
Əməkdar artist Sevinc Sarıyeva vaxtilə ailə üzvləri tərəfindən döyüldüyü etiraf edib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Səhər-səhər” verilişinin qonağı olan sənətçi qaşını aldığı üçün anası, bacısı, atası və qardaşının onun döydüyünü deyib:
“O vaxt qaşımı aldığıma görə əvvəlcə anam məni döyüb, sonra bacım. Daha sonra atam götürüb, ötürüb qardaşıma ki, məni döysün. Haradasa, 27-28 yaşım var idi. Ərə getməmişdim hələ. 1997-98 ci illər idi. Səhnə adamı idim. İnanırsınız, dövlət televiziyasına məni çəkmirdilər”.
Həmin görüntüləri təqdim edirik: