Azərbaycan Texnologiya Universitetində talançılıq DAVAM EDIR
Tarix: 18-01-2016, 08:50 | Çap et
DİA.AZ: - Redaksiyamıza Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində baş verən özbaşınalıqlarla bağlı yeni məqalə göndərilib. DİA.AZ olaraq həmin məqaləni təqdim edirik: “Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində dünya iqtisadiyyatında baş verən böhranlı vəziyyət bir çox ölkələri, o cümlədən AR hökumətini də iqtisadi islahatlar aparmağa məcbur etdi. Bu sahədə ölkə prezidenti təcili tədbirlərin görülməsi üçün müşavirələr keçirir, böhranın ölkə vətəndaşlarının durumuna təsirini minimum səviyyəyə salınması üçün tədbirlər görür. İlham Əliyev NK-nin son iclasında da bəyan etdi ki, bəzi idarə və müəssisələr lazımsız ştatlar açaraq, həmin ştatda işləyənlərin hesabına pullar köçürür və maliyyə vəsaitlərini talayırlar. Həmin müşavirədə çıxış edən maliyyə naziri S.Şərifov da 2019-cu ilədək qənaət rejimində işləyəcəklərini bəyan etdi.
Ölkədə bütün səviyyələrdə maliyyə vəsaitlərinin səmərəli, məqsədyönlü və qənaətləxərclənməsi yüksək səviyyələrdə tələb edilsə də “qeyri-adi” idarəetmə sistemi ilə idarə olunan Azərbaycan texnologiya universitetində talançılıq davam edir. Akif və Şamil Süleymanovların universitetdə qurduqları yarıtmaz idarəçiliyin mahiyyəti məhz universitetin maliyyə ehtiyatlarını talamaqdan ibarətdir. Keçmiş nazir Əli Abbasovun dəstəyi ilə rektor təyin olunan Akif Süleymanovun idarəçilik “qabiliyyəti” oğlunun da ona kömək etməsinə baxmayaraq yalnız pul mənimsəməyə “qadirdir”. Onun necə rektor və hansı səviyyədə idarəetmə qabiliyyətinin olması, ATU-nun Elmi Şurasının youtube-də yayımlanan iclasına baxdıqda məlum olur (Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasında “qoçuluga” çağırış, https://www.youtube.com/watch?v=2IP-5emFfwc). Həqiqətən də 16.12.2015-ci il tarixdə diaaz.space saytında nəşr olunmuş yazıda (http://www.dia-az.website/?do=search&subaction=search&story=az%C9%99rbaycan+texnologiya+universitetind%C9%99+h%C3%BCquqi+nihilizm&x=5&y=3) təhsil naziri M.Cabbarova müraciət edərək ondan Akif və Şamil Süleymanovlara ATU-nun nihilist obrazının-BAZAR UNİVERSİTETİNİN yaradılmasına imkan verməmək xahiş edilmişdi. Universitet Elmi Şurasının iclasına baxan hər kəs bu təhsil ocağının əsl bazar olması qənaətinə gələ bilər. Çıxışlardan görünür ki, rektor başda olmaqla Elmi Şura üzvlərinin əksəriyyəti özbaşınalıq və qanunazidd əməllərlə məşğuldurlar və “hər ağızdan bir avaz gəlir”. Elmi Şurada hərcmərclikdir və rektor onu özünəməxsus formada “idarə edir”.
Deməli hörmətli nazir M.Cabbarov hələ ki, Akif və Şamil Süleymanovlara “dur” deməyə tələsmir. Səbəb isə yenə də suallar yaradır:
-Əli Abbasovun işdən uzaqlaşdırılmasından sonra Süleymanovları həqiqətənmi M.Cabbarov müdafiə edir?
-M.Cabbarov həqiqətənmi Şamildən aldığı hədiyyəyə görə Süleymanovlar qarşısında “borclu” duruma düşüb?
-universitetin maliyyə vəsaitlərinin talanması ilə məşğul olan oğul Süleymanov həqiqətənmi əməllərini nazir müavini Ceyhun Bayramovla razılaşdırır?
-ölkə başçısının “məmurlar və vəzifə sahibləri ictimai rəyə ciddi yanaşmalı və reaksiya verməlidirlər” fikri M.Cabbarov və C. Bayramova da aiddirmi?
-M.Cabbarov və C.Bayramov həqiqətənmi Akif Süleymanova mənimsədiyi 3.000000(üç milyon) manat vəsaiti universitetin büdcəsini talayaraq ödəmək üçün şərait yaradıblar?
-maliyyə nazirinin müavini, C.Bayramovun qardaşı, A.Bayramovun bu məsələlərə nə qədər aidiyyatı var? və s.
Suallara cavab maraq doğurur. Təbii ki, həm də sual ünvanlanan şəxslərin səmimi münasibəti və məsələyə biganə qalmaması.
Universitetin pullarının talanması barədə əvvəllər də bir çox KİV-lərdə məlumatlar yetərincə verilib. Lakin əlavə məlumatlar bəlkə müvafiq səlahiyyət sahiblərini hərəkətə keçməyə nəhayət ki, vadar etdi.
Təhsil tarixində görünməmiş haldır ki, universitetdə və təhsil sistemndə analoqu olmayan hallar məhz Süleymanovlar tərəfindən həyata keçirilib. Bir neçə fakt sadalayaq:
1.Universitetdə Təlim-tərbiyə İşləri üzrə Prorektor vəzifəsi olduğu halda Süleymanovlar qanunazidd olaraq “Tərbiyə işləri üzrə koordinator” vəzifəsi təsis edərək Şamilin Əmənov Rauf adlı dostunu həmin vəzifəyə təyin etdirmiş və ona 1650 manat əlavə maaş “müəyyən edib”. Təlim-tərbiyə İşləri üzrə Prorektor isə cəmi 500 manat vəzifə maaşı və 26 manat əlavə maaş alır.
2.Bütün müəssisələrdə olduğu kimi ATU-da da “Hüquqşünas” ştatında çalışan var. Lakin nədənsə bu müəssisədə həmin ştatda iki nəfər işləyir. Yəni, “qızın iki adaxlısı var”, yaxud, hüquqşünas ştatı “balalayıb”. Daha maraqlısı odur ki, Şamilin dostu olan hüquqşünasElnur Əliyev (başqa yerdə tam ştatda işlədiyi halda) yarım ştat üçün 650 manat əlavə maaş aldığı halda, əvvəldən bu ştatda işləyən Şakir Əliyev cəmi 64 manatla “kifayətlənməli” olub.
3.Universitetin mühasibatlığında kifayət qədər təcrübəli işçilər işləməsinə baxmayaraq, universitetin büdcəsindən silməyi planlaşdırdıqları pulların izini itirmək üçün əlavə “Auditor” statı “təsis edərək” ora Fuad Bayramlı adlı bir təriqətçinitəyin etmiş və ona da əlavə maaş kimi 2000 manat verilməsi barədə “qərar qəbul ediblər”.
4.Son üç ayda işə götürülən 45 nəfər işçinin hər birinə 650-2500 manat əlavə maaş verən Süleymanovların bu talama əməllərinə nə ad vermək olar? Universitetdə əməyi olan professor cəmi 32 manat əlavə maaş aldığı halda öz dostlarına böyük məbləğdə əlavə maaş verən Süleymanovların bu əmələri nə vaxt araşdırılaraq cavabını alacaq? Hələ universitetin təmiri və müxtəlif mallarla təchizatı sahəsində işlərə silinən böyük məbləğdə pullar barədə danışmırıq. Bu başqa mövzudur və bu barədə də araşdırmamız olacaq.
Bütün bunlarla yanaşı Akif Süleymanov universitetin bir neçə əməkdaşından borc adı ilə böyük məblğdə pul aldığı da ortaya çıxıb. “Mənə kömək edin, pulunuzu qaytaracam” deyə əməkdaşları aldadan rektor sonradan həmin pulları qaytarmaqdan yayınmağa çalışır. Özünü “xəstəliyə vuran” rektor borc yiyələrinə “məni əsəbləşdirmək olmaz, xəstəyəm” deyə cavab verir. Əgər həqiqətən xəstədirsə, bu iştah onda hardandır?
Vəziyyəti belə görən borc yiyələri məsələni hüquqi müstəvidə həll etməyə məcbur olublar və artıq onlar hüquq-mühafizə orqanlarına, konkret olaraq Respublika prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə idarəsinə müraciət ediblər.
Qeyd edək ki, 2015-ci ilin may ayında Akif Süleymanova qarşı adı çəkilən idarədə maliyyə vəsaitlərini külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi açılıb. Görəsən bu məsələlər qısa müddətdə başa çatdırılaraq Akif Süleymanovun əməllərinə hüquqi qiymət veriləcəkmi?
Ümid edirik ki, M.Cabbarov və C.Bayramovun kölgəsinə sığınaraq talanla məşğul olan Akif Süleymanova hüquq-mühafizə orqanlarında və istintaqçıların kölgəsində yer olmayacaq”.
diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|