![Nemət Pənahlının vergi borcu yarandı: Avtomobili müsadirə edildi Nemət Pənahlının vergi borcu yarandı: Avtomobili müsadirə edildi](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739173517_0001.jpg)
Fəaliyyətini dayandırmış Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının dövlətə vergi borcu yaranıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu səbəbdən partiya sədrinin şəxsi avtomobili müsadirə olunaraq, hərraca çıxarılıb.
N.Pənahlının “Toyota Land-Cruiser” markalı avtomobili vergi ödəyicilərinin siyahıya alınmış əmlakları sırasında qeyd olunub.
Satışı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Xidmətin məlumatında qeyd olunub ki, Pənahlı Nemət Əhəd oğluna məxsus, buraxılış ili 2010-cü il olan “Toyota Land-Cruiser” avtomobili hərracda satılacaq.
Avtomobilin ilkin satış qiyməti 42 min manat müəyyənləşdirilib.
Siyasətçinin məşğul olduğu biznes sahəsi, vergi borcunun necə yaranması və məbləği barədə məlumat yoxdur.
Teleqraf-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün N.Pənahlı ilə əlaqə saxlamağa çalışıb, lakin o, zənglərə cavab verməyib.
Qeyd edək ki, N.Pənahlı 1962-ci ildə Naxçıvanda doğulub. Onun rəhbərlik etdiyi Azərbaycan Milli Dövlətçilik Partiyası 2023-cü ildə ləğv olunub.