İnsanların pulunu mənimsəyən fırıldaqçı qadın ölkədən necə qaça bilib... - Nə bağ bilir, nə də bağban...
Tarix: 11-08-2015, 09:52 | Çap et
Milliyyətcə rus olan Svetlana Pavlovna Məhəmmədova prezidentdən kömək istəyir. Redaksiyamıza ünvanladığı məktubunda S.Məhəmmədova yazır ki, insanlara inamının qurbanı olub. “Bank Standart”ın soyğunçuluq siyasəti isə onu intihar həddinə çatdırıb. S.Məhəmmədova yazır ki, başına gələnlərin ardıcıllığı belə olub: “Xalidə Sərvər qızı Məlikova ilə çoxdan tanış idik. Yay aylarında onun Mərdəkandakı bağ evində anası Firuzə ilə birlikdə dincəlirdik. Xalidənin əri Tofik Məlikov neçə illər DİN də "OBXSS" deyilən bir qurumda çalışmışdı. Təmiz bir ailə ilə münasibətdən çox razı idim". S.Məhəmmədova yazır ki, X.Məlikovanın qızı və nəvələri Amerikada yaşayırlar: “Kürəkəni demək olar ki, hər həftə onlara pul göndərirdi. Bir gün Xalidə Amerikaya getmək niyyətində olduğunu bildirdi. Dedi ki, bağı bankda girov qoyulub, ölkədən çıxa bilmir, bağını girovdan çıxarmağıma yardimçı olmağıma xahiş etdi. Qızı və kürəkənindən utandığı üçün bu barədə onlara heç nə demədiyini açıqladı. Dedi ki, evimi banka girov qoyub götürdüyü pulun bir hissəsini bağını girovluqdan azad etməyə sərf edəcək, qalan hissəsinə isə oranı təmir edib bağı satacaq. Əldə etdiyi pulla isə mənim evimi girovluqdan çıxaracaq və Amerikaya gedəcək. Ona son dərəcə inandığıma görə bu işə razı oldum”. S.Məhəmmədova yazır ki, X.Məlikova onun evini girov qoymaqla “Bank Standart”dan 45 min 500 manat kredit alıb. Hər ay 2 min manat olmaqla banka bir müddət kredit ödəyib. Sonradan isə X.Məlikova ondan gizlənməyə və bankın kreditlərini ödəməməyə başlayıb: “Günlərin birində bağın qapısının ağzına gələndə orada bir neçə nəfəri gördüm. Dedilər ki, Xalidə Məlikova bağı satıb, özü də qaçdığına görə axtarışa verilib. Məlum oldu ki, Xalidə mənim kimi bu adamların da evlərini, qızıllarını girov qoymaqla bankdan kredit götürüb. Qapıda olanlar dedilər ki, Xalidə Məlikova ölkədən çıxa bilməyəcək, çünki barəsində cinayət işi başlayıb, barəsində axtarış elan olub. Əgər sərhədə getsə, orada dərhal həbs olunacaq. Sonradan bildim ki, onun barəsindəki axtarış işi 1 günlük dayandırılıb, Xalidə Məlikova Amerikaya uçub gedib və növbəti gün yenidən axtarış işi bərpa olunub. Hazırda Xalidə Məlikova İnterpol xətti ilə axtarışdadır. Onun Amerikadakı ev ünvanını da tapmışam, İnterpola zəng edib deyirəm, cavab verirlər ki, Xalidə Məlikova gəlsə onu tutacağıq”. S.Məhəmmədova deyir ki, bundan sonra “Standart bank”a kredit götürülən 45 min 500 pulun əvəzinə 48 min manatdan yuxarı pul ödəyib. Bank isə faizləri hesablamaqla bu məbləği 98 min manata çatdırıb: “Bankın sədr müavini Nərgiz xanım məni qəbul edib "faizləri yalnız məhkəmə və bank sədrinin özü ləğv edə bilər" dedi. Dünyanın harasıdır ki, 45 min kreditə görə 98 min alırlar? Belə də soyğunçuluq olar? Vəziyyətimi danışıb evdən çıxarıldığım təqdirdə bu qoca vaxtımda küçələrə düşməli olduğumu söylədim. Ondansa ölməyi üstün tuturam. Müavinə də dedim ki, əgər evdən çıxarılsam bankın qarşısında özümü yandıracağam. Müavini deyir ki, bu məsələni yalnız sədr həll edə bilər. Sədr isə heç kimi qəbul etmir. Bank məni məhkəməyə verib evdən çıxarılmağımı tələb edir. Artıq birinci instansiya bankın xeyrinə qərar çıxarıb. Avqustun 11-də Apelyasiya Məhkəməsi olacaq. Allaha dua edib bu müddət ərzində prezidentimizdən və onun xanımı Mehriban Əliyevadan kömək gözləyirəm. Məni üzləşdiyim bu faciədən onlar qurtara bilərlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|