
Hazırda Avropada vəziyyət elə bir həddə çatıb ki, "Qiyamət saatı"nın gecə yarısına keçməsinə beş dəqiqə qalıb.
“The Guardian”ın yaydığı məlumata görə, bunu Xristian-demokratlar və Xristian-sosialistlər ittifaqından (CDU/CSU) olan siyasətçi, Almaniyanın gələcək kansleri Fridrix Merz deyib.
Merz qeyd edib ki, ABŞ-nin dəyişən siyasəti fonunda Avropa öz müdafiə qabiliyyətini artırmaq üçün tez bir zamanda hərəkət etməlidir.
O əlavə edib ki, hazırda bütün diqqətini qeyri-sabit geosiyasi vəziyyətə yönəldir. Lakin eyni zamanda o, Vaşinqtonla yaxşı münasibətlərin qurulmasına da can atacaq.
Xatırladaq ki, bir müddət öncə Avropanın iqtisadi dayağı sayılan Almaniyada növbədənkənar parlament seçkiləri keçirildi. Almaniya kansleri olacaq Fridrix Merzin mühafizəkar "CDU-CSU" bloku seçkilərdə qalib gəlib. Hazırki kansler Olaf Şolzun Sosial Demokratlar Partiyası isə uğursuz olub. Onlar İkinci Dünya Müharibəsindən sonra özlərinin "acı" adlandırdıqları ən pis nəticələri əldə etdilər.
AzVision.az