Sahibkarların qəsdinə durub... - İTTİHAM
Tarix: 23-09-2020, 09:29 | Çap et
Elxan Usubov Şəkiyə İH başçısı təyin olunan kimi 4 sənaye müəssisəsini sökülməsinə qərar verdi: guya ki həmin müəssisələrin yeri İH binasının tikilməsi üçün ən münasib yer imiş?! Daha sonra ipəkçilik və toxuculuq sənayesini məhvinə nail oldu. Kərpic zavodu dayandı, şərab zavodu işləmədi, ət kombinatının, konserv zavodunun qapıları açılmadı. Sənayenin ağır vəziyyəti Elxan Usubovu əsla maraqlandırmır, ona elə gəlir ki, istismara tam yararlı olan bu müəssisələrin dayanmasına görə o, cavabdeh deyil?! İH başçısının vəzifəsi ayda bir dəfə gəlib, 937 manat maaşını və “dolya”sını alıb getməkdir, vəssalam.
Şantaj və həbs edilmə qorxusu altında təzyiqlər
Şəkidə sahibkarlar incidilir.
Məsələn son olaraq icra başçısının rayonda 4 sahibkara təzyiq edərək onların yüz hektarlarla torpağını ələ keçirməsini göstərə bilərik.
Qurban Soltanov adlı sahibkarı aldadıb ki, 60 hektar ərazini boşalt, ora Prezident Administrasiyasından bəs filankəsin gözü düşüb. Sahibkar qorxur, torpağı verir və sonradan məlum olur ki, həmin yeri başçı “Azəraqro” şirkətinə verib.
Soltanov aldadıldığını anlayır, hara şikayət etsə də kimsə dinləmir. Üstəlik başçı onu həbs etməklə hədələyir.
Digər şikayətçi Hənəfi Məcidov- da deyir ki, Elxan Usubov onu yanına çağıraraq bildirib ki, Prezidentin tapşırığı ilə ona məxsus ərazidə Aqropark salınmalıdır. Sahibkar bununla razılaşır. Amma sonra aydın olur ki, bu ərazidə başqa şirkətə verilib və hazırda bu ərazidə icra başçısının özü təsərüfat yaradıb. Buna narazılığını bildirən Hənəfi Məcidov da həbs olunmaqla qorxudulub və şikayətləri qəbul olunmayıb. İcra başçısı daha sonra “Tərəqqi” ordenli sahibkar Mənəfov Novruzu da quru yerdə qoyur. Elxan Usubov sahibkara bildirir ki, ərazidə Aqropark salınmalıdır. Buna görə torpağı təhvil verməlisən. Sahibkar isə bunun Prezidentin tapşırığı olduğunu düşünərək bununla razılaşır. 49 illik müqaviləsinin olmasına, əkin ərazisinə küllü miqdarda pul qoymasına rəğmən. Amma bir müddətdən sonra görürkü aldadılıb. Buna görə dəfələrlə icra başçısına şikayət etsə də xeyri olmur. Elxan Usubov sahibkarı sabiq baş prokurorun müavini Rüstəm Usubovun adından hədələyir və həbsə atdıracağını bildirir. Sahibkar deyir ki, bu günə qədər qorxusundan məsələni gündəmə gətirə bilməyib. Digər bir sahibkar -Aydın Heydərov iddia edir ki, təsərrüfatının qışlaq ərazisi Şəki rayonunda yerləşir. Ona verilmiş müqavilənin müddəti isə 2022-ci ildə başa çatacaq. Buna baxmayaraq Heydərova təhkim olunmuş ərazinin 140 hektarının əkinə yararlı sahəsi 2018-ci ildən “Azərarqo” şirkətinə verilib. Ancaq həmən ərazinin icarə haqqını yenə Aydın Heydərov ödəyir. Həmən əraziyə eyni zamanda başqa şirkətin adına çıxarış verilib. Qanunsuzluğun hansı səviyyədə olduğunu duyursunuz?
Sahibkarların səsini lazımi dairələrə çatdırandan sonra Şəki rəhbərliyində “canlanma” yaranıb. Şikayətlərin dərcindən sonra Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanov, icra başçısı və Zeynal Əliyev sahibkarları qəbul ediblər. Uzun danışıqlardan sonra onlara bildirilib ki, zəbt etdikləri torpaqların cüzi bir qismini onlara qaytara bilərlər. Sahibkarlar isə öz halal haqlarını tələb edərək sona qədər mübarizə aparacaqlarını söyləyiblər.
Qeyd edək ki, illər öncə Elxan Usubov bu torpaqları dövlət tələblərini təmin etmək adı ilə almışdı və qeyd olunurdu ki, torpaqlar “Azərtoxum”un balansına verilir. Ancaq sonra aydın oldu ki, ərazi icra başçısının, “Azərtoxum’un rəhbəri Zeynal Əliyevin və daha bir neçə nəfərin arasında bölünüb. Bax əsas məsələ də Zeynal Əliyevlə bağlıdır. Ən azı ona görə ki, Zeynal Əliyev ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qudasıdır. Və bu torpaqlar ələ keçirilən zaman Rövnəq Abdullayevin adından da istifadə olunub. Bundan Rövnəq Abdullayevin xəbərinin olub-olmamasını isə deyə bilmərik. Amma məsələ burasındadır ki, icra başçısı və Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanov bütün bu maxenasiyaları onların adından ediblər. Hətta “Azərtoxum” təşkilatının icraçı direktoru Məzahir Qasımov daha uzağa gedərək İlkin Süleymanovun sahibkarlara söylədiyi yalana doğruluq donunu geyindirmək üçün yeni “yol xəritəsimi də sahibkarlara söyləyib. Onun deməsinə görə Rövnəq Abdullayevin qudasının Şəki “əmə liyyatı” başlanan zaman başqa bir dövlət məmurununda adı hallanmağa başlayıb. Bu şəxs isə ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlov olub. Deyilənə görə Bədəl Bədəlov icra başçısı Elxan Usubovla Zeynal Əliyevin arzularını həyata keçirtmək üçün hərəkətə keçib. O, PA-da yüksək vəzifədə çalışan tanınmış bir məmura xahiş edir ki, bu torpaqların Zeynal Əliyevə verilməsi üçün Elxan Usubova tapşırıq versin. Güya Bakıdan belə tapşırıq gəlir və bundan sonra icra başçısı sahibkarlara yalan söyləməklə torpaqların bir hissəsini Zeynal Əliyevə verir, yerdə qalanlarından isə özü istifadə edir. Amma başqa fikirlərdə səslənməkdədir. Bildirilir ki, bu torpaqları hələ öncədən də Elxan Usubov ələ keçirtmək istəyibmiş. Buna görə Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi ilkin Süleymanovu yanına çağıraraq torpaqları hansı yolla ələ etməyin mümkünlüyünü soruşur. Qısa araşdırmadan sonra İlkin Süleymanov icra başçısına “ağıllı” məsləhət verir. O, hesab edir ki, Rövnəq Abdullayevin qudası Zeynal Əliyevin Şəkidə fermer təsərrüfatı yaratmaq istəyindən yararlanmaq olar. Ən azı ona görə ki, Zeynal Əliyevin adı olan yerdə Rövnəq Abdullayevin, onun yaxın çevrəsinin və PA-nin məsul şəxslərinin adından yararlanmaq olar. Beləcə qısa müddətdə Rövnəq Abdullayevin, Bədəl Bədəlovun və PA-nin rəsmisinin adından istifadə olunub. Erotik müğənniyə peşkəş edilən torpaq və başçının əmlakı haqda Sahibkarların torpağını çığırda –çığırda alan icra başçısı şou-biznes tayfasına torpağı müftə verməkdək çəkinmir. Xatırlayırsınızsa 2018-ci ildə Şəki şəhər İcra HakimiŞəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcəyi haqda xəbər yayıldı.Bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirmişdi.
Müğənni icra başçısının ona söz verdiyini qeyd etmişdi: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.
Xəbər geniş yayıldı və ictimaiyyətdə narazılıq doğurdu.Şəki İH adından tezbazar təkzib verildi, sonradan olay unuduldu.
Bax belə, torpağı yadlara peşkəş edib, yerlilərdən zorla alan icra başçısıdır Elxan Usubov.
Bu arada başçının əmlakının siyahısı da dərc olunmuşdu.
Həmin siyahının az hissəsini təqdim edirik:
Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil
Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi
Şəkidəki süd zavodu
Şəkidəki “Sünbül” çörəkbişirmə sexi
Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” hoteli
Şəkinin Kiş kəndindəki “Narınqala” hoteli
Şəkinin Kiş kəndində “Şam bağı” hoteli
Kiş kəndində “Cənnət bağı” hoteli
Dağüstü park deyilən yerdəki “Panorama” hoteli
Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
Ağstafada bir malikanə
Gürcüstanda böyük fındıq zavodu
”CHEMİCO CO LTD” MMC şirkəti
”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı) //aktualxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
|