Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
Tarix: 25-12-2020, 10:42 | Çap et
Lerik rayonu, Peştətük kənd sakinləri etiraz edir. Şikayətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindəndir. Dediklərinə görə, 1997-98-ci illərdə islahatlar zamanı vaxtilə kəndin Engels adına tərəvəzçilik və heyvandarlıq sovxozuna aid əkin-biçin torpaqları camaat arasında adambaşına 30 hektar olmaqla bölüşdürülüb. Ərazi Meşə Fondunun balansında olsa da, əhali artıq bir əsrə yaxındır orada məskunlaşıb və torpaqlar mütəmadi olaraq kənd camaatı tərəfindən istifadə edilib.
DİA.AZ xəbər verir ki, Rövşən Həmdəmov kənd sakinləri adından danışıb. Deyib ki, islahatlardan sonra kənd camaatına həyətyanı topraqlara Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamələr verilib. Lakin pay torpaqlarına görə hər hansı sənəd təqdim olunmayıb:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin pay torpaqlarını camaata vermək istəmədi. Bildirildi ki, Meşə Fondunundur, bəs həmin ərazini verə bilmərik. Halbuki, insanlar uzun illərdir bu torpaqlarda əkin-biçin işləri aparıb. Bir əsrə yaxındır ki, bu camaat Peştətük kəndində məskunlaşıb. Evlər tikib, yurd salıb. Ərazi daim əkin-biçin məqsədilə istifadə olunub. 1997-ci il yanvarın 10-da mərhum prezident Heydər Əliyevin 584 saylı fərmanına əsasən, sovxozun istifadəsində olan torpaqların kənd sakinləri arasında bərabər bölünməsinə qərar verilib. 1998-ci ildə sovxozun direktoru Elxan Aslanovun keçirdiyi iclasda 97 nəfər kənd sakini iştirak edib. Bununla bağlı protokol imzanıb. Daha sonra isə püşkatma olub. Camaata adambaşına 16 sot torpaq veriblər. Arzuman Canəli oğlu Səfərov Birinci Qarabağ döyüşlərində itkin düşmüşdü. Şəhid ailəsi olduğu üçün onun yaxınlarına normadan əlavə torpaq verildi. Torpaqlar veriləndən sonra xəritə çəkilib. Həmin xəritə, ümumiyyətlə, islahatın bütün sənədləri bizdə mövcuddur. Bircə dövlət aktımız yoxdur. Torpaqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır, sənədimizə baxılmır. 1998-ci ildən bu yana, düz 22 ildir bu məsələ öz həllini tapmır. Qarabağ münaqişəsi kimi uzanıb gedir”.
2020-ci ilin yanvarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ərazidən 5 hektar sahəni Lənkəran Sahibkar Qadınlar İctimai Birliyinin sədri, iş adamı Zərnitac İsmayılovaya icarəyə verib. Kənd sakinləri isə buna etiraz edir. Rövşən Həmdəmov deyir ki, dəfələrlə bununla bağlı nazirliyə və Prezident Adminstrasiyasına müraciət ediblər, amma nəticəsiz qalıb: “Zərnitac İsmayılova 2009-cu ildə Peştətük kəndində olan boş torpaq sahəsində 70 sot torpaq götürərək, “Cənub” Turizm İstirahət Mərkəzini salıb. İstirahət mərkəzi ilə bizim kəndin pay torpaqlarının arasından çay keçir. 2010-cu ildən isə kənd camaatının pay torpaqlarını mənimsəməyə başladı. Əvvəlcə Sultan Səməd oğlu Hüseynovun torpağını götürdü. Bu məsələdən sonra biz aidiyyəti qurumlara yazdıq. Lakin heç bir nəticəsi olmadı. Əksinə, 2020-ci ilin yanvar ayında həmin torpağın 5 hektarını da götürdü. Fındıq ağacları əkib, guya aqropark salır. Camaat narazılıq etməyə başladı. Prezident Adminstrasiyasına və başqa instansiyalara yazdıq. Bu adam da deyir ki, torpaq mənimdir. Rayonun icra hakimiyyətində olmuşuq. Başçı özü işimizlə maraqlanıb. Bu qadın heç kimlə hesablaşmır. Deyir ki, burda mənəm, Bağdadda kor xəlifə. Bizim əlimiz yuxarılara çatmır, şikayətimizə baxılmır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlmişdilər. Deyirlər ki, torpaq nazirliyindir. Axı bizim də əlimizdə sənədlər var. Heydər Əliyev rəhmətə gedibsə, deməli, onun fərmanı da rəhmətə gedib? Gətirib, aktımı versin, torpağı özüm götürməmişəm, dövlət verib”.
“İslahatlardan sonra qonşu kəndlərə dövlət aktı təqdim olundu, bir bizdən başqa. O vaxt torpaqlara dəyib-dolaşan yox idi deyə sənədsiz istifadə edirdilər, əkirdilər, biçirdilər. Heç kim bunlara toxunmurdu. Lakin 2010-cu ildən bizə aid torpaqlar nazirlik tərəfindən icarəyə verilir.
Onu da deyim ki, həmin ərazidə İkinci Qarabağ müharibəsində şəhid olan kəndcimizin gizir Ağayev Cəlal Ağaverdi oğlunun da payı var. Yəni şəhid ailəsinin də torpağı mənimsənilib”.
DİA.AZ bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şikayətçilərin iddialarına cavab verib. Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun sorğumuza cavabınıl təqdim edirik:
"Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə sahələrində intensiv aqrobağların, yerli şəraitə uyğun meyvə bağlarının salınması prioritet kimi qəbul olunub. Bu, meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün imkanlar yaradır. Lerik rayonunun Peştətük kəndi yaxınlığındakı 5 hektar meşə fonduna daxil olan sahə aqrobağ salınması məqsədilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə “Cənub TİM” MMC arasında bağlanılmış icarə müqaviləsi əsasında adıçəkilən Cəmiyyətə icarəyə verilib. Həmin torpaq sahəsinin yerli sakinlərə ayrılması, bu barədə onlara şəhadətnamə və digər sənədlərin verilməsi ilə bağlı hər hansı fakt mövcud deyil. Ərazidə aparılmış yerölçmə işlərinin nəticələrinə və müvafiq sənədlərə əsasən sahə dövlət meşə fondu torpaqlarına aiddir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
|