Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

Mikayıl Cabbarovla gələn son dəyişikliklər nəyə xidmət edir? - Və ya... Cəsarət müəllimdən cəsarətli jest
Tarix: 8-09-2015, 08:56 | Çap et
Mikayıl Cabbarovla gələn son dəyişikliklər nəyə xidmət edir?
DİA.AZ: - Ötən son həftələrdə, dəqiq xatırlamadığım saytların birində Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QNT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehlinin “Universitet – strateji dəyər və ya...” ( Qaldırılan ballar nəyi dəyişəcək...) sərlövhəli yazısı diqqətimi çəkdi. Bir anlığa İTV kanalının “Açıq dərs” proqramının üç il əvvəlki buraxılışındakı vur-çatlasın yadıma düşdü. Yəni həmin buraxılışın format baxımından əsas özəlliyi o idi ki, verilişə müəllim və məktəb direktorları ilə yanaşı, xeyli valideyn də dəvət olunmuşdu. Başlanğıcda aparıcı Cəsarət (o zaman Valehov) elan etdi ki, bu günkü mövzumuz “Məktəblərdə müəllim-valideyn assosiasiyaları”dır. Doğrusu, ilk anda ağlıma gəldi ki, yəqin burada tar-mar edilmiş məktəb mühitinin bərpası, bərpa prosesinin, eləcə də ailə-məktəb münasibətlərinin harmonikləşdirilməsi və funksionallaşdırılması üçün yaradılacaq assosiasiyaların rolu haqqında söhbət gedəcək...Nə isə, əvvəlcə aparıcı, sonra isə ekspert qismində dəvət olunmuşlar çıxış etməyə başladılar. Bu adamlar “müəllim-valideyn assosiasiyaları” ideyasını təriflədilər, nə təriflədilər. Sanki bu “assosiasiyalar” təhsilimizin “iksir”idir, onlar yaradılan kimi, Mərdanovun yerlə-yeksan etdiyi təhsilimiz nizama düşəcək: məktəblərdə rüşvət alınmayacaq; təlimin səviyyəsi o dəqiqə yuxarı qalxacaq; repetitorlara ehtiyac qalmayacaq; fondpulu, süpürgəpulu, testpulu və s. yığılmayacaq. Bir sözlə, hamının “fikri” eyni idi: Dünyada geniş təşəkkül tapmış bu “ideya” mütləq bizdə də reallaşmalıdır.
Olsun, buna heç bir sözüm yoxdur. Amma bu günə qədər bizdə yaradılmış belə qurumların hansı hüquq və vəzifələrinin olmasından danışan yox idi. Məsələn, başqa ölkələri demirəm, qonşu Gürcüstandakı kimi, yaradılacaq assosiasiyalara ən azı məktəb direktorunu, müəllimi, metodisti və psixoloqu işə götürmək səlahiyyəti verilmirsə, onların dekorasiya olacağı aydın deyilmi?! Adicə dərslik seçimi hüququ belə olmayan bu insanlardan nazirlik məmurlarının alət kimi istifadə edəcəyini anlamaq beləmi çətindir?
Hisslərimi cilovlaya bilmədim. “Cəsarətsiz Cəsarət, yaxud Açıq dərsdə örtülü bazar” başlığı altında yazım vasitəsilə Valehova sual etdim: Azərbaycan təhsilində ciddi nöqsanların hələ də qaldığı, bu sahədə yüksək inkişaf meyillərinin görünmədiyi, şagird və tələbələrin bilik səviyyəsi, dünyagörüşü, hazırlığı, informasiya texnologiyaları sahəsində lazımi bilik və təcrübələrinin qənaətbəxş olmadığı, Azərbaycanda təhsilin ümumi göstəricilərinin bir çox region dövlətləri ilə müqayisədə çox aşağı olduğu bir şəraitdə “Açıq dərs”də təhsilimizdəki “nailiyyətlərdən” danışmağın anlamı nədən ibarətdir?!
İndi, artıq xeyli müddət keçdikdən sonra hörmətli Valehlinin “Qaldırılan ballar nəyi dəyişəcək “sualına cavab verməyi də özümə borc bildim: Məktəb valideyn komitələrinin müəllim – valideyn assosasiyaları ilə əvəz olunması nəyi dəyişdisə qaldırılan ballar da onu dəyişəcək.
Cəsarət müəllimin bəhs etdiyimiz yazısında keyfiyyətli ali təhsil və mütəxəssis hazırlığı məsələsinə cari ilin ali təhsil müəssisələrinə qəbul prizmasından yanaşaraq gəldiyi qənaət ondan ibarətdir ki, qəbulda minimal keçid balının 200-dən aşağı endirilməməsi nəticəsində universitetlərimiz əvvəlki illərə nisbətən daha keyfiyyətli məhsulla təmin ediləcək. Yəni uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb. Həmin təhsil müəssisələri əsasən tələbə qəbulunda ikinci yerləşdirmədə öz kontingentini formalaşdırıblar. Sadəcə 150 və bir az artıq balla qəbul olunan tələbə qəbul olduğu ali təhsil müəssisəsində elə bu balın ətrafında oxuyaraq məzun olurdu. Əmək bazarına sadəcə kağız-karton diplomla qədəm basan məzunun taleyini oxuduğu 150 ballıq universitet biliyi müəyyən edirdi və nəticədə “diplomlu” işsizlər ordusu sosial problemə çevrilib.
“Beləliklə, gəlinən nəticə hansılardır? Bugünkü minimal biliyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra gedəcəklər. O toxumlar bu gün əkilməlidir ki, biz onların bəhrəsini orta müddətdə görə bilək”.
Düz sözə nə deyəsən, bir şərtlə ki, əmması olmasa. Əvvəla, “uzun müddət ərzində ölkəmizdə aşağı bal istehlakçısı olan universitetlər korpusu formalaşıb” yox, formalaşdırılıb. İkincisi, əlavə qəbul elan etməklə həmin təhsil müəssisələrinin tələbə qəbulunda ikinci yerləşdirmədə kontingentini də özləri yox, biz formalaşdırmışıq. Üçüncüsü, keçid balını 150-yə endirən də elə bizlər özümüzük. Təhsil problemləri ilə az-çox maraqlananlar unutmuş deyillər ki, qəbul imtahanlarında ilk dəfə test sisteminin tətbiq olunduğu 1992-ci ildə müsabiqəyə buraxılış həddi o zamankı TQDK rəhbərliyi tərəfindən 280 bal müəyyənləşdirilmişdi.Yənı, 700 bal sistemində bu biliyin 40 faizini təşkil edir və klassık “5” ballıq qiymətləndirmədə “3” deməkdir. Ekspertlər bu və bu kimi məsələlərə dəfələrlə diqqət çəkib. Hətta TQDK plan doldurmaq, boş yer qalmamaq naminə müsabiqəyə buraxılış bal həddini heç bir qanunauyğunluğa əsaslanmadan istədiyi şəkildə müəyyən etməkdə suçlanaraq ekspertlərin tənqid hədəfinə belə tuş gəlib.
“Vakant yerlər obrazlı desək, bir çox universitetlərin çörək ağacına çevrilib” ifadəsi ilə də razılaşmaq heç cür olmur.Çünkı, bu “ağacı” əkən də , bəsləyən də özümüzük. 6555 boş qalan vakant yerə əlavə qəbul aparılması elə bunun bariz göstəricisidir və təhsilimiz üçün əlavə neqativlərın mənbəyidir. Ya plan yerləri ,keyfiyyətsiz mütəxəssis hazırlığı, ya da yüksək bal hesabına keyfiyyətli təhsil. “Nə şiş yansın, nə kabab” prinsipinə əsaslansaq üçüncü yolun da mövcudluğu mümkünsüz deyil. Bir şərtlə ki, bu yol heç bir halda variativ gedişlər yolu olmamalıdır ki, bu da ayrıca mövzunun söhbətidir.
“Orta statistikalı azərbaycanlı ailəsi hətta nisbətən yüksək ödənişə belə hazırdır ki, övladı normal ali təhsil ala bilsin. Yəni məntiqlə burada boş qalan yerlər heç də ödənışlə bağlı deyil”. Elə isə, bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxınının ali təhsil müəssisələrindən imtina etməsi, qeydiyyatdan keçməyənlərin əsasən dövlət ali məktəblərinin ödənişli ixtisaslarına, özəl ali məktəblərə və regionlardakı ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin olması hansı anlama gəlir? Belədə deyiblər ki, ölmədik bu günü də gördük. Çalış, vuruş,keçid balını topla, universitet məzunu olmaq arzuna qovuş və birdən ağır zəhmət hesabına qazandığın şərəfli statusdan - tələbə adından imtina et. Paradoks deyilmi? Bu vəziyyətin təhlilinı kim aparacaq ?
O ki, qaldı Cəsarət müəllimin bəhrəsini orta müddətdə görmək istədiyi toxumların əkilməsinə bunun üçün münbit sahə lazımdır. Sahə isə münbitliyindən asılı olmayaraq müəyyənləşdirilib.TQDK sədrinin təbirincə desək müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. “Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”.
Bunu heç kim bilmirsə onda variasiyalara davam! .
Deyəsən birini qoyub digərinə keçdim. Problemlərimiz ,bununla əlaqədar deyəcəklərımiz çoxdur.Son olaraq hər kəsin birtərəfli olsa belə subyektiv fıkirlərinə hörmətlə yanaşmaq vətəndaşlıq borcumuzdur.Cəsarət müəllimin analitik təhlilı digər vəzfəli təhsil məmurları üçün də bir örnəkdir. Belə təhlillər, Nazirlik əməkdaşları tərəfindən mövcud duruma hər hansı bir formada münasibət bildirmək təhsilimizə daha çox fayda verə bilər nəinki bayağı müsahibələr, perspektivsız şərhlər, absurd bəyanatlar.
Sözardı: Böyük ingilis yazıçısı Herbert Uels Vladimir İliç Leninlə söhbəti zamanı proletariatın dahi rəhbərinin QOELRO planı haqqındakı fikirlərini dinlədikdən sonra öz xatirələrində onu “Kremlin xəyalpərəsti” adlandırmışdı. Bununla belə QOELRO planı baş tutdu. Ucsuz-bucaqsız nəhəng bir ölkənin başdan-başa elektrikləşdirilməsi həyata keçirildi Nə bilmək olar, birdən hamı baytar olmaq istədi və bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yarandı və bizim digər kənd təsərrüfatı peşələrinə də maraq artdı. Bir halda ki, bu nəzəri cəhətdən mümkündür.

Nadir İsrafilov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru