Tovuz gömrükxanasında hansı ölkənin qanunları işləyir? - Adamları qapıdaca qarət edirlər...
Tarix: 27-07-2015, 09:22 | Çap et
Ölkəmizdə qanun pozuntularının daha çox müşahidə edildiyi qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DCK). Qeyd edək ki, komitənin tabeliyindəki idarə və məntəqələrin fəaliyyətində yer alan nöqsanlar zaman keçdikcə artır və belə olan təqdirdə vətəndaşların haqlı narazılığı ortalığa çıxır. Bu sahədə mövcud olan problemlər Tovuz Gömrük İdarəsindən də yan keçməyib. Candargöl, Girzan, Poylu, Sınıq Körpü, Sadıxlı, Böyük Kəsik və II-ci Şıxlı postlarından ibarət olan idarədə özbaşınalığın hökm sürdüyü bildirilir. Bu barədə redaksiyamıza məlumatlı mənbələr tərəfindən informasiya ötürülüb. Onların sözlərinə görə, idarənin rəisi Mehman Sadıqov bura işi düşən vətəndaşları heç bir əsaslı səbəb olmadan incidir, gömrük sahəsinə aid olan qanunları ayaq altına atmaqdan çəkinmir: "Məsələn, Sınıq Körpü Gömrük-Keçid məntəqəsindən Gürcüstana keçib-qayıdan vətəndaşlar gömrük əməkdaşlarının özbaşınalığından, burada sərhəd tanımayan qanunsuzluqlardan narazıdırlar. Burda insanlar saatlarla gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Qəsdən yoxlama prosesini gecikdirirlər. Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır. Minik avtomobili ilə gələnlər isə nəyinsə sayəsində öz növbəsini qabağa saldırır və postu tez keçirlər. Avtobus sürücüləri isə onlardan tələb olunanı verə bilmir və bu səbəbdən saatlarla orada yubanmaq məcburiyyətində qalırlar. Digər tərəfdən, Gürcüstandan Azərbaycana gətirilən hər bir qoyuna görə əlavə 50-60 dollar məbləğində pul tələb edilir. Həmçinin Gürcüstandan Azərbaycana iribuynuzlu mal-qara gətirən sahibkardan yük maşınlarının hər birinə 7500-8000 manat "şirinlik" istənilir". Mənbənin sözlərinə görə, Mehman Sadıqov öz istəklərini ön plana çəkdiyi üçün Tovuz Gömrük İdarəsinin, habelə ona tabe olan postların fəaliyyəti tamamilə acınacaqlı vəziyyətə düşüb: "Ölkəmizə Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Gürcüstanın statistika komitəsi məlumat yayıb ki, 2014-cü ilin 9 ayı ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub. Həmin ixracın 207.2 mln. dollarını avtomobil ixracı təşkil edib. Azərbaycan Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Gürcü tərəfin məlumatından belə aydın olur ki, bu ölkədən Azərbaycana gətirilən hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Nəticədə yerdə qalan digər vəsait kimlərinsə cibinə gedir". Bu arada, bir müddət əvvəl Qazax rayonu Daş Salahlı kənd sakini Zülfüqarov Samir Nəbi oğlu Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovdan müvafiq orqanlara şikayət edib. O bildirib ki, Ceyrançöl qışlaq sahələrindəki fermer yatağında bəslədiyi heyvanlardan 14 baş iri buynuzlu heyvanı Tovuz mal-qara bazarına satmağa gətirərkən gömrük idarəsinin əməkdaşları tərəfindən saxlanılıb: "Min bir zillətlə kökəldib, satışa çıxarıb, beş-üç manat qazanmaq istəyirdim. Təxminən iki həftəyə yaxın ac-susuz saxlanan heyvanlar arıqlayıb, ət tökdülər. Ölkə prezidentinin kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi üçün bu qədər sərəncamlar, tapşırıqlar verərək, fermerlərə hər cür yardımlar edilməsi üçün səylər göstərməsinə rəğmən, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov kimi məmurların özbaşınalıqları mənə elə gəlir vətəndaşlarımızda bilərəkdən sosial narazılıqlar yaradır. Mehman müəllimə məni niyə get-gələ salmısınız, niyə heyvanlarımı vermirsiniz sualını verəndə "Sən bir izahat yaz ki, heyvanları Gürcüstan sərhədlərindən oğurluq yolla keçirmisən. Biz də yüngül bir şey "aformut" eləyib buraxaq" deyə cavab verdi". İdarə rəisinin özbaşına əməli bununla bitsə dərd yarıdır. Bu yaxınlarda MİTİ adlı şirkətin nümayəndəsi mətbuata müraciət edərək idarədəki acınacaqlı duruma narazılığını bildirib: "Mövcud qanunvericiliyə görə, damazlıq məqsədilə ölkəyə idxal olunan mal-qara dövlət rüsumundan azaddır. Ancaq bizdən dövlət rüsumu tələb edirlər. Gömrük əməkdaşları bizə deyir ki, iribuynuzlu mal-qaranın ölkəyə gətirilməsinə Tovuz gömrüyünün rəisi Mehman Sadıqov qadağa qoyub. Zəruri sənədlərin hamısını Tovuz gömrüyünün əməkdaşlarına təqdim elədik. Ancaq onlar bizim malı buraxmadılar". İdarənin maliyyə şöbəsinin müdiri Pərviz Rəhimov isə şirkətin damazlıq üçün iribuynuzlu mal-qara idxal etdiyini təsdiqləyib: "Bu şirkət 10 gün əvvəl ölkəyə iribuynuzlu mal-qara gətirib. Heç kim onlardan gömrük rüsumu tələb etmir. Onlar gömrük baxışı olmadan mal-qara gətiriblər. Eyni zamanda, mal-qara baytarlıq müayinəsindən keçməlidir. Həm də aydınlaşdırmaq lazımdır ki, həqiqətənmi, mal-qara damazlıq məqsədilə gətirilib". İdarənin əməkdaşları öz qanunsuz əməllərini bu formada izah etməyə çalışıblar. Amma faktlar göz qabağındadır. Mehman Sadıqov işini nöqsansız görsəydi, onunla bağlı bu qədər şikayət olmazdı. Hesab edirik ki, belə şəxsin vəzifədə saxlanması Tovuz Gömrük İdarəsinin gələcək fəaliyyətində ciddi fəsadların üzə çıxmasına səbəb ola bilər. Odur ki, DGK sədri Aydın Əliyev idarə rəisinin barəsində tezliklə müvafiq tədbir görməlidir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|