Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                 

"Haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad etdi..."
Tarix: 18-01-2021, 08:55 | Çap et
"Haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad etdi..."
Əməkdar artist Aliyə Ramazanova Moderator.az-ın suallarını cavablandırıb.

- Aliyə xanım, koronovirus pandemiyasından özünüzü necə qoruyursuz?

- Hamı kimi evdə otururam, pəncərələri açıb otağı havalandırıram. Bizim kimi yaşlı insanlar yüksək risk qrupuna daxildir. Ona görə də evdən çölə çıxmıram. Nəvələrim, nəticələrim də nadir hallarda qonaq gəlirlər. Daha çox telefonla əlaqə saxlayırıq.

- Hərəkət rəqqasəlik sənətinin ayrılmaz hissəsidir, indiki hərəkətsizlik sizi yormur ki?

- Mən heç vaxt özümü hərəkətsizliyə öyrəşdirməmişəm. Bu yaşda da efirlərdə oynayıram. Evin içində gəzirəm, bəzi idman və rəqs hərəkətlərini edirəm. Yorulanda da otururam. Bu məni yaşadır. Bir növ özümü məcbur edirəm buna.

- Teatrda çalışan sənətçilər çalışmasalar da aylıq əmək haqlarını alırlar. Bəs Aliyə Ramazanova necə dolanır?

- Kiçik təqaüdlə dolanıram. Allah uzun-ömür versin, bir də oğlum və nəvələrim mənə kömək edir. Amma 50 ildir qazandığım zəhmətin haqqını hələ mən heç vaxt görməmişəm. Mədəniyyət nazirliyinə də, prezidentə də, Mehriban xanıma da məktublar yazmışam, bəzən məktublar ünvanına çatmır. Fəaliyyətdə olduğum müddətdə 70-yə yaxın ölkədə qastrol səfərlərində, bölgələrimizdə olmuşam. Bu sənətlə bağlı xatirələrim və qastrol səfərlərim haqda 3 kitab ( “Rəqs Mələyi”, “Sönməyən ulduzlar” və “Aliyə Ramazanova 80”) yazmışam. Hansı rəqqasə indiyə qədər kitab yazıb? Məni kim yolda görür deyir ki, Aliyə xanım siz mənim müəlliməm olmusuz. O insanların 40-50 yaşları var. Gör nə qədər tələbələr yetişdirmişəm. Mən indi də sakit oturmuram, balaca bir qızla məşğulam, o da çox böyük uğurlar əldə edib. Bir tələbəm Moskvada İncəsənət Akademiyasında oxuyur. Ondan soruşublar ki, müəllimən kimdir səni bu cür peşəkar yetişdirib? Deyib ki, Aliyə Ramazanova.. Bu tələbəmə görə oradan mənə böyük bir fəxri fərman göndərmişdilər. Bu mənim sənətə, tamaşaçılarıma olan sevgimdir, amma çox təəssüf ki, ətrafda bunu görmürlər. Mən qapı-qapı gəzməyi bacarmıram. Keçmiş nazir Əbülfəs Qarayev mənə demişdi ki, Aliyə xanım bu yaxınlarda təqaüd alacaqsız, lap bu yaxınlarda.. Hanı? Heç nə olmadı! Nə “Xalq artisti” adı verildi, nə də təqaüd. Allah böyükdür, ədalətsiz işləyirdilər, haqqımızı yeyirdilər, ona görə də cənab prezident onları vəzifədən azad etdi. Bunu hamı bilir.

- Fevralın 7-də sizin 80 illik yubileyinizdir.. Hələ də ümidiniz varmı?

- Sözün düzü mənim artıq ümidlərim ölüb. Hər dəfə yazılır-pozulur, amma bir nəticəsi olmur. Qəzetlərdə də yazılmışdı ki, Aliyə xanıma qarşı niyə bu qədər haqsızlıq var? Mən sənətimdən deyil, bu diqqətsizlikdən sönmüşəm. 80 yaşım var, mənim halım yoxdur hansısa qapını döyüb, yalvarım. İnşallah ki, yeni Mədəniyyət Nazirimiz keçmiş nazirin yarımçıq qoyduğu bütün işləri tamamlayar.

- Bu dönəmlər bir çox sənətkarlar keçmiş nazirdən və ətrafındakı vəzifəlilərdən şikayətlənirlər..

- Bəli, nazirlikdə haqqı çatan insanlara qarşı nəzakətli davranmırdılar. Orada Sevil adlı bir xanım var, ona dedim ki, uzun illərdir məni aldadırsız ki, sizə həm “Xalq artisti”, həm də təqaüd veriləcək. Hanı bəs? Mənə dedi ki, Aliyə xanım, niyə bizdən istəyirsiz, Zakir Bağırovun (Keçmiş Mədəniyyət Naziri) vaxtında alardınız da.. Dedim ki, Zakir Bağırovun vaxtında belə şeylər yox idi! O çox yaxşı insan idi. Nəinki o, o vaxtkı nazirlər mənə çox dəyər verirdi..

- Keçən il seçkilərdə cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdünüz. Orada yaxınlaşıb probleminizi demək şansınız oldu?

- Bu görüş həqiqətən də bir tarix idi. Mən cənab prezidenti Azərbaycanın günəşi, xanımı Mehriban Əliyevanı isə Azərbaycanın baharı adlandırırdım. Çox sevindim ki, mən bu ailə ilə görüşə bildim. Prezidentimizin atası, ulu öndər Heydər Əliyev də mədəniyyət xadimlərinə, sənətkarlara çox dəyər verirdi. İndi də onun yolunu oğlu İlham Əliyev davam etdirir. Mən hər il ona səs vermişəm və yenə də verəcəm.Mehriban xanım səs verib gələndən sonra məni qucaqladı. Xanıma dedim ki, mən uşaq evində böyümüşəm və ağrılı günlər yaşamışam. Buna baxmayaraq 50 ildir çalışıram və nə “Xalq artisti” , nə də təqaüdə layiq görülmüşəm. Mehriban xanım mənə dedi ki, sənin fəxri adın və təqaüdünlə şəxsən özüm məşğul olacaqam. Qısa müddətdən sonra Heydər Əliyev fondundan Fidan adında bir xanım mənə zəng edib dedi ki, ərizə yazıb gətirin. Elə də etdim. Daha sonra Mehriban xanımın köməkçisi Anar Ələkbərov mənə zəng edib dedi ki, biz ərizənizə baxacağıq, narahat olmayın. Daha sonra pandemiya və müharibə başladı, unuduldum. Cənab prezident torpaqlarımızı bizə qaytarmaqla bir daha Azərbaycan xalqının yanında olduğunu, bizlərə qayğısını, diqqətini göstərdi. Biz ona hər zaman minnətdarıq və bu hər zaman belə olacaq. Ona görə də biz bu gün bu çətin vəziyyətdə cənab prezidentdən heç nə istəyə bilmərik. Amma bu birbaşa Mədəniyyət Nazirliyinin səlahiyətində olan bir iş, bir təqdimatdır. Yenə də ümidim Allahadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru