
Bəstəkar-müğənni Pərviz Mahmudov “Vətənim qayıdıb” adlı yeni mahnısını təqdim edib.
“MediaPost” xəbər verir ki, mahnının bəstəsi Pərviz Mahmudova, sözləri NADO-ya məxsusdur.
“Youtube” video-hostinqində paylaşılan mahnının aranjımanını Camal Qurbanov həyata keçirib.
Qeyd edək ki, Pərviz Mahmudov Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, müğənnilər Günay İbrahimli, Sevda Yahyayeva kimi məşhurların onlarla hit mahnısının müəllifidir.