Ceyhun Bayramova SUAL: - Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?
Tarix: 10-10-2019, 11:13 | Çap et
Dünyada tələbələrə təhsil kreditinin verilməsi ənənəsi geniş yayılsa da, Azərbaycanda tələbələrin təhsil krediti alması ciddi problemə çevrilib. Ölkəmizdə "Maarifçi" Tələbə Kredit Fondu tələbələrə belə bir imkan təklif edir, amma bu o qədər də geniş tələbə kütləsini əhatə etmir. Odur ki, bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq buraxanlar da var.
Bu günlərdə Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası fakültəsinin II kurs tələbəsi Əsədulla Cəfərovun evdən qaçmasının səbəbi də məhz təhsil haqqını ödəməkdə çətinlik çəkməsi ilə bağlı idi. Tələbənin ailəsinin maddi durumu ağır olduğundan iş adamlarından biri Əsədullanın üç illik təhsil haqqını öz üzərinə götürüb.
Qeyd edək ki, hazırda Əsədulla Cəfərovun yaşadığı problemlə üzləşən tələbələrin sayı az deyil. Onlar universitetlərin müəyyən etdiyi müddətə qədər təhsil haqlarının ən azı yarısını ödəməsələr, imtahanlara buraxılmırlar.
Sputnik Azərbaycan tələbələrin qarşılaşdığı bu problemi araşdırmaq məqsədilə onların özləri və ailə üzvləri ilə həmsöhbət olub. Əsədulla Cəfərovun atası Əfqan Cəfərov bildirib ki, kiçik oğlu Dövlət İqtisad Universitetində ali təhsil alır. Ə.Cəfərovun sözlərinə görə, Saatlı rayonundan Bakıya məhz övladlarına ali təhsil almaqda dəstək olmaq üçün gəlib. Paytaxtda kirayədə yaşayan ailə övladlarının təhsili üçün əllərindən gələni etməyə çalışsa da, oğlunun təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini gizlətmir.
Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında da təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini söyləyənlər oldu. Adlarının çəkilməsini istəməyən tələbələr kirayədə yaşayaraq təhsil haqqını ödəməyin valideynləri üçün çətin olduğunu gizlətmədilər. Tələbələrlə söhbət zamanı öyrəndik ki, "Maarifçi" Tələbə Kredit Fondundan onlara bu ayın sonundan tələbə kreditlərinin veriləcəyi bildirilib.
Sputnik Azərbaycan "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil kreditlərinin verilməsində yaranmış ləngimənin səbəbini araşdırıb. Fonddan Sputnik Azərbaycan-a bildiriblər ki, tələbələrə təhsil kreditlərinin verilməsində gecikmə universitetlərdən cavabın gecikməsi ilə əlaqədardır:
"Bizim Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Tələbələrə təhsil kreditlərinin ayrılması üçün əməkdaşlıq etdiyimiz universitetlərdən razılıqla bağlı bizə təsdiq gəlməlidir. Tələbə kreditlərinin verilməsinə nə vaxtdan başlanılacağını dəqiq demək olmaz. Bu, çox həssas məsələdir. Biz desək ki, gələn aydan başlayacağıq, universitetlərdən o vaxta kimi təsdiq gəlməsə, tələbələr Fonda üz tutacaqlar. Ona görə də biz bu tədris ilində tələbə kreditlərini verməyə nə vaxt başlayacağımızı ancaq təsdiq gəldikdən sonra açıqlaya bilərik".
"Maarifçi" Tələbə Kredit Fondundan onu da bildirdilər ki, hazırda Fonddan kredit ancaq Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetində təhsil alan tələbələrə verilir.
Amma bu o demək deyil ki, sadalanan universitetlərdə təhsil alan tələbələr təhsil kreditindən faydalana bilərlər.
Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər: "Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir. Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir. Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.
Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər. Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir".
Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır.
O ki qaldı bu kateqoriyalara uyğun gələn tələbələrə kreditlərin verilməsinə, Sputnik Azərbaycan Fondun əməkdaşlıq etdiyi universitetlərlə əlaqə saxlayıb. Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Fonddan onlara məktub gəlib, ancaq hələ ki daxil olan məktuba baxılmayıb. Digər universitetlərdən də buna bənzər cavab verildi. Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında dedi ki, məktub universitetə həftəsonu daxil olub: "Məktuba rektor hələ baxmayıb. Yəqin ki, müsbət dəyərləndiriləcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
|