsinə üstünlük verirlər. Mənbəmiz vurğulayır ki, filialın xidmət gostərdiyi fermerlərin gübrə ilə təmin olunmasında da problemlər mövcuddur: "Müəssisə ilə fermerlər arasında müqavilələr bağlansa da, aqroservis həmin fiziki və hüquqi şəxslərə gübrəni nağd yolla satır. Bu da kənd təsərrüfatında çalışan insanların haqlı narazılığına səbəb olur. Tovuz Aqroservis filialının illik dövriyyəsi təxminən 50-60 min manat arasında dəyişir, amma əldə olunan gəlirin hara getdiyi məlum deyil. Bir sözlə, fermer və sahibkarlar güzəştli şərtlərdən lazımi səviyyədə yararlana bilmirlər".
Xatırlayırsınızsa, kənd təsərrüfatı naziri Heydər Əsədov bu ilin mart ayında "Aqrolizinq" ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan toplantıda kəskin tənqidlər səsləndirmişdi. Nazir xüsusilə gübrələrin satışında nöqsanların olmasına və yeni texnikaların yararsız hala salınmasına diqqəti çəkmişdi. Görünür, Tovuz Aqroservis filialının müdiri hələ də nazirin tənqidlərindən nəticə çıxarmayıb. Nə də ki, ASC-nin sədri Elşən Məmmədov qanunsuz əməllərə qol qoyan filial rəhbərini cəzalandırmaq niyyətindədir. Deyəsən, iş yenə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin üzərinə düşəcək. İdarənin əməkdaşları sözügedən filialda yoxlama aparsalar, o zaman müdirin törətdiyi özbaşınalıqların üstü açıla bilər. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|