“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                 

Siyasətdə “falsstarta” düşənlər: - Kozlariç, Kramer və “5-ci kolon”
Tarix: 10-06-2015, 08:37 | Çap et
Siyasətdə “falsstarta” düşənlər:
Adətən səbrlərini cilovlaya bilməyən, iradəsi zəif idmançılar bu sınaqdan keçə bilmir. Başqa sözlə falsstarta düşür. Bu aralar Azərbaycanla bağlı siyasi arenada “qara piar” kampaniyası aparanlar, obrazlı desək, həmin məsələdə hamıdan çox Roma papası olmaq istəyənlər də bu sınaqla bacarmırlar . Okeanın o tayında İlk Avropa Oyunlarına 2 gün qalmış görüşüb , bu oyunların Azərbaycana nə verəcəyi ilə bağlı müzakirə etməyi sanki özlərinin şəxsi hüququ hesab edənlər kimi. İyunun 10-da Vaşinqtonda “Avropa oyunlarının real qiyməti» mövzusunda təşkil olunacaq və bütünlüklə anti-Azərbaycan xarakteri daşıyacaq yığıncağın təşkilatçıları və iştirakçıları indi məhz bizim nəzərimizdə idman qanunlarını bilməyən “idmançı” statusundadırlar.

Başlayaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdən. Son dövrdə onun anti-Azərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir. Kozlareçin ABŞ Konqresində keçirilən dinləmələrdə Azərbaycanla bağlı səsləndirdiyi qərəzli iddialar hələ də xatirimizdədir. Keçmiş amerikalı səfir sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır və bütün çağırışlarının sonunda Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edir. Bu əsnada sual doğura bilən məqamlar var.

Onun Azərbaycandakı fəaliyyəti də məhz həmin prinsiplər üzərində qurulmuşdu? Yaxud həqiqətənmi onun rəsmi diplomatik fəaliyyətinin arxasında məhz antiazərbaycançılıq, Azərbaycanda radikal müxalifətlə sıx əlaqə, həmçinin Azərbaycanı ABŞ-ın müəyyən mərkəzlərinin təsiri altına salmaq cəhdi dayanırdı?

Cənab Kozlariç 15 ildən çoxdur ki, Azərbaycanı tərk edib. Əminlik var ki, o da digər səfirlər kimi Azərbaycan xalqının qonaqpərvərliyi, milli mətbəxi, nəhayət insanları haqqında xoş sözlər deyərək Bakıdan ayrılıb. Amma illər amansızdır. Xüsusilə yaxşı həyat tərzi , aylıq yüksək maaş və ildə bir dəfə dünyanın ən gözəl guşəsində istirahət etmək imkanı olan “diplomat həyatı” bitəndən sonra insanlar dəyişir. Bu dəfə bunun bariz nümunəsi Riçard Kozlariçin baxışlarında müşahidə edilir. Azərbaycana qarşı "qara piar" kampaniyasını maliyyələşdirənlər də bu amili yaxşı bilirlər. Təsadüfi deyil ki, bu dəfə kimliyi bizlərə yaxşı məlum olan Riçard Kozlariçi danışdırırlar.

Onun Azərbaycanla hər hansı bağlılığı var. Yəqin düşünülür ki, belə bir şəxsin anti-Azərbaycan isteriyası ruhunda çıxışlar etməsi “qara piar” kampaniyasına əlavə dəstək verə bilər.

Ekspertlər hesab edirlər ki, bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasəti, heç bir qüvvənin qarşısında baş əyməməsidir ki, bu amil müəyyən dairələri narahat edir. Məhz buna görə də həmin qüvvələr Azərbaycanı təsir altına almağa cəhd göstərir , niyyətləri baş tutmayanda isə saxta iddialara əl atırlar.

Bu tədbirdə əsas moderatorlardan olacaq Freedom House təşkilatının sabiq direktoru, anti-Azərbaycan əhval ruhiyyəli, islamafob David Kramer də cənab Kozlariçdən heç geri qalmır. O da vaxtilə ABŞ Dövlət Departamentində işləyib və o da sabiq sayılır. Xüsusilə vəzifədən gedəndən sonra Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Kramerin əsas tələbi ABŞ-ın avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməsidir.

Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğulayır. Hətta bir qədər utopik səslənən fikirlərin də müəllifidir. Misal üçün Kramer iddia edir ki, guya Azərbaycana gedən amerikalılar izləniləcəklər. Cənab Kramerin bu açıqlamalarını eşidəndə, əslində ilk ağla gələn Hollivud filmlərində baxmağa adət etdiyimiz Amerika xüsusi xidmət orqanlarının iş stili yada düşür. Kramerin dövlət administrasiyasına Amerika xüsusi xidmət orqanlarından gəlməsi ilə belə açıqlamalar verməsi arasında da , hardasa uyğunluq tapmaq olar. Daha bir maraqlı məqam isə demokratiya və vicdan azadlığı məsələsini əlində şüar edən Kramerin islamofob, müsəlmanlara, ümumiyyətlə İslama mənfi münasibətinin olmasıdır. Hətta onun rəhbərlik elədiyi təşkilatın daha çox müsəlman və ərəb dünyasını hədəfə alması ona “İslam dünyasının revizoru” təxəllüsü qoyulması ilə nəticələnib.

Məhz Kramerin rəhbərlik etdiyi dövrlərdə ”Freedom House" –un hesabatlarında Türkiyə, Azərbaycan Pakistan, ərəb ölkələri və digər müsəlman dövlətləri qara rəngdə təsvir olunur, ən kiçik, əhəmiyyətsiz məsələlər şişirdilərək ümumbəşəri problem səviyyəsinə qaldırılır. Təsəvvür edin, bu təşkilatın hesabatlarında Türkiyə kimi İslam aləmində demokratiya etalonu olan bir ölkə Ermənistanla birgə “qismən azad ölkələr” kateqoriyasına daxil edilir.

Fransada qondarma “erməni soyqırımına” görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsinə cəhd, 2011-ci ildə iqtisadi siyasətə görə keçirilən kütləvi aksiyalar zamanı Böyük Britaniyada bloggerlərin həbsi, internetin məhdudlaşdırılması, “News of the World” qəzeti əməkdaşlarının kütləvi həbsi və nəhayət medianın fəaliyyətinə nəzarətin tətbiqi, ABŞ hərbçiləri tərəfindən İraqda “Röyters” agentliyinin əməkdaşlarının qətlə yetirilməsi, Liviyada üsyançılar tərəfindən məhşur jurnalist Qalya əl-Misratiyə işgəncələr verilməsi, öldürülməsi və digər bu kimi onlarla fakt qulaqardına vurulur. Sanki Quantanamo, bütün dünyada insanların izlənməsi və digər bu kimi faktlar yoxdur. Nədənsə bu təşkilat elə cənab Kramerin vətəndaşı olduğu Birləşmiş Ştatlarda Baltimor və Freqyuson hadisələrini , qaradərili amerika vətəndaşlarının polis tərəfindən qətlə yetirilməsini, Ərəb ölkələrində baş verən iğtişaşlarda minlərlə insanın öldürülməsini görmək istəmir.

Separatçılara rəğbət, müsəlmanlara nifrət bəsləyən Kramer və Kozlariç kimilərin bu saxta iddialardan əl çəkməməsi onu göstərir ki, onlar beynəlxalq ictimaiyyət üçün deyil, müəyyən dairələr üçün işləyirlər. Təəssüf ki, öz istəklərinə çatmaq istiqamətində bu amerikalılara kömək edənlər arasında əslən azərbaycanlı olanlar da var. Qərbdəki fəaliyyəti ilə Azərbaycanı hər bir vasitə ilə nüfuzdan salmaq istəyən, “Azadlıq” və “Amerikanın səsi” radiolarının birgə rusdilli proqramının icraçı redaktoru Kənan Əliyev (Kənan Kazımoğlu) və eynilə Azərbaycanı tənqid etməyi sanki öz devizinə çevirən , Türkiyə ermənilərinin “Aqos” qəzetində işləməsindən məmnun olan , “Nə olur-olsun, burada işimə davam edəcəm” deyən Arzu Qeybullayeva.

Ayın 10-u onlar da Vaşinqtonda Kramer və Kozlariçlə birlikdə İlk Avropa Oyunlarının açılığşını etməyə hazırlaşan Azərbaycanı tənqid etməyə , ölkəmizdə baş verənləri yalnız tünd rəngdə göstərməyə çalışacaqlar . Amerikalıları başı düşmək olar , onlar üçün itiriləcək bir şey yoxdur . Necə deyərlər şəxsi məsələ deyil, sadəcə biznesdir. Amma əslən azərbaycanlı olanlar üçün bu biznes həm də vətənə qarşı xəyanətə , satqınlığa bərabərdir.

İstənilən halda zaman göstərir ki, bu tipli əsassız tədbirlər və istehza doğuran bəyanatlar verən şəxslərin cəhdləri hər dəfə uğursuzluğa düçar olur. Çünki ABŞ-da Azərbaycanla münasibətlərə ciddi baxan və bu münasibətlərə hörmətlə yanaşan, ölkəmizdə demokratiyanın inkişafını görən və ona yüksək qiymət verən, Azərbaycanın bu gün müstəqil siyasətinin tək onun deyil, o cümlədən ABŞ-ın da maraqlarına cavab verdiyini yüksək qiymətləndirən dairələr və siyasətçilər az deyil. Bu gün ABŞ-da Azərbaycanın dostları on milyonlarla ölçülür və hesab etmək olar ki, bu cür tədbirin təşkilatçıları növbəti dəfə iflasa uğrayacaqlar . Çünki onların dedikləri nə ABŞ-ın maraqlarına cavab verir, nə də Azərbaycanda geniş bir dəstək qazana bilir.

Odur ki, Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarından əvvəl bu falsstarta düşənlər idman oyunları haqqında fikir yürütməkdənsə, idman qaydalarını yaxşı-yaxşı oxusunlar. Çünki qaydalara görə, 2 dəfə ardıcıl falsstarta düşən idmançı oyundan kənarlaşdırılır...

SİA Analitik Mərkəzi











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru