“Prezidentin fərmanı mənə niyə şamil olunmur?” - GİLEY
Tarix: 1-05-2020, 09:15 | Çap et
Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Dadaş Bayramov Prezidentin fərmanının ona şamil olunmamasından gileylənir. Söhbət dövlət başçısının ötən il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmandan gedir. Sözügedən fərmanda xarici valyutada kredit borcu olan vətəndaşların ardıcıl iki devalvasiya nəticəsində üzləşdiyi vəsait itkisinin dövlətin hesabına ödənilməsindən gedirdi.
DİA.AZ xəbər verir ki, riyaziyyat müəllimi olan 62 yaşlı Dadaş Bayramov danışır ki, 2014-cü ilin noyabrında 6000 manat kredit götürmək üçün “Dəmirbank”ın Masallı filialına üz tutub: “Dedilər ki, bizdə kredit dollarla verilir. O vaxt da dollar 78 qəpiyə idi. Dedim ki, yox, mənə manatla lazımdır. Dedilər ki, sadəcə, müqavilə dollarla bağlanacaq, amma kassadan manatla götürəcəm. O vaxtın kursuyla hesabladılar, 7600 dollarlıq müqavilə bağladılar. Amma dedikləri kimi, kassadan pulu mənə manatla verdilər”.
D.Bayramov deyir ki, aylıq ödəniş cədvəldə dollarla göstərilsə də, həmin məbləği məzənnəyə uyğun manatla ödəyib. Bu da o zaman aylıq 255 manat edirmiş: “Krediti götürəndən az sonra birinci devalvasiya oldu. Amma yenə 255 manat ödəyirdim. İkinci devalvasiyadan sonra yenə aylıq 255 manat ödəməkdə davam elədim. İkinci devalvasiyadan bir qədər sonra bankın əməkdaşları mənə təklif elədilər ki, kredit borcunu dollardan manata çevirsinlər”.
D.Bayramovun sözlərinə görə, 2016-cı ilin yanvarında “Dəmirbank”da onunla yeni müqavilə bağlayıblar. Əvvəlki müqavilədəki dollarla olan məbləği manata çeviriblər. Amma 1 dolları 1 manat 55 qəpikdən hesablamaqla. Yeni müqavilədən sonra aylıq ödəniş 208 manat müəyyənləşdirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarıyla “Dəmirbank”ın lisenziyası ləğv edilib. Amma D.Bayramov deyir ki, o, krediti ödəməkdə davam edib. Ötən ilin fevralında Prezidentin sözügedən fərmanı imzalananda ona da şamil olunacağını düşünüb. Lakin ona deyilib ki, sonradan müqaviləsi dəyişdiyinə görə, o, bu fərmandan yararlana bilməyəcək. Amma D.Bayramov bununla razılaşmır:
“Hətta sonra müqavilə dəyişsə belə, yenə də məbləğ dolların iki devalvasiya nəticəsində gəlib çıxdığı qiymətə uyğun götürülüb. Birmənalı şəkildə mən də bu devalvasiyadan ziyana düşmüşəm. Dəfələrlə müraciət eləsəm də, mənə indiyədək nə qədər pul ödəməyim barədə rəsmi sənədi vermirlər. Amma məndə qəbzlər qalıb. 8000 manatdan çox pul ödəmişəm. Təsəvvür edin, 6000 manat götürmüşəm, 8000 manatdan çox ödəmişəm, Əmanətlərin Sığortalanması Fondundan deyirlər ki, hələ 6200 manat da borc qalıb. Bu, necə olur? Bununla belə, Prezidentin də fərmanını mənə şamil eləmirlər. Halbuki, Prezidentin özü də yazır ki, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə bu fərmanı imzalayır. Fərmanda bu cümlə də var. Mən də itkiyə məruz qalmışam”.
D.Bayramov ötən ildən etibarən krediti ödəmir. Amma ödəniş üçün vaxtaşırı ona zəng edirlər.
Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fondu, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatasına qədər müxtəlif dövlət orqanlarına şikayət edib. Amma hələ ki, istədiyi nəticəyə nail olmayıb. İstədiyi isə Prezidentin fərmanının ona da şamil edilməsidir.
Bir müddət əvvəl D.Bayramova Maliyyə Bazarlarına Nəzarət Palatasından Apelyasiya Komissiyasının sədri Orxan Bayramovun imzasıyla məktub gəlib. Məktubun məzmunu belədir: “Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasında baxılıb. Cavab olaraq bildirilir ki, “Fikizi şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” qaydasına əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Dünən, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Dünən, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Dünən, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Dünən, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Dünən, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Dünən, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Dünən, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Dünən, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Dünən, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Dünən, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Dünən, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Dünən, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Dünən, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Dünən, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Dünən, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Dünən, 08:41 |
|
|
|
|