Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                 

DƏRSLİK RƏZALƏTİ SONA YAXINLAŞIR...
Tarix: 19-02-2013, 14:08 | Çap et
DƏRSLİK RƏZALƏTİ SONA YAXINLAŞIR...
Əlövsət Osmanlı: “Bu gün təhsilimizdə fövqəladə vəziyyət elan olunmalı və bu böhrandan çıxış üçün yollar aranmalıdır”

DİA.AZ: - Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün dərsliklərin monitorinqini yekunlaşdırıb. Monitorinq nəticəsində bəlli olub ki, dərsliklərimiz, indiyədək bəzi təhsil mütəxəssislərinin də söylədiyi kimi, biabırçı gündədir. Xatırladırıq ki, “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərslikləri haqqında TQDK-nın ekspert şurasının verdiyi son qərar həddən artıq sərt olub: “Bu dərsliklərin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və onlar yenidən hazırlanmalıdır”. Azərbaycan təhsilinin məzmunu ilə bağlı geniş və dərin tədqiqatları ilə hamımıza yaxşı tanış olan ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı yaranmış acınacaqlı situasiya ilə bağlı DİA.AZ-a eksklüziv müsahibə verib. Onu oxucuların diqqətinə çatdırırıq.

– Əlövsət müəllim, neçə illərdir ki, ibtidai sinif dərsliklərinin yararsız olduğu barədə həyəcan təbili çalırdınız, amma kimsə bunu eşitmirdi. TQDK-nın monitorinqinin ilkin nəticəsi onu göstərdi ki, siz haqlısınız. İndi hansı hissləri keçirirsiniz?
– Doğrusu, yaxşı hisslər keçirmirəm. İtirdiyimiz illərə, təhsillərinə haram qatılmış balalarımızın taleyinə görə çox heyifsilənirəm. Bir belə vaxtı itirib nəyinsə xatirinə yüz minlərlə şagirdin taleyi ilə oynamaqda, təfəkküründə qırıqlıq yaratmaqda, gələcəyini sual altına salmaqda məqsəd nə idi?! Görəsən, Təhsil Nazirliyində oturan bəzi üzdəniraq məmurlar tutduqları rəzil əməllərin nəticəsindən utanacaqlarmı? İndiyədək məni və digər həmkarlarımı qərəzçilikdə ittiham edənlər, haqqımızda hədyanlar yağdıranlar indi gedib papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər ki, onların hikkələri, mənəm-mənəmlikləri dövlətə və millətə nəyə başa gəlib! Hesab edirəm ki, həmin adamların bu yaramaz əməlləri millətin genofonduna böyük zərbədir. Faciəyə baxın, 1-ci sinif üçün bir “Riyaziyyat” və bir “Azərbaycan dili” dərsliyi var, onlar da urvatsız gündə, el dili ilə desək, “kasıbın bir atı var, o da ayqır”. İnandırım sizi, başqa bir dövlətdə belə bir hadisə baş versəydi, oranın təhsil naziri çoxdan istefa vermişdi.

– “Məmurlar” deyirsiniz, bu işdə ən böyük suçu olanlar kimlərdir?
– Bu adlar gizli deyil ki! Onlar haqqında az qala hər gün qəzetlərdə və saytlarda tənqidi yazılar dərc olunur. Bu rəzalətin “müəllifləri” ilk növbədə nazir Misir Mərdanov, dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadə, eləcə də həmin şuranın üzvləri və ekspertləridir. Amma onların əməllərini, sadəcə olaraq, “suç” sözü ilə ifadə etməyinizi qəbul edə bilmərəm. Fikrimcə, bu söz “xəyanət”, “cinayət”, “dövlətə və millətə qarşı düşmənçilik” ifadələri ilə əvəz olunsa, daha doğru olar. Əlbəttə, bu ifadələri ancaq ölkənin hüquq-mühafizə orqanları və məhkəmələri deyə bilərlər. Ona görə də gəlin gözləyək, yəqin ki, yaxın zamanlarda sular durulacaq...

– Daha kimləri günahkar hesab edirsiniz?
– Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovu və Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovu.

– Onların günahı nədir?
– Dərslik məsələsində Abdulla Mehrabovun hərəkəti, daha doğrusu, hərəkətsizliyi heç cür bağışlana bilməz. Çünki onun rəhbərlik etdiyi institut respublikamızda təhsilin məzmununun keşiyində duran əsas qurumdur. Bu mənada TPİ-ni Təhsil Nazirliyinin “beyin mərkəzi” də hesab etmək olar. Dərsliklərin urvatsız vəziyyətdə olduğunu məgər Abdulla Mehrabov görmürdü?! Nədən o, sinəsini qabağa verib demirdi: Ay qardaşlar, niyə təhsilimizin məzmununu eybəcərləşdirirsiniz, niyə onun kökünü qazıyırsınız, niyə yararsız dərsliklərlə fidan balalarımızın zehniyyətini korlayırsınız?! Halbuki bunları açıq və sərt şəkildə demək Mehrabovun vəzifə borcu idi. Ənvər Abbasovun günahı isə lap çoxdur. Bu acınacaqlı durumun yaranmasının əsas baiskarlarından biri də odur desəm, yəqin ki, yanılmaram. Çünki haqqında söhbət gedən yaramaz dərsliklər Ənvər Abbasov və uzun illərdir nazirlikdə lövbər salmış Aydın Əhmədovun kurikulum adı ilə millətə sırıdıqları sınıq-salxaq fənn standartları əsasında hazırlanıb. Standartların büyük bir hissəsi dərsliklərdə öz əksini tapmadığı halda, bu gün Ənvər Abbasov və onun bəzi əməkdaşları “təfsirçiliklə”, daha doğrusu, dərsliklərə “kurikuluma uyğunluq” donu geyindirməklə məşğuldurlar. Daha demirlər ki, ay balam, alayarımçıq kurikuluma “uyğun” dərsliklər başqa cür ola bilməz, belə də olmalıdır. Bu gün sizə deyirəm: Vaxt gələcək ki, Ənvər Abbasov və Aydın Əhmədovun “hay-küylü” kurikulumları da dərsliklər kimi təftiş olunacaq və onda görəcəyik ki, bu adamlar təhsilimizin başına hansı corabı hörüblər. Bu, çox da uzaqda deyil...

– Müəlliflərin adlarını çəkmədiniz, bu dərəcədə dəhşətli hadisəyə görə bəs onlar məsuliyyət daşımırlarmı?
– İndiyədək adını çəkdiyim şəxslər törətdikləri əmələ görə hüquqi məsuliyyət daşıyırlar. Təbii ki, burada müəlliflərin də böyük günah payı var. Amma onlar hüquqi yox, mənəvi məsuliyyət daşıyırlar. Başqa sözlə, bu adamlar ancaq və ancaq cəmiyyət tərəfindən qınaq taxtasına oturdulmaqla cəzalandırıla bilərlər. Bilirsinizmi, hər kəs “dərslik” adında nəsə yaza bilər. Hətta müsabiqəyə “dərslik” əvəzinə boş qovluq da təqdim edə bilər. Bu, onun hüququdur. Biabırçı nəsnənin “dərslik” adı ilə çapına icazə vermək isə böyük bir cinayətdir. Ona görə də hesab edirəm ki, bu məsələdə müəlliflərin üzərinə çox getməyin anlamı yoxdur...

– Əlövsət müəllim, deyə bilərsinizmi, dərsliklərlə bağlı bu hadisələr nə vaxt və nədən başlayıb?
– Bu hadisələrin tarixi Misir Mərdanovun təhsil naziri təyin olunduğu gündən başlayır. Ondan əvvəlki nazirlərdən hansı biri təhsilin məzmununa haram qatıb?! – Heç biri. Mərdanovdan sonra bu məsələ tamamilə qarışdı, çoxlu sayda dərslik dəllalları peyda oldu, elmdən və təhsildən uzaq bir çox insanlar dərslik müəlliflərinə çevrildilər. Hətta iş o həddə çatdı ki, Mərdanovun özü “dərsliklər kralı olmaq” sevdasına düşdü. Bu adamın hərisliyini bilən bəzi naşirlər və yazarlar hərəkətə gəldilər, öz işlərini irəli itələmək üçün onun adını dərsliklərə birinci müəllif kimi yazdılar. Mərdanovsa “əl əli yuyar, əl də üzü” prinsipilə bunun müqabilində onların “dərsliklərinə” yaşıl işıq yandırdı və özünü elə apardı ki, sanki bu, onun halal haqqıdır. Düşünmədi ki, bununla o, ölkəmizdə dərslik yazmaq ənənəsi yaratmaq əvəzinə, olan-qalanı da vurub dağıdır. Bu minvalla nazirimiz bütün sınırları aşaraq mizan-tərəzini pozdu, haqq-ədaləti gözləmədi, bütün ölçü-biçiləri itirdi. Hətta iş o dərəcəyə çatdı ki, o, “müəllifi” olduğu dərsliklərin adlarını və sayını unutdu...

– Bəlkə fikrinizə bir az aydınlıq gətirəsiniz...
– Hamıya bəllidir ki, Mərdanov 3 sinfin – 1-ci, 5-ci və 6-cı siniflərin informatika dərsliklərinin müəllifi olub. Di gəl o, İTV-nin “Açıq dərs” proqramındakı məlum debat zamanı millətin gözü qarşısında israrla dedi: “Mən heç bir informatika dərsliyinin müəllifi deyiləm və heç zaman olmamışam”. Sözümə inanmırsınızsa, zəhmət çəkib internetdə yerləşdirilmiş videoçarxa baxın. Orada hər şeyi canlı görə və Mərdanovun öz dilindən eşidə bilərsiniz. (YouTube: Misir Mərdanov və Əlövsət Osmanlının çəkişməsi). Bu gün nə az, nə çox, düz 14 dərsliyin üzərində Misir Mərdanovun adı gedir. Yəqin ki, bu, dünya rekordudur. Şəxsən mən inana bilmərəm ki, kimsə bu qədər dərsliyin (!) müəllifi olsun. Ola bilməz, dünyada ikinci təhsil naziri tapılsın ki, 14 demirəm, bircə dərsliyin müəllifi olsun?! Təbii ki, burada söhbət nazir olarkən dərslik yazmaq mərəzindən gedir.
Misir Mərdanov 2007-ci ildə nazirliyin tabeçiliyində DQŞ deyilən qondarma bir qurum yaratdı və cəmiyyət arasında belə fikir formalaşdırmağa çalışdı ki, guya bu qurum müstəqildir və ən yaxşı dərslikləri seçəcək. Sən demə, “DQŞ” oyununun arxasında bəzi bədəməllərin şəxsi maraqları dayanırmış. Bu gün dərsliklərin “seçimi” 11 üzvdən ibarət yedək qurum – DQŞ vasitəsilə həyata keçirilir. Xatırladıram ki, DQŞ-də “mən sənə, sən mənə” prinsipilə çalışan bu insanların bir çoxu dərslik müəllifidir...
Görün, Mərdanovdan sonra müəlliflər siyahısına daha kimlər daxil oldu: nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, onun övladı Könül Faiq qızı Mahmudova, təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov və b. Bugünkü dərslik müəlliflərimiz təhsil naziri, DQŞ üzvləri, nazirliyin şöbə müdirləri, onların dost-tanışları, qohum-əqrəbaları və övladlarıdır. İndi gəlin, düşünək: Bu müəllif heyətilə dərslik sahəsində yaxşı nəyəsə nail olmaq mümkündürmü?!

– Qayıdaq “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərsliklərinə. TQDK-nın ekspert şurasının çıxardığı “Bu dərsliklərin istifadəsi məqsədəuyğun hesab edilmir” qərarı nə anlam daşıyır? Prosedur bundan sonra necə aparılacaq?
– Bu haqda dəqiq bir söz deyə bilmərəm. Yəqin ki, son qərarı yuxarı instansiyalar verəcək. Hər halda, onu da nəzərə almaq lazımdır ki, TQDK hansısa bir ictimai qurum yox, nüfuzlu dövlət orqanıdır və o, ölkə rəhbərinin tapşırığı ilə monitorinqlərə başlayıb.
Dərslik sahəsində düşdüyümüz acınacaqlı durumun bircə adı var: təhsildə böhran. Hesab edirəm ki, bu gün təhsilimizdə fövqəladə vəziyyət elan olunmalı və bu böhrandan çıxış üçün yollar aranmalıdır. Yoxsa, sabah vəziyyət daha da pis olacaq...

– Necə fikirləşirsiniz: TQDK-nın monitorinqi ilə Təhsil Nazirliyinin qiymətləndirməsi arasında, doğurdanmı, bu qədər diametral tərslik var?
– Neçə illərdir açıq şəkildə söyləyir və yazıram ki, Təhsil Nazirliyində dərsliklər qiymətləndirilmir, sadəcə olaraq, qiymətləndirmə görsənişi yaradılır. Əgər doğrudan da qiymətləndirmə aparılırdısa, onda bir ildə dörd-beş dərslikdə Azərbaycanın Dövlət Bayrağının baş-ayaq, təhqiramiz şəkildə çapını niyə görən olmayıb?! Görüb tədbir qılmayıblarsa, onda cinayət törədiblər.

– Əlövsət müəllim, digər dərsliklər necədir? TQDK-nın ekspert şurasının onlarla bağlı çıxardığı qərarlarla razısınızmı?
– Doğrusu, onlar haqqında o qədər də məlumatlı deyiləm. Digər dərsliklər və onlarla bağlı rəy və qərarlarla tanış olduqdan sonra bu haqda söz deyə bilərəm...

– Son olaraq nazirliyin şöbə müdiri Faiq Şahbazlının “bu dərsliklərlə bağlı TQDK-nın qərarı qərəzlidir”fikrinə də münasibət bildirərdiniz...
– Şahbazlı heç bir mənəvi diskomfort keçirmədən bu sözləri deyibsə, hesab edirəm ki, onun ciddi müayinəyə ehtiyacı var. Əgər bir adamda xəcalət hissi yoxdursa, ondan nə desən gözləmək olar. Mənə görə, bu gün Faiq Şahbazlının yeri Təhsil Nazirliyi deyil, tamam başqa yerdir. Yəqin ki, həmin yeri yaxın zamanlarda ona göstərəcəklər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru