![Yayın hitini Günel oxuyacaq Yayın hitini Günel oxuyacaq](/uploads/posts/2018-05/thumbs/1527740155_0001.jpg)
DİA.AZ: - Tanınmış estrada müğənnisi Günel Ələkbərova “Protime Production” şirkəti ilə birlikdə hazırladığı yeni mahnısını təqdim edəcək.
DİA.AZ-ın məlumatına görə, müğənninin yeni mahnısının musiqisi və aranjimanı Rasim Əsgərova, sözləri Samir Vida aiddir. Rasim və Günel mahnı haqqında tam açıqlama vermir. Onlar yalnız bəstənin bir xanım obrazını əks etdirəcəyini deyiblər.
İlin hiti olacağı iddia edilən bəstəni tamaşaçılar tezliklə dinləyə biləcəklər.