Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                 

"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..." - Ağsuda NARAZILIQ...
Tarix: 28-08-2020, 09:54 | Çap et
"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."
Prezident İlham Əliyev bu il avqustun 20-də “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2020-ci il dövlət büdcəsindən Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb.

Bundan öncə də qəzalı evlərin təmiri ilə bağlı dövlət büdcəsindən 7 milyon manat pul ayrılmışdı. Hazırda təmir və tikinti işlərinin aparıldığı Ağsu rayonundan bəzi sakinlər narazılıq edir. DİA.AZ bildirir ki, bir neçə sakinin dediyinə görə, hələ ötən ilin əvvəlində baş verən təbii fəlakətdən sonra evlərinə dəyən ziyanla bağlı aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Ağsu şəhəri, Babək küçəsi 7 ünvanında yaşayan Qarabağ əlili Elşən Nağıyev Abdulla oğlu söyləyir ki, zəlzələdən sonra Ağsu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahına müraciət edib. Müraciətindən sonra evinə baxış keçirilib və təmir yazılıb. Şikayətçi isə təmirlə razılaşmayıb. Üzərindən uzun müddət keçəndən sonra podratçı şirkətin əməkdaşları Elşən Nağıyevin evində təmir işlərinə başlayıblar. Lakin sonradan işi yarımçıq qoyaraq gediblər: “Hərbi xidmətim Qarabağ bölgəsində keçib. İki dəfə yaralanmışam. Bir dəfə güllə, bir dəfə isə qəlpə yarası almışam. Əlillik dərəcəsi ala bilməmişəm. Müharibədə iştirak edənlə, yaralanan adam arasında fərq qoymurlar. Səksən manat pulla ailə dolandırıram. Bunları bir kənara qoyaq. Bəs yaxşı, prezident pul ayırıb ki, evi başına uçanların evini tikin. Bunu niyə etmirsiniz? Özümün şəxsi evim yoxdur. Anamla bir evdə qalıram. Fövqəladə Hallar Nazirliyi zəlzələdən ziyan görmüş evlərə baxış keçirən zaman evə təmir yazdılar. Amma bu ev təmirə yararlı deyil. Altmış ildən qalan kərpic evə nə təmir? Dəfələrlə baxış keçirilib. Sonra gəldilər ki, bəs təmir edəcəyik. Bir neçə kisə sement, bir-iki qutu emulsiya gətirmişdilər. Divarlara bayır hissədən tor qoyub, suvaq çəkdilər. Heç üzərindən beş gün keçməmiş divarlar yenə partladı. Sonra da işi yarımçıq qoyub getdilər. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin qəbulunda oldum. Dedi ki, ev işinə mən baxmıram. İcra başçısının birinci müavini Füzuli Kərimlinin qəbulunda oldum. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Ağsuya gələndə onun qəbulunda oldum. O, mənim sənədlərimə baxdı, dedi ki, biz sənə borcluyuq. Sənin evin, yaşayışın yaxşı olmalıdır. Ancaq bu da heç bir nəticə vermədi. Prezident Adminstrasiyasına getdim, Zeynal Nağdalıyevin qəbuluna düşmək istəyirdim. Özünü görməsəm də, məni qəbul etdilər. Sənədlərimə baxdılar, bu da bir nəticə vermədi. Bu, nə işdir, nə məsələdir? Niyə Qarabağda can qoyan oğulların evləri düzəlmir? Biz axı torpağımız yolunda can qoymuşuq”.

Ağsu şəhəri, Söhbət Quliyev küçəsi 5, ev 10 ünvanında yaşayan Dilarə Nemətova zəlzələdən sonra fərdi yaşayış mənzillərinin bərpası üçün aidiyyətli qurumlara müraciət edib. Evinə baxış keçirilib, təmir-bərpa yazılıb. Şikayətçi deyir ki iki ilə yaxındır, evlərini təmir edən yoxdur: “Bir neçə gün öncə Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanovla danışmışıq. Dedi ki, sizin evin faktiki tikintisinin hesablanması aparılır. On beş gündən sonra işə başlayacağıq. Açığı, mən bu sözlərə inanmıram. Çünki hələ iki ay öncə bu adam bizə eyni vədləri vermişdi. Hələ də gözləyirik. Zəlzələdən sonra evimiz qəzalı vəziyyətdə düşdüyü üçün, oğlum, gəlinim, azyaşlı nəvəm və həyat yoldaşımla Bakıya köçüb, kirayə ev tutduq. Həyat yoldaşımla oğlum kafe icarə götürüb işlədirdilər. Pandemiya dövründə kafelər bağlandı. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Kirayə pulunu verə bilmirik. Dövlətdən yalnız bir dəfə - aprel ayı üçün birdəfəlik 190 manat ödəmə almışıq. Bu neçə ayda həmin pulla necə dolanmaq olar? Artıq bir ildən çoxdur ki, Ağsu Rayon İcra Hakimiyyətində oturan məsul şəxslər başımıza oyun açır. Bizim evi tikmir ki, yığışıb içində yaşayaq. Ölkə başçısı dəfələrlə pul ayırıb ki, qəzalı evlər tikilsin, amma nədənsə kasıbların deyil, varlıların evi tikilir. Bizə hər dəfə müxtəlif bəhanələr gətirirlər. Əvvəllər deyirdilər ki, adınız sistemdə yoxdur. Sonra dedilər ki, adınız sistemdə var, bir aya smeta dəyəri müəyyən olunsun, tikintiyə başlayacağıq. Sonra karantini bəhanə gətirdilər. İndi də deyirlər ki, 15 gün gözləyin. Başımızın altına yastıq qoyub bizi aldatmaq istəyirlər. Ölkə başçısına səslənirəm, bu özbaşınalığı görsün və vəziyyətə əncam çəksin. Ev siyahısında 197-ci adamıq. Nə oldu, bu iki ildı bizə növbə gəlib çatmadı?”

Ağsu rayonu, Gürsulu kənd sakini Samir Mirzəxanov Osman oğlu isə deyir ki, zəlzələdən 15 gün sonra Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının nümayəndədlərinə durumla bağlı məlumat verib. Dediyinə görə, ona qeydiyyat aparıldığını deyiblər. Lakin sonradan öyrənib ki, onun evi siyahıya alınmayıb: “Bir ildən çoxdur ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Zəlzələ vaxtı müraciət etməyimə baxmayaraq, siyahıya alınmamışam. Prezidentə kimi məktub yazdım, amma heç bir yerdən xəbər-ətər çıxmadı. Sistemə adımı qeyd etməyiblər. Hər dəfə aldadıblar ki, get yaxşı olacaq. Qarşıdan soyuq qış gəlir. Yeni icra başçısı təyin olunandan sonra karantini bəhanə edib qəbula buraxmırlar. İki gündür yağış yağır, suyun hamısı evin içərisindədir. Yazdığım şikayət məktubları da Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilir və cavab da gəlmir. Ev hər an uça bilər. Özümdən daha çox iki azyaşlı uşağıma və birinci qrup əlil atama görə narahatam. Məktub yazıb, müraciət etmədiyim yer qalmayıb. Məndən sonra müraciət edən adamlara quru torpaq üzərində ev tikiblər. Artıq əlim hər yerdən üzülüb. Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik”.

"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."
"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."
"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru