“Azəriqaz” Gəncədə rəsmi maxinasiyalara başladı - İLGİNC FAKT
Tarix: 21-12-2020, 08:55 | Çap et
Azərbaycan iqtisadiyyatının yeganə qarantı hesab edilən "SOCAR"-ın “Azəriqaz” İstehsalat Birliyi Gəncədə abonentlərinə qarşı kütləvi "borc maxinasiyası"na start verib. Əvvəlki illərdə müşahidə edildiyi kimi, qurumun başbilənləri müxtəlif ünvanlara debitor borc barədə qəbzlər yazaraq vətəndaşlara göndərir, istehlakçıların hüququnu pozaraq süni narazılıqlar yaradırlar. "Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Gəncə şəhəri, Cavadxan küçəsi bina 9, mənzil 11 ünvanı da "qazsatanlar"ın özbaşınalığa məruz qalıb. Belə ki, ötən ay abonent Nuranə Rzayeva mülkiyyətindəki mənzilə məxsus smartkart tipli sayğacın mexaniki sayğacla əvəz edilməsinə dair ərizə ilə quruma müraciətindən sonra ünvanın guya 2012-ci ildən bu yana 525 manat 45 qəpik debitor borc olması iddiası baş qaldırıb. “Azəriqaz” İB-nin Gəncə şöbəsi ünvanda borcun olması tələbinə dair vətəndaşa 05 dekabr və 16 dekabr 2020-ci il tarixli rəsmi qəbzlər göndərərək yeni sayğac qoyuluşu üçün birdən-birə idarədaxili bilgisayarda boy göstərən 525 manatı tələb edir. Vətəndaşın narazılığı isə kimsənin umurunda deyil. Bundan başqa, 8 il borcu olmayan bir ünvanın 2020-ci ildə bu qədər məbləğə borclu duruma düşürülməsi, 2012-ci il üçün debitor borc iddiasının indi diqqətə alınması suallar yaradır. Bu barədə "Demokratik.Az"-a evin keçmiş sahibi danışıb. Vətəndaş Rauf Hüseynovun bildirdiyinə görə, həmin ünvana borcun necə və niyə yazılmasını anlaya bilmir. Çünki həmin mənzil 2017-ci ilin aprel ayınadək Qurbanova Səmayə Hüseyn qızının adına olub, həmin ayda da evi Rauf alıb. Alarkən də ünvanın heç bir kommunal borcunun olmamasına dair "ASAN-Gəncə"-nin təsdiqlədiyi arayışlara istinad edilib. 06.04.2017-ci il tarixli müvafiq arayışdan da aydın olur ki, ünvanın "Azəriqaz İB"-nə həmin tarixədək borcu mövcud olmayıb. Rauf Hüseynov onu da qeyd edir ki, evə cəmi bir neçə ay sahiblik edib və 2017-ci ilin avqustunda mənzili vətəndaş Nuranə Rzayevaya satıb. Həmin müddət ərzində isə mənzildə ümumiyyətlə mavi yanacaqdan istifadə edilməyib. Daha maraqlısı, 2017-ci ilin aprelindən bu yana ünvanda ümumiyyətlə qaz sərfiyyatı qeydə alınmayıb, yaşayış belə olmayıb. Rauf Hüseynov bildirir ki, "Azəriqaz"-ın yerli şöbəsi özünün borc iddiasına məntiqi aydınlıq gətirmir, 2012-ci ilə dair əsassız və uydurma fakt irəli sürür. Bundan başqa, qurum ünvana iddia etdiyi borc barədə məlumatı elektron hökumət portalına yalnız ötən ay əlavə edib ki, bu da özbaşınalığın bir sübutudur. Sadalananlar göstərir ki, rəsmi qurum ya 2012-ci ildə həqiqətən mövcud olan debitor borcu sistemdə 8 il gizlədib, ya da Bakıdan Gəncəyə axan və yekun hesabatlarda "itkin düşən" mavi yanacaq itkisi bu yollarla it-bat edilir. İndiyə qədər də məlumdur ki, Qaz istismarı idarələri qazpaylayıcı missiya icra edərkən aldıqları qazın həcmi ilə abonentlərdən yığılan ödənişlər arasında xeyli fərq ortaya çıxır ki, bu da əslində mavi yanacaq itkisi kimi deyil, "SOCAR"-a istehlakçıların debitor borcu kimi yansıdılır. Belə özbaşınalıqlar isə planlı şəkildə regional qazpaylayıcı qurumlarda korrupsiya və özbaşınalıqlara meydan açır. Onu da bildirək ki, həmin ünvanda uzun illərdir ki, smart tipli qaz sayğacı quraşdırılıb. Və indiyədək bir dəfə də olsun borc barədə abonent məlumatlandırılmayıb. Bundan əlavə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 5-ci abzasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiqlənmiş “Qazdan istifadə Qaydaları”nın (Qaydalar) 6.1.4-cü bəndinə, hətta həmin Qaydaların 2-ci və 3-cü əlavəsində təsdiq olunmuş, məişət və sənaye qaz qurğusu istifadəçiləri ilə bağlanmış qazın alqı-satqısı müqavilələrinin müvafiq olaraq 2.2.6.4-cü və 2.2.7.4-cü yarımbəndlərinə əsasən, “qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” qazın verilişinin dayandırılmasına dair müddəalar mövcuddur. Belə halda da, 2012-ci ildən bu yana borcu olubsa, ünvana qazın verilişinin dayandırılmaması da abonentin haqlı olduğunu üzə çıxarır. Ümumiyyətlə, müşahidə olunur ki, “Azəriqaz” İstehsalat Birliyi ilin yekunlarına dair hesabatlarında əhali sektoru üzrə debütor borc məsələsini daha çox qabardır və bu yolla digər irihəcmli borcluları kölgəyə alır. Məsələn, "Azəriqaz" İB vətəndaşlara münasibətdə "Azəristiliktəchizat"-ın 10 milyonluq borcuna, istilikxanalara axan qazın həcmindəki paradoksallığa o qədər də ciddi yanaşmır. Sonda yalnız bunu düşünmək olar - "Azəriqaz"-ın yerli qurum yetkililəri ciblərinə və havaya sovurduqları mavi yanacağın pulunu gücləri çatan şəxslərdən almaq üçün yeni savaş açıblar. Dövlət baba vətən və millət naminə "Azəriqaz"-ın fəaliyyətinə və debitor borclarına göz gəzdirsə yaxşı olar... Qarşı tərəfin söz haqqına sayğılarla... Osman Nərimanoğlu Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
|