Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                     Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... .....                     "Gənc görünməyimi xaşa borcluyam" .....                     Serdar Ortaça 10 ay həbs cəzası verilib .....                     İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… .....                     Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib .....                     "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                 

"Xan sarayı bizim oyun meydançamızdı"
Tarix: 22-01-2021, 11:49 | Çap et
"Xan sarayı bizim oyun meydançamızdı"
72 filmə çəkilib, onların içinə televiziya tamaşaları da daxil olmaqla. Azərbaycan kino tarixinə, mədəniyyətinə bir Mustafa rolu ilə də düşə bilərdi. Mustafa müəllim demək kifayətdir ki, aktyor Hacı İsmayılovun Mustafa üçün Tanrı tərəfindən biçilmiş siması göz önündə canlansın.

“Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də, amma dünyaya gələndə bilmirdim müharibə gedir. Çətin, amma uşaqlığım olduğu üçün çox maraqlı illər idi. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.

Bizim İçəri Şəhərdə evimiz yox idi, şəxsi mülkdə kirayədə yaşayırdıq.

Atam əslən Dərbənddən olub, gəlib Masallıdan anamla evlənib, Bakını ortaq məxrəc seçib burda yaşayıblar.

Anam Masallıda tanınmış tayfanın qızıdır. Mən Mircavad Talışxanovun bacısı nəvəsiyəm. O vaxt həmin bölgənin qubernatoru olub. Anam tərəfin əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. Atam isə uzun müddət Xəzər Gəmiçiliyində çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq. Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himn qulaqlarımdadır.

Məktəbə gedirdim, bir əlimdə çanta, birində mürəkkəb şüşəsi. Uşaqlarla itələşəndə o şüşə tez-tez sınırdı, üst-başımız mürəkkəb olurdu. Çörəyin arasına yumurtanı yağda bişirib qoyurdular çantama. Məktəbdə fikrim qalırdı o çörəkarasında ki, tənəffüs olsaydı, onu yeyərdim.

Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yardırdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsi, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Cəfər Cabbarlının Aydını deyir e, elə yaşayım ki, küçədə məni barmaqla göstərsinlər. Mənim də istəyim elə idi. Tək bir dəfə təzə dama-dama köynək almışdılar mənə, yerə-göyə sığmırdım forsumdan.

Yaxşı müəllimlərimiz vardı. Uşaqları mədəniyyətə, ədəbiyyata, kimin qabiliyyəti haradırsa ora düzgün yönəldirdilər. Bir müəllimimiz vardı, Zərbəli Səmədov mənə də ilk dəfə o, dedi bala, sən artist ol. Özfəaliyyət dərnəyində çıxışımı görmüşdü ona görə. Mən də oldum. Məktəbdə dram dərnəyinin rəhbəri Tofiq İsmayılov idi, mən də yazılmışdım. İlk rolum da tənbəl Mahmud oldu, balaca bir səhnəcikdə. Yadımdadır səhnəyə ilk dəfə çıxanda mətnin əvvəlini yox birbaşa son sözünü dedim. Sonra ani olaraq özümü toplayıb təzədən əvvəldən dedim. Sonra fəxr edirdim ki, özümü itirmədim, səhvimi düzəltdim. O vaxt dərnəklər uşaqların yetişməsində çox böyük rol oynayırdı”.

“Boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi”

“O vaxt küçələr geniş, maşınlar da çox az. Bütün günü geniş küçə tapıb futbol oynayırdıq. Artıq yuxarı siniflərdə oxuyanda eyni vaxtda həm Lütfi Məmmədbəyovun dram dərnəyinə gedirdim, həm də futbolla məşğul olurdum. Yaxşı qapıçı idim, yəqin aktyor olmasam qapıçı olardım. Bir müddət belə davam elədi, sonra hiss etdim ki, incəsənətə meyl daha çoxdur, idman istəyimi üstələyir. Məktəbi bitirəndən sonra iki il teatr institutundan kəsildim. Birinci il boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi.

İkinci il miz üstündə ritmi tuta bilmədim, əlim əsdi.

Üçüncü il Rza Təhmasib məni qəbul elədi. O vaxt çox çətin idi o instituta girmək təsadüfən düşə bilməzdin, gərək xüsusi istedadın olsun.

Rza Təhmasib, Məlik Dadaşov, Rza Sarabski, Nəsir Sadıqzadə müəllimlərim olublar. Sonra bütün kursumuzu İrəvan Azərbaycan Dövlət Teatrını bərpa etmək üçün göndərdilər. İlk rollarım orda oldu. Teatrı elə sevirdim ki, sənət üçün özümü fəda etməyə hazır idim, pul qazanmaq barədə düşünmürdük, yalnız sənəti düşünürdük. Ata-anam yaşlı, mən də yeganə övlad olduğum üçün qayıtdım Bakıya.

Bir il institutda sənətdən dərs dedim, amma məni qane etmirdi, teatrda işləmək istəyirdim. Bu arada Sumqayıt teatrı açıldı, mən orda işləməyi seçdim. Yenə özümü yerimdə hiss etmədim, hərçənd baş rollar oynayırdım. Nəhayət 1970-ci ilə Milli Akademik Dram teatrının aktyor ştatına qəbul olundum. Burda nəhəng aktyorlarla birgə səhnəyə çıxıb nizə tutmağın özü bir fəxarət idi. Məsələn ilk rollarımdan biri “Hekayəti xırs quldurbasan” tamaşasında bircə sözü olan Kərəm olub. Bircə dəfə çıxıb səhnəyə “Qaçsa qaçar e” deyirdim vəssalam.

Daha çox səsimdən istifadə edirdi rejissorlar. Tofiq Kazımov “Hamlet” tamaşasını hazırladı Hamletin atasının səsini mən verirdim, özü də səhnənin altından. Əşrəf Quliyev, Məmmədkamal Kazımov, Mehdi Məmmədovun tamaşalarında oynayırdım. Baş rol almaq üçün kiçik rollarla özünü sübut etməli idin.

Teatrdan məşqdən çıxırdım qaçırdım kinostudiyaya məşqə, ordan çıxıb təzədən teatra axşam tamaşasına qayıdırdım. O vaxt hər axşam tamaşa olardı.

Dublyajdan tanıyıb rejissorlar kinoya dəvət edirdilər. Xırda rollarım çox olurdu. Kinoda ilk böyük rolum Rasim Ocaqovun “Ad günü” filmində Mustafa oldu. Rasim Ocaqov kinostudiyasının kafesində gördü məni, sınağa çağırdı, keçdim çəkdi. Ssenarini oxuyanda artıq rol o qədər ürəyimə, xarakterimə yaxın oldu ki, ruhən dönüb oldum Mustafa”.

“20-ci əsrin adamıyam, 21-ci əsrdən nə yaşasam şükür”

“Artıq evli idim o filmə çəkiləndə, oğlumun iki, qızımın bir yaşı vardı. Deyirlər qızın ayağı sayalı olar.

Yoldaşım ədəbiyyatçıdır, tələbə ikən burda teatrda dəftərxanada işləyirdi. Rastlaşdıq, dostlaşdıq, evləndik. Onun da həyat yolunu, işini, fəaliyyətini mən düzüb qoşmuşam.

“Ad günü”ndən sonra Rasim Ocaqovun beş filminə çəkildim. Axırıncı film də “Ad günü”nün ardı “Həm ticarət, həm ziyarət” oldu. Onun filmlərinə çəkilmək bir məktəb idi. Mənim aktyor taleyimi Rasim Ocaqov müəyyən etdi, “Ad günü” filmi ilə. İndiyə qədər məni şəkili bilirlər, adımı da küçədə Mustafa çağırırlar. İllər keçdi Mustafanın sonrakı taleyini oynadım. Ona qədərki zaman həm məni, həm də elə Mustafanı çox dəyişmişdi.

“Ad günü”ndə Mustafa kimi özüm də saf, təmiz idim. “Həm ticarət, həm ziyarət”ə dəvət olunanda qorxdum ki, o saf Mustafa ola bilməyəcəm. Yaxşı ki, elə ssenariyə görə də Mustafa o qədər də sadəlöv deyildi, yaxadan tutmağı da bacarırdı.

Kino çox möcüzəli aləmdir, kinoya çəkiləndə elə bil yeni nəfəs gəlir mənə. Material olsaydı, işləyərdik. Mənə elə gəlir əsil film kinostudiyada çəkilər. Hər halda kinoda da, teatrda da Hacı İsmayılov adı var, tarixin bir küncünə düşüb. Fəaliyyətimdən narazı deyiləm, gec olub, çətin olub, amma olub. Davam da edir, bitməyib. “Xanuma” tamaşasındakı rolum yeni bir mərhələ oldu mənə. Xalq artistiyəm, heç vaxt hansısa əsər mənim üçün qoyulsun deyə xahiş etməmişəm. Nə veriblər oynamışam, bəzən heç nədən nə isə çıxartmışam ortaya. Teatr gündəlik işimdir. Heç vaxt hansısa rolu oynamaq iddiasında olmamışam. Heyfsiləndiyim odur ki, “Həm ticarət, həm ziyarət”dən sonra kinoya çəkilməmişəm, illər gedir.

Həyatımda qalan heç nəyi dəyişməzdim. Tamaşaçının sevgisini qazanmaq hər kəsə nəsib olmur. İki nəvəm var - Ülkər, Azər, onlarla nəfəs alıram. Nəvə sevgisi başqadır. Dünyanın ən şirin barı nəvələrdir.

Həmyaşıdlarımdan seçildim, elə seçildim ki, indi mənimlə fəxr edirlər ki, Hacı bizimlə bir sinifdə oxuyub. Oxuduğum 190 nömrəli məktəbin kollektivi də fəxrlə deyirlər ki, Hacı bizim məktəbdə oxuyub. Deməli boşuna yaşamamışam. 60-a qədər yaşımı hiss etməmişəm. İndi yaş özünü göstərir. Hərdən onunla təsəlli tapıram ki, elə böyük aktyorlarımız olub ki, heç bu yaşa çatmayıblar. Şükür ki, bizə şərəf verib.

Mən 20-ci əsrdə yaşamışam, 21-ci əsrdən yaşadığım illər qənimətdir. 20-ci əsrdə nə gördümsə, gördüm 21 əsr bizim deyil, gənclərindir.

Sabah desələr ki, get təqaüdə, təsirlənməyə təsirlənərəm, amma bu həm də təbiidir, nəsillərin dəyişməsi gedir. Səhnədə yaş gözümə görünmür. Hələ ki, işləyirik, bizim teatrda bu problem yoxdur, hərənin öz rolu var.

Bəyəm, rəssama demək olar ki, sənin artıq 77 yaşın var daha rəsm çəkmə, yaxud bəstəkara yazma demək olar? Biz gənclərə nümunə olmalıyıq.

Vaxtı gələndə getməyi də bacararıq, amma vaxt tez keçdi. Heç olmasa bu ərəfədə kinoda, teatrda nə isə eliyək ki...”.

“33 pərdəli dram”
Ramilə Qurbanlı
//lent.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru