Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı... - Lisenziya üçün rüsumdan əlavə yığılan milyonlar hansı işlərə xərclənir?
Tarix: 18-07-2015, 09:35 | Çap et
Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və digər qanun pozuntuları halları artıb. Üstəlik, nəqliyyat müfəttişləri onların özbaşına hərəkətlərinə etiraz edən sürücülərə qarşı zorakılıq tətbiq edir, onları vəhşicəsinə döyürlər. Qaydalara əsasən isə müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər. Lakin sürücülər sənədləri təqdim etsələr də nəqliyyat müfəttişləri səlahiyyətlərini aşır və onlara qarşı xoşagəlməz hərəkətlərə yol verirlər. Nazir Ziya Məmmədov isə iddia edir ki, nəqliyyat müfəttişlərinin sürücülərə qarşı törətdiyi qanunsuzluqların qarşısı alınır. Amma nazirin söylədiklərinin əksinə olaraq bu günlərdə onun tabeliyindəki müfəttişlər daha bir qanunsuzluğa imza atıblar. Bu barədə müfəttişlərin zorakılığına məruz qalmış sürücü Elman Əhmədov mətbuata danışıb. O bildirib ki, iyulun 14-də saat 10:45 radələrində yaxın qohumunu avtovağzala aparıb. Onu yola saldıqdan sonra iki nəfər qəfil maşınına yaxınlaşaraq özlərini təqdim etmədən fiziki güc tətbiq ediblər: "Maşının açarlarını zorla əlimdən aldıqdan sonra özümü də itələyib yerə saldılar. Yıxılaraq əlimdən zədə aldım. Maşınımı isə qaçırdılar". Elman Əhmədov qeyd edib ki, ilk olaraq nə baş verdiyini anlamayıb. Daha sonra isə idarə etdiyi avtomobilin kimlər tərəfindən qaçırıldığını öyrənə bilib: "Mənim idarə etdiyim 10 PS 395 dövlət nömrə nişanlı maşınımı Nəqliyyat Nazirliyinin müfəttişlərinin qaçırdığını öyrəndim. Maşında olan əşyalarımın taleyi isə müəmmalıdır. Mən taksi fəaliyyəti ilə məşğul olmuram. Maşının qaçırılması ilə bağlı 102 Xidmətinə zəng etdim. Həmin zəngimdən sonra məni 40-cı Polis Bölməsinə dəvət edib izahat aldılar. Amma hələ də maşınımın harada olduğu və taleyinin necəliyindən xəbərim yoxdur". Apardığımız araşdırmalar göstərir ki, bu, Ziya Məmmədovun işçilərinin ilk özbaşınalığı deyil. Belə ki, ötən ilin sonlarında Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında yaranan mübahisə bir müddət müzakirə mövzusuna çevrilmişdi. Məlumata görə, Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.Sürücü mülki geyimdə olan bu şəxslərin müştəri kimi maşına əyləşdiklərini bildirib. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər. Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da, bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Eyni hal bu ilin fevral ayında da təkrarlanıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən döyülüb. Ümumiyyətlə, nəqliyyat müfəttişləri tərəfindən sürücülərin döyülməsi halları kifayət qədərdir. Bu problemin yaranmasının kökündə isə taksi fəaliyyəti dayanır. Belə ki, nəqliyyat müfəttişləri ürəkləri istəyən şəxsin maşınına minib sürücünün taksi fəaliyyəti ilə məşğul olmasını bildirirlər. Qarşı tərəf buna etiraz edəndə tərəflər arasında mübahisə yaranır. Nəzərinizə çatdırmaq istəyirik ki, Nəqliyyat Departamentinin işçilərinin taksi sürücülərinə lisenziyanı dövlət rüsumundan baha qiymətə satması haqda dəfələrlə məlumat verilib. Əfsus ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Ölkədə korrupsiyaya qarşı mübarizə yeni başlayanda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücülərinə lisenziya almaq üçün idarəyə getməyi məsləhət görürdü. Aradan bir müddət keçəndən sonra yenidən taksi sürücülərini lisenziyanı onlardan almağa məcbur edirlər. Sürücülərin dediyinə görə, həmin məbləği departamentin işçilərinə ödəməyən sürücülərə işləməyə imkan verilmir. Deyilənə görə, nəqliyyat müfəttişlərinin belə qanunsuz işlər görməsini nazir əmr edib. Lisenziyanın müddətindən bir gün keçən kimi isə taksi sürücüləri dərhal cərimələnir. Onu da qeyd edək ki, taksi fəaliyyəti üçün tələb olunan lisenziyanın dövlət rüsumu 18 manatdır. Buna baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən dövlət rüsumunun əvəzinə 57-60 manat alınır. Maraqlıdır ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə bağlı qəbzin üzərində 18 manat yazılır, amma sürücülərdən əlavə "rüsum" tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat yetkililəri ilə üzləşməli olurlar. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan minlərlə sürücünün olduğunu nəzərə alsaq Nəqliyyat Nazirliyinin büdcəsinə lisenziyalara görə alınan "rüsum"un hesabına milyonlarla manat vəsaitin daxil olduğu məlum olar. Həmin pulların hansı işlərə sərf edildiyi isə bəlli deyil. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığıb. Təəssüf ki, nazir Ziya Məmmədov özünü qoçu ədəbsiz aparan müfəttişlərə qarşı heç bir tədbir görmür, ya da görmək istəmir. Görəsən, niyə? Biz inanırıq ki, islahatlar tezliklə Nəqliyyat Nazirliyinə də keçəcək və işçilərinin özbaşına əməllərinin qarşısını ala bilməyən nazir görəvdən alınacaq.
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|