
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Maksimus” MMC ilə 18 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə yeni inzibati binada təmir-bərpa işləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 17 804 627 manatdır.
Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 1969-cu məhəllədə yerləşən inzibati binaya dair tikinti layihəsi üzrə işlər olacaq.