
"Yeni gunlər başlasın. Virus bitsin, teatrlar açılsın. Qələbəmizi də doya-doya yaşaya bimirik".
Bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yeni fotolarını yayımlayarkən yazıb. Sənətçi karantindən, pandemiyadan bəhs edib. O, bu durumdan yorulduğunu bildirib:
"Zaman elə bil dayanıb. Bilinmir yaşayırıq, yoxsa sürünürük". /Axşam.az