
"İsti kabinetlərində rahat oturan, hər gün işdən sonra evində dincələn vəzifə sahiblərinin diqqətinə!!!" "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra konkret faktla bağlı əlaqədar qurum və şəxslərə belə xitab edib: "İşçiləri küləkli havada gəmi ilə,qarlı havada helikopterlə təmin edə bilməyən və buna görə barələrində ARƏM maddə 310 tədbiq edilməyən sahə üzrə məsul şəxslər və SOCAR rəhbərliyi! Nə günahı var işçilərin?
8-ci platformadan (düşünürəm ki, bütün platformalarda vəziyyət eynidir) yazdılar:
Fevral ayının 19 -dan platformada qalmışıq. İşdən çıxa bilmirik. Əlli dənə bəhanə gətirirlər. 28 Mayın gücü çatmır Azala təsir eləməyə. Halbuki Azal-ın ödənişlərini vaxtı vaxtında edilir. 6 gündür evimizə gedə bilmirik. Zəhmət olmasa ictimailəşdirin, bəlkə Azneft İB və ya SOCAR görər və yadlarına düşər ki, işçilər qalıb blokda..."