Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

Sıravi təhsil işçisi Mikayıl Cabbarova əməlli-başlı dərs keçdi... - "Fərzalı Qədirov növbəti toru Sizin üçün toxuyub"
Tarix: 15-09-2015, 08:07 | Çap et
Sıravi təhsil işçisi Mikayıl Cabbarova əməlli-başlı dərs keçdi...
DİA.AZ: - Azərbaycan Respublikası Təhsil Naziri M.Cabbarova ünvanlanmış və Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıra ev 32-də yaşayan Qurbanov Malik Xıdır oğlu tərəfindən imzalanmış ilginc bir müraciətin nüsxəsi redaksiyamıza göndərilib. DİA.AZ olaraq həmin müraciəti olduğu kimi təqdim edirik:

"Yoldaş Mikayıl Cabbarov!
Mən düşünmürdüm ki, bu keçən vaxt ərzində Siz vaxt tapıb mənim işdən çıxarılmağımla bağlı etdiyim 90 müraciətdən heç olmasa birinə baxıb müəyyən qərar çıxaracaqsınız. Ancaq görünür ki, Sizə heç sənədə baxmağa imkan vermirlər. Əgər belədirsə onda qəzet vasitəsi ilə əsas götürdüyünüz sənədləri mən araşdırdım. Axı Siz təhsil işçisi deyilsiniz.Təlim-Tərbiyə nədir? Konkret bilmirsiniz. Verəcəyiniz ümumi cavablar isə təhsilə aid deyil. Deyirlər, hüquqi işləri yaxşı bilirsiniz. Lakin tərtib edilən sənədlər bunun əksini deyir.
Məsələn:
1. Mənim əmək müqaviləmə xitam verilməsi ilə bağlı əmrinizdə yazırsınız ki, daxil olmuş şikayət əsasında yoxlama komissiyası yaradılmış və 06 noyabr 2013-cü il tarixdə 285№-li məkətbin fəaliyyəti yoxlanılmışdır.
Böyük çəkişmə ilə Təhsil Nazirliyinə daxil olan şikayət ərizələrinin surətini əldə edəndən sonra məlum oldu ki, ərizələrin ikisini eyni gündə Bağırova Təranə Kamil qızı 30.10.2013-cü il tarixdə yazıb. Bir ərizəni isə 08.11.2013-cü il tarixdə məktəblə heç bir əlaqəsi olmayan Bəşirova Şəhla Asif qızı yazıb.
Bir qurup işçi tərəfindən yazılan müraciətin isə yazılma tarixi yoxdur.
Daxil olan ərizələrin heç biri qeydiyyata götürülməyib və kim tərəfindən icra edilməlidir - yazılmayıb. Deməli Sizə təqdim edilən sənədlər saxtadır. Əslində yoxlamanı Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Fərzalı Qədirov təşkil etmişdir. Səbəbi isə vakant yer olmadığı halda məktəbə əlavə müəllim göndərməsinə mənim etirazım və bir neçə ildir ki, məşuqə kimi saxladığı Uşaq Birliyi Təşkilatının Rəhbəri Bağırova Təranə Kamil qızının tez-tez onun yanına getməsinə icazə verməməyim oldu.
Verdiyiniz əmrdə əsas kimi Bakı ŞTİ-nin Həmkarlar Təşkilatının razılığını götürmüsünüz. Yaddan çıxarmısınız ki, mənim vəzifəm hələlik "Dövlət Qulluqçusu" kimi getmir. Mənə razılığı yerli, yəni üzvü olduğum təşkilat verə bilərdi. Onda da saxtakarlığa yol vermisiniz. 22 noyabr 2013-cü il tarixdə mən işdə olmuşam, heç bir iclas keçirilmədiyi halda sonradan yerli həmkarlar təşkilatının qərarını həmin tarixə yazdıraraq əsas kimi götürmüsünüz. O protokoldan çıxarışı da səhv tərtib etdirmisiniz. Əvvəldə HİK-nin iştirak üzvləri Y.Şahməmmədova, A.Rəhimova, G. Kamalova və T.Xalıqverdiyeva olduqları halda protokolun sonunda imza atanlar Y.Şahməmmədova, A.Rəhimova, T.Bağırova və T.Xalıqverdiyeva olmuşlar. Əgər T.Bağırova komitə üzvü deyilsə onun axırda imza atması nə dərəcədə qanunidir? Bir məsələni də nəzərinizə çatdırım ki, həmin gün T.Bağırovanı Bakı ŞTİ-nin əməkdaşı Xəyyam müəllim çağırmışdı. Dərsdən sonra da mən getdim. Bunu T.Bağırovanın imzası ilə təsdiq etdiyi izahatı sübut edir. Mən inanıram ki, bu sənədin əslini də Fərzalı Qədirov Sizə göstərməyib və Siz də saxta sənəd düzəldilməsinə göstəriş vermisiniz.
Verilən əmrdə əsas kimi götürdüyünüz yoxlama aktı da səhv tərtib olunub. Aktda davamiyyət tabeli əsas sənəd kimi qeyd edilib və akt ona əsaslanaraq tərtib edilib. Ancaq Sizin əməkdaşlar bilmirlər ki, davamiyyət tabeli əsas məktəb sənədi deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə maliyyə-təsərrüfat sənədləri aşağıdakılardır: məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı".

Daha sonra diaaz.space-a daxil olan müraciətin mətnində deyilir: "Məktəbə göndərdiyiniz yoxlama komissiyasının üzvləri - Rövşən Abdullayev, Elmir Həsənov və Əhliyyət Adıgözəlovun bu qərardan xəbərləri olmadığı üçün Sizi aldatmışlar. Məncə həmin dövrdə Əhliyyət Adıgözəlov eşq macərası yaşayırdı. Bunu Sizdə bildiniz, lakin məlumatınız ola-ola məsələyə heç bir münasibət göstərmədiniz.
Əmrin Fərzalı Qədirovun çirkin niyyətinə xidmət etməsinin bir səbəbi də mən noyabr ayında tam ayın axırına kimi işdə olduğum üçün aylıq əmək haqqı almağıma baxmayaraq 22.11.2013-cü il tarixində verilməsidir. Dediyim bu məsələni Bakı şəhəri üzrə təhsil İdarəsinin 13.03.2014-vü il tarixli 5809 nömrəli arayışı da təsdiq edir. Həmin arayış Binəqədi rayonu Məşğulluq İdarəsindədir.
Əmrin səhv olmasını özünüz 13 fevral 2014-cü il tarixdə bir daha təsdiq etmisiniz. Yəni eyni maddə ilə işdən uzaqlaşdırılan müavin yenidən göstərilən tarixdən 152 nömrəli tam orta məktəbinə müəllim təyin etmisiniz.
Siz işinizdən əlavə özünüzə o qədər əlavə yük götürmüsünüz ki, artıq məhkəmələrin işinə də nəzarət edirsiniz. Mənim işimdə cinayət tərkibi olmadığına və heç bir məhkəmə qərarı olmadığına görə hansı əsasla məni pedaqoji sahədən uzaqlaşdırmısınız?
Yəqin ki, Sizin bu qərarınız Fərzalı Qədirovu tam razı salır. Axı mən onun həyat yoldaşı - 164№-li tam orta məktəbin direktoru Qədirova Kəmalə deyiləm ki, 05.02.2014-cü il tarixdə X sinif şagirdi Əliyeva Çinarə Samir qızının özünü intihara məcbur etdirəm və bu gün də həmin direktor heç bir cəza almadan Sizin humanistliyiniz sayəsində işləyir.
Yoldaş Mikayıl Cabbarov o qızın ölümündə günahı olanları Ulu Tanrı bağışlayacaqmı? Məncə yox, çünki kasıbların, yoxsuların da yaradanı var.
Aparılan yoxlamada böyük saxtakarlığın biri də odur ki, şikayət formasında Sizə müraciət edən müəllimlər izahat veriblər ki,onlar dərs keçmədən pul alıblar. Göndərdiyiniz komissiya üzvləri də onlardan izahat alıb Sizə təqdim edib.
Yaxşı hüquqşunas bilməli idi ki, eyni adamlar necə olur həm şikayətçi olur, həm də cinayətkar olurlar. Əgər bu fakt qanunda düz idisə nə üçün dövlət büdcəsinə vurulan ziyan geri qaytarılmadı? Heç nəzərə almamısınız ki, 4 noyabr - 15 noyabr 2013-cü il tarixdə mən xəstəxanada müalicədə olmuşam. Yoxlama dövründə davamiyyətə mən necə fikir verə bilərdim? Məktəbdə ona cavabdeh olan şəxslərdən heç biri günahlandırılmamış, onların günahını da mənim üzərimə yazmısınız. Ancaq yoxlama zamanı şikayət edən müəllimlərin uşaqları məktəbdən uzaqlaşdırmaları nə üçün yoxlama komissiyasının diqqətindən yayınıb?
Mənə prezident aparatında söylədilər ki, Təhsil Nazirliyindən verilən cavaba görə mən müəllimə sataşdığım üçün işdən çıxarılmışam. Əgər doğurdan da Sizin himayədarlıq etdiyiniz fahişələrin dedikləri düzdürsə niyə həmin dövrdə müvafiq hüquq mühafizə orqanlarına müraciət etməyiblər? Siz heç bir əsası olmayan və sübuta yetirilməyən, məcburi yazdırılmış ərizələrə əsaslanıb necə belə qərar çıxardınız?
Narahat olmayın, Fərzalı Qədirov növbəti toru Sizin üçün toxuyub. Yaxın vaxtlarda səsi çıxar.
Mənə elə gəlir ki, bu gün Sizin diqtənizlə işləyən məhkəmə orqanları, prokurorluq işçiləri vicdanları qarşısında bir an hesabat verib təsirdən çıxacaq və öz vəzifə borclarını vicdanla yerinə yetirəcəklər.
İllərlə ömrünü təhsilə həsr etmiş, ürəyinin yağını gənc nəslin təlim-tərbiyəsi yolunda əritmiş təhsil işçilərindən üzr istəyirəm ki, başlamaqda olan dərs ili ərəfəsində mətbuatda belə çıxış edirəm. Bunu deməyi özümə borc bildim ki, sabah istənilən vicdanlı təhsil işçisinin başına bu işi indiki təhsilə rəhbərlik edənlər gətirə bilərlər.
Hörmətli təhsil işçiləri gəlin birlikdə mübarizəyə qoşulaq. MKİS-in işçiləri Azərbaycan təhsilini məhvə apardı. Gəlin çəkinməyək, dərsiniz əlinizdən alındı, mənəviyyatınız alçaldılır. Daha nəyi gözləyirik?
Yoldaş Mikayıl Cabbarov! Qaytarın mənim işimi, qaytarın mənim müəllimliyimi. Gəlin daşı ətəyinizdən töküb ədalət naminə addım atın! Heç olmasa bircə dəfə məni qəbul edib üzbə-üz dinləyin. Sizi haqq yoluna çağırıram! Fərzalı Qədirov və onun komandası nə qədər mənə təzyiq göstərsələr də və Siz tərəfdən represiyaya məruz qalsam da haqq yolundan dönməyəcəyəm".

diaaz.space olaraq qa4rşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq....

Mövzu diqqətimizdədir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru