Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Tarix: 23-12-2020, 09:03 | Çap et
Zərdabda Mərdan Camalovun xeyir-duası ilə yol təmirini və şəhərin abadlaşdırılmasını heç bir texnikası və işçisi olmayan şirkət həyata keçirəcək… Heç kimə sirr deyil ki, məmurlar dövlət büdcəsini müxtəlif tenderlər vasitəsi ilə “soyub soğan qabığına çevrirlər”. Son bir neçə ildə isə Azərbaycan mətbuatında tender biabırçılıqları haqqında elə məlumatlar dərc olunur ki, orda söz doğrudan bitir və deməyə heç nə qalmır. Xüsusən satınalma haqqında qanun elə açıq şəkildə tapdanılır ki… Buna baxmayaraq “tender mafiyası” öz işini görür və heç kim onlara “gözün üstə qaşın var” demir, ya da deyə bilmir. Tender elan olunandan sonra yaranan MMC-lərin qalib elan olunması praktikası isə son günlərə qədər davam edib.
İşin maraqlı tərəflərindən biri də odur ki, yüz minlərlə manatlıq, hətta milyonluq tenderləri “ udan” “10 manatlıq” MMC-lər heç bir maddi və texniki bazası, ofisi, təsisçidən başqa işçisi və təcrübəsi “olmayan” şirkətlərdir və bu şirkətlərin hüquqi unvanı isə ev ünvanları göstərilir. Bəs bu qondarma şirkətlər milyonluq tenderləri necə qazanır? Bunu kim təşkil edir?
Ən əsası milyonlarla dövlət vəsaitini öz hesabına keçirən bu qondarma MMC-lər hər il dövlətdən nə qədər vergi yayındırırlar? İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti bu sualın cavabını bilirmi?
Bir daha qeyd edək ki, Azərbaycanda son illər icra hakimiyyətlərinin əsas qazanc mənbələri olan Dövlət satınalmalarında şübhəli tenderlərin artması barədə mətbuatda davamlı olaraq çoxsaylı məlumatlar dərc edilsə də, hələ də bu sahədə ciddi problemlər qalmaqda davam edir və əlaqədar qurumlar, xüsusən Maliyyə Nazirliyi və Vergi Xidməti bütün yazılanları görməməzlikdən və duymamazlıqdan gəlir.
Ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlərdə eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi bu sahədə şəffaflıq məsələsini ciddi şəkildə aktuallaşdırır. PİA.-ın araştırmasına görə demək olar ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında yer alan tenderlərin 80-90%-i şübhəli tenderlərdir. Belə şübhəli tenderlərdən biri də biri də Zərdab rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytına görə 2020-ci ildə Zərdab şəhərinin abadlaşdırılması və yolların təmiri üçün keçirilən tenderin qalibi “İnşaat Servis-2” MMC olub. Zərdab rayon İcra Hakimiyyəti ilə hər iki tenderin qalibi olan şirkətlə üst-üstə 1 milyon 169 min 975 manat müqavilə bağlanılıb. (Şəhərin abadlaşdırılması üçün 549 min 998 manat, yolların təmiri üçün 619 min 975 manat).
Bizim üçün maraqlı olan Zərdabda bu iki böyük tenderi udan, yol çəkən və inşaat işləri ilə məşğul olan şirkətin mərkəzi ofisinin harda yerləşməsi və kimə məxsus olması idi. Araşdırmamız zamanı məlum oldu ki, 1 milyon 169 min 975 manatlıq tenderin qalibi olan “İnşaat Servis-2” MMC-nin ümumiyyətlə ofisi yoxdur. MMC-nin kimə məxsusluğunu araşdırarkən isə qarşımıza çox tanış bir ad çıxdı. Vüqar Aslanov… Bu həmin Vüqar Aslanovdur ki, “Veteks-2017” MMC şirkəti ilə uzun illər boyu Beyləqanda və Zərdabda böyük məbləğlərdə müxtəlif tenderləri udub. Beyləqanda və Zərdabda gördüyü işlərin bəziləri isə artıq dağlıb.
Görünür ki, “Veteks-2017 MMC” mətbuatın dilində çox hallandığı üçün Vüqar Aslanov bu dəfə “İnşaat Servis-2” MMC-ni dövriyyəyə salıb. Bəs Zərdab yollarını təmir edəcək şirkət bu işi görmək üçün hansı texnika və mütəxəssis bazasına sahibdir? Əgər sizə desək ki, “İnşaat Servis-2” MMC-nin yol çəkmək, ya da təmir etmək üçün heç bir texnikası və işçisi yoxdur, onda nə deyərsiniz? Bu ağlasızmazdır, gülməlidir və tükürpədicidir…
Görəsən Zərdab rayon icra hakimiyyəti 619 min 975 manatlıq yol təmiri layihəsini “İnşaat Servis-2” MMC-yə verərkən bu şirkətlə heç maraqlanmayıb? Maraqlanıbsa, onda “İnşaat Servis-2” MMC ilə müqaviləni necə bağlayıb və o yollar necə təmir olunacaq? Bəlkə bu müqavilə Mərdan Camalovla Vüqar Aslanov arasında şəxsi müqavilədir? Bizə məlum olduğuna görə Vüqar Aslanov müxtəlif rayonlarda abadlıq işlərini kənardan briqada cəlb etməklə və qanunsuz insan çalışdırmaqla həyata keçirir.
Məlumata görə keçmişdə də Zərdabda yoların təmiri, abadlaşdırma işlərinin qalibi və binaların təmiri işi ilə Vüqar Aslanova mənsub olan “Veteks-2017” MMC şirkəti məşğul olub. Bu şirkət eyni vaxtda, həm də Beyləqan rayonunda yolların təmiri, tikinti işləri və sair tenderlərin qalibi olub.
Bəs heç bir işçisi və texnikası olmayan Vüqar Aslanov bu işləri necə görüb? Bu sualın cavabını onunla əməkdaşlıq edən icra hakimiyyətləri bilir. Bizdə olan məlumata görə icra hakimiyyətləri müxtəlif dövlət və qeyri-dövlət qurumlarını bu işlərə cəlb edirlər. Ya da tenderi udan şirkət subpodratçılarla çalışır.
Xatırladaq ki, “Veteks-2017” MMC son dəfə ölkə mətbautının gündəminə Beyləqan rayonunda Mənzil istismar Sahəsinin binalarının bərbad təmir qalmaqalı ilə gəlib. Aldığımız məlumata görə isə “İnşaat Servis-2” MMC şirkətinin Zərdabda həyata keçirdiyi işlər həddindən artıq yarıtmaz vəziyyətdədir… //pia.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
|