Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                 

İlham Əliyevdən Paşinyana daha bir nokaut - GƏLİŞMƏ
Tarix: 30-09-2020, 12:16 | Çap et
İlham Əliyevdən Paşinyana daha bir nokaut
Artıq dördüncü gündür ki, Ermənistanın Azərbaycana qarşı aramsız təxribatlarının nəticəsi olaraq iki ölkə arasında sonuncu dəfə 1990-cı illərin əvvəllərində olduğu miqyasda şiddətli döyüşlər gedir. O zaman olduğu kimi hazırda da, erməni tərəfi Azərbaycana qarşı bütün mümkün vasitələrdən istifadə edərək dezinformasiyalar yayır, dünyanı Bakıya qarşı qaldırmağa sövq etmək istəyir. Lakin bu dəfə məqsədlərinə istədikləri qədər nail ola bilmirlər. Əməliyyat bölgələrində çox dəqiqliklə və ustalıqla düşməni darmadağın etməkdə davam edən Azərbaycan əsgəri ermənilərin “fake” xəbərlərin ümidinə qalmasına da demək olar ki, şans vermir.

Tərəflər arasında informasiya müharibəsinin getdiyi bir dövrdə dünyanın az qala bütün KİV və media resursları regiondan ən son xəbərləri verməkdə davam edir. Beynəlxalq aləmin maksimum diqqətinin bu müharibədə olması, həm də hazırda dünyada ən ağır döyüşlərin getdiyi tək bölgənin məhz Cənubi Qafqaz olması ilə də bağlıdır.

Dağlıq Qarabağ yaxınlığında, işğalda olan ətraf rayonların ərazisində müharibənin başlamasının ilk günündən Azərbaycan ordusunun ermənilərdən üstünlüyü, dünəndən başlayaraq İrəvanı “fake” xəbərlər yaymağa vadar edir. “Qarabağ Ermənistandır” deyən, Şuşada yallı oynayıb andiçmə mərasimlərində iştirak edən, işğal altındakı torpaqlarda məskunlaşma aparan və oraya terror qruplar yerləşdirən, danışıqlarda əldə olunmuş razılıqları alt-üst edən və dünənə qədər ağzından pafos tökülən siyasi demaqoq Nikol Paşinyan bir neçə gündür, az qala dizləri üstə çökərək dünya liderlərindən imdad diləməkdədir. Çünki o yaxşı bilir ki, məhz onun 2018-ci ildən sonra apardığı siyasət nəticəsində regionda müharibə başlayıb, sabah erməni cəmiyyəti torpaq və insan itkisini ona bağışlamayacaq.

Çıxılmaz duruma düşən Ermənistan mediası və hökuməti artıq bir neçə gündür ki, Cənubi Qafqazda baş verənlərdə Türkiyəni ittiham etməklə Rusiya və KTMT-ni İrəvanın yanında yer almağa sövq etmək istəyir.

Lakin düşmənin bu istiqamətdə cəhdləri də uğursuzluqla nəticələnir, Paşinyan isə ən böyük zərbə Azərbaycan Prezidenti İlham Əliyevdən alır. Sentyabrın 29-da Rusiyanın “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm fikirləri ilə növbəti dəfə özünü biabır etdi. Nikol Paşinyan heç bir faktsız iddia etdi ki, guya Türkiyə Suriyadakı Türkiyəpərəst silahlı birləşmələrə öz ərazisində təlim keçirib Azərbaycana göndərməkdədir. Eyni zamanda, Nikol Paşinyan iddia etdi ki, guya dünən Türkiyənin Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi Gəncə üzərindən qalxaraq Ermənistanın Su-25 təyyarəsini vurub, nəticədə bir pilot həlak olub. Yeri gəlmişkən, son 24 saat ərzində Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin bir neçə dəfə Daşkəsən istiqamətindən açılan atəş nəticəsində Ermənistanın Vardenis rayonuna zərbələrin endirilməsi, sərnişin avtobusunun yandırılması kimi absurd ittihamları Ermənistan rəhbərliyinin düşdüyü aciz durumun bariz nümunəsidir. Təbii ki, məqsəd bəllidir - Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin müharibədə iştirakını yalandan qabardaraq digər ölkələri, xüsusən də Rusiyanı münaqişəyə cəlb etmək, Türkiyənin və Azərbaycanın Ermənistan ərazisini hədəfə almasını bildirərək KTMT ilə NATO-nun toqquşmasına nail olmaq. Bütün bu yalan dolu xəbərlər artıq bir neçə gündür ki, dünyanın ayrı-ayrı ölkələrinin media resurslarında tirajlanmaqda davam etməkdədir. Lakin dünən Prezident İlham Əliyev çox tutarlı və sərrast cavablarla və arqumentlərlə “Rossiya 1”-in “60 dəqiqə” proqramında Nikol Paşinyanın bütün yalanlarını ifşa edərək, onun Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etməklə məqsədlərinin nə olduğunu ifşa etdi. Jurnalistin sualına cavab verən İlham Əliyev dedi: “Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac da yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin. Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu əslində məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.

Aparıcının F-16 qırıcısının Ermənistana məxsus Su-25 təyyarəsini vurduğuna dair sualına cavab verən Prezident “Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur” bildirdi.

Gün ərzində hər iki çıxışı müqayisə edən rusiyalı ekspertlər Prezident İlham Əliyevin yüksək hazırlıqlı olduğunu, onun MQİMO məktəbini bitirməsini xüsusilə vurğulayaraq dövlət başçımızın çıxışını yüksək qiymətləndiriblər. Nikol Paşinyanın isə rabitəsiz və heç bir əsası olmayan ittiham dolu çıxışı o qədər zəif təsir bağışladı ki, hətta rusiyalı ermənipərəst ekspertlər belə onun Azərbaycan Prezidenti qarşısında sönük görünməsini, “darmadağın” olmasını qeyd etdilər. Bu, Azərbaycan Prezidentinin yüksək peşəkarlığı və qətiyyətli çıxışı ilə bağlı idi. Paşinyan növbəti dəfə Azərbaycan prezidentinə məğlub olaraq aciz duruma düşdü - ordusu cəbhədə uduzduğu kimi.

Lakin bu debatda, sadəcə, Ermənistanın baş naziri ifşa olmadı, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub oldu.

Məsələn, həmin verilişdə iştirak edən rusiyalı hərbi ekspert İqor Korotçenko elə efirdə “Əliyev Paşinyanı darmadağın etdi” dedi. Ermənipərəstliyi ilə seçilən Dmitri Solovyov da gecə saatlarında efirə gedən verilişində İlham Əliyevin çıxışını yüksək qiymətləndirərək, MQİMO məktəbinin öz sözünü dediyini qeyd etdi.

Təbii ki, Rusiyanın bölgədə baş verənləri diqqətdə saxladığı, ələlxüsus münaqişənin açarlarından birinin bu ölkədə olması heç kimə sirr deyil. Təhlükəsizlik Şurasının beş üzvündən biri və Minsk qrupu həmsədrlərindən olan Rusiya indi Ermənistanın ən çox ümid bəslədiyi beynəlxalq subyektdir. Əslində, müstəqillik dövründəki Ermənistanı daim pafos və müəyyən eyforiya altında saxlayan da Rusiya və Ermənistan arasında hərbi-siyasi müttəfiqlik olub. Lakin bu dəfə vəziyyət başqadır. Kremldə çox yaxşı anlayırlar ki, hazırda Azərbaycan ordusu hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında aparır. Söhbət o torpaqlardan gedir ki, onların işğaldan azad olunmasının lehinə Rusiyanın özü də 1993-cü ildə bir neçə dəfə BMT Təhlükəsizlik Şurasında səs verib. Digər tərəfdən, Moskvada çox gözəl anlayırlar ki, indi 2016-cı ilin aprel döyüşlərindən fərqli mənzərədir. Əgər Azərbaycan və Ermənistan müharibə meydanında təkbətək qalmazsa və Rusiya ordusu müharibəyə qoşularsa, müharibəyə qoşula biləcəyinin mümkünlüyünü inkar etməyən Türkiyə Silahlı Qüvvələri ilə qarşılaşa bilər.

Bəli, Paşinyan zərbə ardınca zərbə alır, bununla, həm özünü, həm də ölkəsini çətin vəziyyətə salır.

Zaur Məmmədov
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, s.e.n., Bakı Politoloqlar Klubunun rəhbəri










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru